Öyrənmək və öyrətmək

 
Öyrənmək və öyrətmək

Müəllim şam kimidir, özünü tükəndirərək başqasına işıq verir.
Ruffini

Öyrənmək bahalıdır, amma bilməmək çox daha bahalıdır.
H. Clausen

Təhsil, yoxsullar üçün bir sərmayə, zənginlər üçün bir faizdir.
Mann

Sənə bir şeyi necə bilə biləcəyini öyrədimmi? Bildiyin zaman bildiyini anla,
bilmədiyin zaman isə bilmədiyini…
Konfutsi

Ətraflı çalış, doğru bir şəkildə araşdır, diqqətlicə düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi bir şəkildə tətbiq et..
Konfutsi

İnsanlara təhsil və məlumat ver. Sülh və əmin-amanlığın təmin edilməsinin
öz mənfəətləri üçün lazımlı olduğunu onlara öyrət.
Tomas Jefferson

Təcrübə, bütün müəllimlərin ən yaxşısıdır.
Syrus

İnsana heç bir şey öyrədə bilməzsən; öyrənməyi ancaq öz içində
tapacağını öyrədə bilərsən.
Galileo

Əgər qarşınızdakı öyüd verməyə meyllidirsə, bilin ki ən çox onun öyüdə ehtiyacı vardır.
Lord Halifax

Gerçək təhsil, özündən ən yaxşını verməkdən keçər.
M. Qandi

Həqiqi şagird, bilinənin içindən bilinməyəni araşdırmağı öyrənər və ustada yaxınlaşar.
Goethe

Birini təlimçinin əsl məqsədi, onu davamlı suallar soruşan biri halına gətirməkdir.
Bishop Creighton

Oxumaq ləzzətini dadmayanın təhsili yarıda qalmışdır.
P. Peacut

Bir kitab, içimizdəki donmuş dəyərləri parçalayacaq bir balta olmalıdır.
Franz Kafka

Oxumasını bilirsənsə, hər insanın bir kitab oxuduğunu görə bilərsən.
William E. Channing

Ağıllı adam həm kitabları, həm də birbaşa həyatı oxuyur.
Lin Yutang

Heç solmayacaq bir ağac tanıdım: Kitab…
Herrick

Ən gözəl öyüd nümunə olmaqdır.
Malcolm X

Öyrənmək məqsədiylə baxmasanız, öyrənə bilməzsiniz.
Gellius

Bəzi kitablar dadılmaq, bəziləri udulmaq və çox azı da həzm edilmək üçündür.
Bacon

Təhsilin kökləri acı, lakin meyvələri şirindir.
Aristotel


Hiyləgər insanlar, oxumağı kiçik hesab edər, sadə insanlar hörmət edər, ağıllı insanlar isə ondan faydalanarlar.
Bacon

Yaşayan insanların zəkası, ölmüş insanlarla ən yaxşı şəkildə kitablar vasitəsiylə təmas edər.
Bovee

Oxumağı sevmək, həyatdakı cansıxıcı saatları ən gözəl saatlarla dəyişdirməkdir.
Montesquieu

Üç müxtəlif oxucu vardır: Biri, mühakiməsiz ləzzət alanlar; üçüncüsü ləzzət almadan mühakimə edənlər; ortadakılar ləzzət alaraq mühakimə edən və mühakimə edərək ləzzət alanlar; bunlar əslində bir sənət əsərini yenidən meydana gətirirlər.
Goethe


Geri dön

Ulya

  • 17 sentyabr 2010 16:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
♥Princess♥,
Dj_Tural,
love

Dj_Tural

  • 16 sentyabr 2010 16:07
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
Təcrübə, bütün müəllimlərin ən yaxşısıdır.
Syrus


Tewekkurler heqiqetende maraqli ve deyerli sozlerdir

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}