Həyat Dediyin..

 
Həyat Dediyin..

Həyat Dediyin..

Həyat nədir səncə? Bu suala cavab verə bilmisənmi? Həyat əslində bizə Uca Tanrı tərəfindən bəxş edilən bir nemətdir. Onun qədrini bilmək çox vacibdir. Birinin həyatı uzun, digərininki qısa ola bilər. Ama nikbinlik yaxşı şeydir. Çalışıb bu həyatı elə yaşamaq lazımdır ki, geriyə baxanda heyfslənməyəsən. Həyatdır deyəcəksiniz her şey ola bilər. Düzdür. Amma bacardığımız qədər bu həyatı layiqincə yaşamağa çalışaq. Keçmişdə olan ancaq xoş hadisələri xatırlayaq. Həyat bir dəfə bəxş olunur bizlərə. Yaşımıza heç fikir verməyək. Ürəyimizi cavan saxlayaq. Hansı ürək ki təmizdir, safdır onda kin deyilən bir şey yoxdur, demək onun ürəyi cavandır.

Zaman keçdikcə üzdə qırışlar da yaranacaq. Fikir verməyin. Hər yaşın gözəlliyi var. Bəzən cavanlığında yaşaya bilmədiyin xoşbəxtliyi qocalıqda yaşaya bilərsən cavan ürəyinlə. Aşiqdə ola bilərsən. İnsan qəlbinə hökm edə bilməz. O, istədiyi vaxt sevə bilər. Xoşbəxt olmaq, sevmək və sevilmək hər kəsin haqqıdır.

Çirkin insan yoxdur. Allah onun üzündəki çizgilərini bir az fərqli yarada bilər. O, səndən bəlkə fərqlənə bilər. Sən özünü ondan gözəl hesab edərsən. Amma o sevildiyində və ya sevdiyində üzündə elə cizgilər yarana bilər ki, sənin üzündəki cizgilər onun yanında heç olar. Niyə? Çünki o sevir və sevilir. Sən də sevib sevilsən artıq onun üzündəki fərqli cizgilər sənə görünməyəcək.

Əlbətdə, hər insanın bir alın yazısı var. İnsanın neçə il ömür sürəcəyi bəlli də deyil. O, ancaq yaşayır. Biri ömrünü tək başına, digəri sevdiklərinin yanında başa vurur. Əslində heç kəs ömrünü tək başa vurmaq istəməz. Belə bir şey də ola bilər. Sevdiklərin yaxınında olsun və yaxın olduğu qədər də uzaq olsun. Ən pisi də elə budur. Övlad böyüt, boya-başa çatdır və sonun qocalar evi olsun. Neyləmək olar. Həyatın bir üzü bu. Canını qoyursan onun yolunda amma... Bəzən qəflət yuxusundan oyananlar da olur. Lakin necə deyərlər iş-işdən keçmiş olur. Bunu bilmək mütləqdir.

Bir də pərdənin o biri üzü var. Sevgidən, mərhəmətdən məhrum olan, ana südünün qoxusunu belə duymayan südəmər körpələr. Bəs onların aqibəti necə olsun? Onların yuvası körpələr evi olur. Amma müəyyən bir yaş dövrü var ki, o yaşdan sonra onlar bu yuvadan qanad çalıb uçurlar. Bundan sonra onların həyatı necə olacaq bilinmir. Tək sığınacaq yerləri Uca Tanrıdır.

Sevgidən məhrum olan, sevginin nə olduğunu belə bilməyən insanlara nə qədər sevgi bəxş etsək də onlara yetərli olmayacaqdır. Çünki onlar layiq olduqları sevgi payını ala bilməyiblər. Bizim onlara bəxş etdiyimiz də bir damla sevgidir. Bu bir damla sevgini onlardan əsirgəməyək. Ən azından bu onlara bir təsəllidir. Gözləridəki yaşlı kədəri dindirmək mümkün deyil doğrudur. Bir qayğı, istilik hiss edən kimi o gözləri güldürməyə çalışırlar. Bilirsiniz bu heç nəyə bənzədi? Ağlayan birinə gözlərini silmək üçün verilən bir yaylıq, dəsmal. Nə isə...

Həyat həmişə, hər zaman bizlərə dərs verir. Verilən dərslərdən nəticə çıxarmağın vaxtı çoxdan gəldi çatdı. Gec olmadan bir qərar vermək lazımdır. Qərarlarımızı verməkdə cəsarətli olaq. Sizə ilk öncə Allah, sonra da sevdikləriniz yardım edəcək. Nə sevdiklərinizi sevginizdən , nə də ki onların sevgisindən özünüzü məhrum etməyin.

Həyat Dediyin..


Geri dön

Ulya

  • 17 sentyabr 2010 16:01
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
♥Princess♥,
Dj_Tural,
wirinqiz-1988,
♥Princess♥,
love

Dj_Tural

  • 16 sentyabr 2010 16:26
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
tewekkurler maraqlidi

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

wirinqiz-1988

  • 16 sentyabr 2010 16:24
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
love ..twk baciwka...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 46
Cəmi: 80

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}