Allah (c.c) və Musa (ə)

 
Allah (c.c) və Musa (ə)

Həzrət Musanın (ə) Allah-taalaya sualları

İmam Həsən Əsgəri (ə) buyurur:

Musa ibn İmran Allahdan
soruşdu:
-Allahım, mənim sənin elçin və
peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir?
Allah:
-Mələklərim ona sarı gələcək və
onu cənnətlə müjdələyəcək.
Musa:
-Həmişə Sənin önündə dayanıb
namaz qılan bəndənin əvəzi nədir?
Allah:
-Onun ruku, qiyam və səcdələrinə
görə mələklərim önündə fəxr edərəm. Fəxr etdiyim bir şəxsi isə cəzalandırmaram.
Musa:
-Sənin razılığını qazanmaq məqsədi
ilə bir kimsəsizi doyuzduranın əvəzi nədir?
Allah:
-Bütün kainatın fövqündə
Carçının belə səslənməsinə göstəriş verərəm: “Filankəsin oğlu filankəs Cəhənnəm
atəşindən qurtulanlardandır!”
Musa:
-Qohumluq əlaqələrini qoruyub
saxlayanın (siləyi-rəhm edənin) əvəzi nədir?
Allah:
-Ölümünü yubadaram, canvermə
anını asanlaşdıraram. Cənnət xəzinədarları onu “Bizə sarı gəl, istədiyin
qapıdan cənnətə daxil ol”, deyə səsləyəcəklər.
Musa:
-Camaata pislik etməyən,
yalnız xeyir işlər görən şəxsin əvəzi nədir?

Allah:
-Qiyamət günü atəş ona səslənəcək:
“Sənin mənə girişin qadağandır”.

Allah (c.c) və Musa (ə)

Musa:
-Səni qəlbi və dili ilə
xatırlayan şəxsin əvəzi nədir?
Allah:
-Ey Musa, Qiyamətdə onu ərşimin
kölgəsində saxlayıb öz himayəmə götürərəm.
Musa:
-Gizlin və aşkar, dərin mənalı
ayələrini qiraət edən şəxsin əvəzi nədir?
Allah:
-Ey Musa, o, siratdan ildırım
surəti ilə keçəcək.
Musa:
-Sənin razılığını əldə etmək qəsdi
ilə başqalarının azab-əziyyətinə dözən kimsənin əvəzi nədir?
Allah:
-Qiyamətin qorxulu anlarında
ona yardımçı olaram.
Musa:
-Sənin qorxundan göz yaşı
axıdanın əvəzi nədir?
Allah:
-Üzünü qızmar cəhənnəm atəşindən
qoruyaram, onu Fəze`-əkbər (Qiyamətin adlarından biri) günündə amanda
saxlayaram.
Musa:
-Səndən utanıb xəyanət etməyənin
əvəzi nədir?
Allah:
-O, Qiyamət günü amanda
qalacaq.
Musa:
-İtaət əhlinə qayğıkeşlik edənin
əvəzi nədir?
Allah:
-Cəhənnəm odunu ona haram edərəm.
Musa:
-Mömin bəndəni bilərəkdən qətlə
yetirən şəxsin cəzası nədir?

Allah (c.c) və Musa (ə)

Allah:
-Qiyamət günü ona şəfqət gözü
ilə baxmaz, günahlarını bağışlamaram.
Musa:
-Kafiri İslama dəvət edən şəxsin
əvəzi nədir?
Allah:
-Ona istədiyi şəxsə şəfaət etmək
(bağışlatmaq) ixtiyarı verərəm.
Musa:
-Namazlarını ilk vaxtda qılan
şıxsin əvəzi nədir?
Allah:
-Bütün istəklərini həyata
keçirər, Cənnəti ona halal edərəm.
Musa:
-Sənin razılığını əldə etmək məqsədi
ilə dəstəmaz alan kimsənin əvəzi nədir?
Allah:
-Onu Qiyamət günü iki gözləri
arasından nur parlayan halda səhnəyə gətirərəm.
Musa:
-Sənin razılığını qazanmaq məqsədi
ilə ramazan ayının orucunu tutan şəxsin əvəzi nədir?
Allah:
-Onu Qiyamətdə əmin-amanlıqda
saxlayaram.


Geri dön

Doutzen Kroes

  • 27 avqust 2011 00:53
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
Oxudum çox gözəl və dəyərli yazıdı ALLAH razı olsun

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

R.M_FaNaTka

  • 26 avqust 2011 18:09
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli ve gozel xebere gore tesekkurler

--------------------

winxclub_bloom

  • 26 avqust 2011 17:21
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
cox xosuma geldi bu xeber.

--------------------

NICE-GIRL

  • 26 avqust 2011 16:48
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
ALLAH SIZDEN RAZI OLSUN AMIN BELE SEHIFE ACDIGINIZ UCUN tongue

sevinc13

  • 26 avqust 2011 14:43
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

music_angel

  • 26 avqust 2011 14:38
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun..cox deyerli xeberdir

--------------------

KaRola_16

  • 26 avqust 2011 14:17
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

urek_yarasi

  • 26 avqust 2011 14:13
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Aleyra

  • 26 avqust 2011 14:04
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah razi olsun twk winked

HaYaliM

  • 26 avqust 2011 13:51
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.tesekkur edirem bele deyerli yazi ucun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 26 avqust 2011 13:38
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun cox gozeldi tskler

Narka E-ZaDe

  • 26 avqust 2011 13:33
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}