Barkod nədir?

 
Barkod nədir?

İndilərdə marketlərdən aldığımız hər şeyin üstündə bir etiket var. Bu etiketdə qalınlıqları fərqli şaquli cizgilər və bəzi rəqəmlər mövcuddur. Kassirlər bu malın etiketli tərəfini bir şüşənin üstündən keçirdir və ya etiketə bir işıq tutaraq qiymətlərini avtomatik olaraq hesablayıb kassaya yazırlar.

Barkodlar əvvəllər marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanmışdı. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu əlinizə götürün və etiketə baxaraq izah edəcəklərimizi dinləyin.

Gördüyünüz kimi bir barkodda iki qisim var. 1- Makinanın oxuduğu şaquli cizgilər qismi, 2- İnsanların oxuya bildiyi 12 ədəd rəqəm. İlk altı rəqəm əşyanın identifikasiya nömrəsidir, istehsalçılar illik bir ödəniş qarşılığında bu kodları verən beynəlxalq bir təşkilatdan öz məhsullarına ala bilər.

İkinci qrupdakı ilk beş rəqəm material nömrəsidir. Eyni kod birdən çox çeşiddəki mal üçün istifadə edilə bilməz. Yəni istehsalçının satdığı hər müxtəlif məhsulda, hər müxtəlif paketdə, hətta paketlərin yenidən paketlənmələrində hər zaman müxtəlif material nömrəsi verilir. Beləliklə, marketdə nə qədər mal satıldığı, anbarda nə qədər qaldığı həmişə nəzarət altında saxlanılır.

Məsələn, su konservi ilə su şüşəsinin kod nömrələri müxtəlifdir. Hətta qutuda 6, 12 və ya 24 ədəd olması belə fərqli kodların verilməsi ilə nəticələnir. Sağdakı ən axırıncı rəqəm isə nəzarət nömrəsidir. Bu nömrə bütün yoxlanan şaquli cizgilərlə yaddaşa yazılan məlumatın oxunmasını təmin edir.

Göründüyü kimi, barkodun üzərində malın qiyməti ilə əlaqəli hər hansı bir məlumat yoxdur. Kassir barkodu oxutduqda siqnal sistem daxilində mərkəzə göndərilir, buradakı kompüter barkod nömrələrinə görə daxil olunmuş və hər zaman dəyişdirilə bilən qiymət məlumatlarını dərhal kassaya göndərir. Bu mərkəz mağazadakı malların qiymətlərini hər zaman dəyişdirmə imkanını təmin etməkdədir.

Müxtəlif qalınlığı olan şaquli qalın və nazik cizgilər ilə aralarındakı boşluqlar, müxtəlif kombinasiyalarla düzülərək hər biri bir rəqəmi təmsil edir, yəni aşağısındakı rəqəmin kompüter tərəfindən oxunmasını təmin edir.


Geri dön

Ulya

  • 18 sentyabr 2010 15:27
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol

MuslimGirl

  • 18 sentyabr 2010 14:25
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Maraqli idi. Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}