Təyyarə niyə iz buraxır?

 
Təyyarə niyə iz buraxır?

Bu bir çox insanın göy üzünə baxıb soruşduğu suallardan biridir. Bəlkə hər kəs özünə görə bu suala fərqli cavab tapmağa çalışmışdır.

Bir buludun meydana gələ bilməsi üçün, havanın yerin səthindən buxarlaşan suyu udmayacaq qədər aşağı istilik və təzyiqdə olması, bir də buludu meydana gətirən su damcılarının ətraflarında yapışa biləcəyi toz zərrəciklərinin olması vacibdir. Yerdən 10 min metrdən yuxarı hündürlükdə uçan sərnişin və döyüş təyyarələrinin uçduğu bu hündürlükdə normal şərtlərdə hava çox təmizdir, heç toz yoxdur, yəni bir buludun meydana gələ bilməsi üçün lazım olan şərtlərdən biri yoxdur.

Bildiyimiz kimi reaktiv təyyarələrin motorları, qabaq hissəsindən havanı qəbul edərək yanacaq ilə yandırır və funksiyasını yerinə yetirdikdən sonra arxa hissəsindəki kiçik diametrdə olan borudan yuxarı təzyiqlə xaric edir. Bu motorların qəbul etdiyi hava ilə birlikdə daxil olan su buxarı, motorun içində daha da qatılaşaraq xaricdəki çox soyuq havanın üstünə buraxılır. Buna texniki dildə “sublimasiya” deyilir. Yəni buxar halındakı suyun, maye halına çevrilmədən birbaşa donması, buz halına çevrilməsidir.

Əslində təyyarələrin arxasında buraxdığı bulud, süni bir buluddan başqa bir şey deyil. Soyuq havada verdiyimiz nəfəs havada necə buxarlanırsa onun kimi bir şeydir. Dəniz səviyyəsində, yüksək temperatur və təzyiqdə buxarlaşan suyu hava asanlıqla udur. Hündürlük artdıqca, hava temperaturu və təzyiq azaldıqca, hava artıq su buxarını uda bilmir. Ancaq buludun meydana gələ bilməsi üçün üçüncü bir şərt daha var, yəni toz zərrəcikləri.

Burada isə toz zərrəciklərinin vəzifəsini təyyarənin motorlarından qaz kimi çıxan yanacaq hissəcikləri yerinə yetirir. Bu sayədə bir buludun meydana gəlməsi üçün üç şərt də yerinə yetirilmiş olur və motorların arxasında uzun, nazik bir bulud meydana gəlir.

Əsasən alçaq hündürlükdə uçan təyyarələrdə də eyni şey olur, motorlardan su buxarı çıxır. Ancaq aşağı temperatur, nəm miqdarı, külək istiqaməti kimi faktorlar tamamilə yerində olmadığı üçün arxasında ağ bulud meydana gəlmir. Əlavə edək ki, bu hadisədə təyyarənin növü və böyüklüyünün heç bir rolu yoxdur.


Geri dön

Ulya

  • 17 sentyabr 2010 12:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
maraqli melumata gore twk

Kisa_Kiss

  • 16 sentyabr 2010 19:20
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
winked ясно

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}