Odur, məndən sənə öyüd: Çalış ürəyini böyüt!

 
Odur, məndən sənə öyüd: Çalış ürəyini böyüt!

«(Allah peyğəmbərimizə xitabən:) Sənin üçün sinəni (Qəlbini) genişləndirmədikmi?» 1.

...Böyük ürək elə bir nemətdir ki, Allah öz əziz peyğəmbərinə verdiyi nemətləri yada salarkən bütün başqa saysız-hesabsız nemətlərdən öncə ilk olaraq məhz ona böyük və geniş ürək bəxş etdiyini qeyd edir.

Böyük ürək elə bir misilsiz nemətdir ki, Allah Musa (ə) –a Fironun üzərinə ezam əmri verdikdə Musa (ə) Allahından ona bu ezamiyyətdə gərək olacaq ən önəmli şey - böyük Ürək istəyir

...Bəzən nə qədər cəhd etsən belə sevə bilmirsən, vəfalı ola bilmrsən, əhdinə sadiq qala bilmirsən, sənə hörmətsizlik edəni bağışlaya bilmirsən, Allahına inanc bağlaya bilmirsən...Görəsən niyə?

Çünki qəlbin cılızdır, cılız qəlbə böyük varlıqlar sığa bilməz!

Ürəyində böyük varlıqları yerləşdirmək istəyirsənsə gərək ilk öncə Ürəyini böyüdəsən.

İmam Əli (ə): «Bu ürəklər sanki bir qabdırlar. Onların ən yaxşısı, ən tutumlusu və ən çox saxlayanıdır.»

Odur, məndən sənə öyüd: Çalış ürəyini böyüt!

Sözə bir baxın, “Ən çox saxlayan ürək!”

Böyük varlıqlar təsadüfən ürəyə düşə bilər, amma ürək dayazdırsa tuta bilməz onu içində, sürüşər düşər, bir daha dönməz!

Böyük Ürək pak və sağlamdı həmdə. Xəstə, çirkin və qaramatla dolu Ürək böyük ola bilməz!

...Hamı Ürəyinin pak və təmiz olduğunu iddia edər amma onun xəstə ya sağlam olmasını, cılız ya böyük olmasını reaksiyamızdan, qarşılıq vermə tərzimizdən asanlıqla anlamaq olar.

O maşınına minərkən yanına bir qadın yaxınlaşır.

bir körpəsinin olduğunu, körpənin çox xəstələndiyini, hər gün ölümə daha da yaxınlaşdığını və xəstəxana məsrəflərini qarşılaya bilmədiyini deyir.

Çox təsirlənir.

O dəqiqə çek dəftərini çıxarır və böyük bir məbləğdə pul yazaraq qadına verir.

Odur, məndən sənə öyüd: Çalış ürəyini böyüt!

“Ümid edirəm ki, tezlilə sağalar” -deyir.

Ertəsi gün bir dostu ona “Ötən gün bir qadına böyük bir məbləğdə çek vermisən?” -deyir.

O “Bəli… Nə olub ki??” –deyə soruşur.

Dostu “O qadın bir saxtakarmış, zəngin adamlara yaxınlaşıb xəstə bir körpə adına pul qoparırmış.

Qorxuram səndən də qoparıb”
-deyir.

O isə böyük bir sevinclə

“Elə mi??

Odur, məndən sənə öyüd: Çalış ürəyini böyüt!

Yəni əslində ölümü gözləyən bir körpə yoxdur?!

Bax bu həftə eşitdiyim ən gözəl xəbər bu oldu”
-deyir…

...Budur böyük ürək və sağlam qəlb. Belə bir ürəyə necə cılızdı, xəstədi deyəsən?!

Böyük ürək həmdə sir saxlayan olur. Böyük ürək sirlərlə dolu, dərdlər və qəmlərlə zəngindi.

Ürəyi çaya, arxa deyil, məhz dəniz və dəryaya bənzədiblər bizdən öncəkilər. Dağlara bir az yağış yağan kimi daşar çaylar, coşar sellər. O selləri, o coşmuş çayları dənizlər alar içinə sakitləşdirər, aram edər onları, əski halına qaytarar...

Bəzi insanlara öncədən ölüm vaxtlarını bildirir Allah. Bu bildiriş hamı üçün deyil, bəzi insanlar üçündür. Görəsən niyə?

Ölüm xəbərini alan kiçik və cılız qəlb bunu daşıya bilməz, dad-fəryad edər, üsyan edər, ölümündən öncə partlayar belə ürək, ölər gedər çünki.

Böyük ürək isə hər kəsin faciə sandığı ölümünü də təbəssümlə qarşılayar.

“Allahu Əkbər” “Ən böyükdür Allah!” deməkdir. Böyük Allahımızdan ürəyimizi böyütməsini istəyək, çünki böyük ürək, böyük insan deməkdi.

Odur, məndən sənə öyüd: Çalış ürəyini böyüt!

Çalışasan bu həyatda

Olmayasan gərək cılız!

Baxırsan ki,

fikir cılız,

baxış cılız,

arzu cılız,

dilək cılız...

Çünki sənin sinəndəki

O düyünən ürək cılız...

Ürəyini böyütməsən

90 yaşa çatsan belə

bu ötəri dünyamızda

böyük yerlər tutsan belə

yenə kiçik qalacaqsan...

Odur, məndən sənə öyüd:

Çalış ürəyini böyüt!


Geri dön

_eslemnur_

  • 29 avqust 2011 11:13
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
Qiyamet gunu Allah insanlarin ureyine baxib sonra baqishlayacaq. Mominlerin qelbi Allahin heremidi ....... super yazidi, ellerine saqliq

Doutzen Kroes

  • 27 avqust 2011 00:47
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Çalışasan bu həyatda

Olmayasan gərək cılız!

Baxırsan ki,

fikir cılız,

baxış cılız,

arzu cılız,

dilək cılız...

Çünki sənin sinəndəki

O düyünən ürək cılız...

Ürəyini böyütməsən

90 yaşa çatsan belə

bu ötəri dünyamızda

böyük yerlər tutsan belə

yenə kiçik qalacaqsan...

Odur, məndən sənə öyüd:

Çalış ürəyini böyüt!

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

R.M_FaNaTka

  • 26 avqust 2011 18:09
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli ve gozel xebere gore tesekkurler

--------------------

winxclub_bloom

  • 26 avqust 2011 17:17
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Odur, məndən sənə öyüd: Çalış ürəyini böyüt!
gozel sozdu

--------------------

... Deryam ...

  • 26 avqust 2011 14:45
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
ALLAH HER KESIN UREYINI ALLAH SEVGISI VE QORXUSU ILE DOLDURSUN ...
O UREK O ZAMAN YAXWI IWLER UCUN CIRPINAR VE BOYUYER ...
TWKLER DEYERLI XEBER UCUN .......

--------------------

sevinc13

  • 26 avqust 2011 14:42
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
smile TWK smile

aga482

  • 26 avqust 2011 14:42
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKURLER

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

music_angel

  • 26 avqust 2011 14:38
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

KaRola_16

  • 26 avqust 2011 14:17
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
SUPER YAZIDIR... TEWEKKURLER...

--------------------

urek_yarasi

  • 26 avqust 2011 14:13
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Aleyra

  • 26 avqust 2011 14:10
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
tw smile k-ler

aid_fanatka

  • 26 avqust 2011 14:01
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

HaYaliM

  • 26 avqust 2011 13:50
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Aysel_555

  • 26 avqust 2011 13:48
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Odur, məndən sənə öyüd:

Çalış ürəyini böyüt!...superdi.tesekkurler...

★Azerbaijan girl★

  • 26 avqust 2011 13:37
  • Məqalə: 369
  • Şərh: 10176
  • Bal:
{awards}
cooox gozeldi tskler

Narka E-ZaDe

  • 26 avqust 2011 13:33
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
ALLAH SIZDEN RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 24
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}