Şəkillərdəki qırmızı gözlər

 
Şəkillərdəki qırmızı gözlər

Gecələr fotoapartın işığı ilə çəkilən şəkillərdə ümumiyyətlə gözlər qırmızı çıxır. Bəs şəkildəki gözəlliyi pozan bu hadisə necə baş verir? Niyə həmişə olmur? Nə üçün gündüz çəkilən şəkillərdə olmur?

Gözümüz iç-içə keçən üç təbəqən ibarətdir. Ən xaricdəki gözümüzü qoruyan və göz ağı adlanan sərt təbəqədir. İkincisi, qan damarlarından meydana gələn və ortasında göz bəbəyi olan damar təbəqəsidir. Bu damarlar sayəsində artıq işıqda göz bəbəyimiz kiçilir, qaranlıqda isə daha çox işıq ala bilmək üçün böyüyür, ancaq bu hərəkəti olduqca yavaş yerinə yetirir. Üçüncü təbəqə isə retina deyilən işığa həssas qılcıqlı damar torlarından ibarət tor təbəqəsidir.

Köpək, pişik, maral, qaraca kimi heyvanların gözlərinin arxasında, yəni retinalarında güzgü kimi əks etdirən xüsusi bir təbəqə mövcuddur. Əgər qaranlıqda gözlərinə əl və ya avtomobil fənəri ilə işıq tutsanız, bu işıq gözlərinin içindən əks edər və gözləri qaranlıqda parıldayar. İnsanların gözlərinin retinasında isə belə əks etdirən təbəqə yoxdur.

Fotoaparatın işığı çox qısa bir müddətdə çox güclü işıq verir. Göz bəbəyimiz isə bu qədər qısa vaxtda kiçilməyə fürsət tapa bilməz. İşıq birbaşa retinaya çatır və oradan da birbaşa qılcıqlı damarların təsviri əks edir. Beləliklə, fotoaparat işığı ilə çəkilən şəkillərdə görsənən bu qırmızılıq retina təbəqəsindəki qılcıqlı damarların təsviridir.

Dövrümüzdə bir çox fotoaparatda gözün bu qırmızı təsviri azaldacaq tədbirlər alınmışdır. Bu aparatlarda işıq iki dəfə çıxır. Birinci çıxış şəkil çəkilməmişdən bir az əvvəl olur və göz bəbəyinin kiçilərək gözdəki əksetməni azaltmaq üçün vaxt verir. İkincisi isə şəkil çəkilən anda olur ki, göz bəbəyi artıq lazımi vəziyyətə gəlir. Digər bir tədbir isə otaqdakı bütün işıqları yandıraraq göz bəbəyinin əvvəlcədən kiçilməsini təmin etməkdir.

Gecələr işıqlı fotoaparatlarda gözlərin qırmızı çıxmasının qarşısının alınmasının bir yolu da işığı obyektivdən ola bildikcə uzaqda tutmaqdır. Dövrümüzdə fotoaparatlar o qədər kiçilmişdir ki, işıq aparatın içində və obyektivə bir neçə santimetr uzaqlıqdadır. Fotoaparatın işığı gözə gəlib əks edərək qayıtdıqda birbaşa obyektivə gəlir. Gündüz isə gözümüzə xaricdən hər yerdən işıq gəldiyi üçün fotoaparatın işığı bunların arasında daha az nisbətdə gözümüzə girər və qırmızı göz hadisəsi baş verməz.


Geri dön

AskZede

  • 11 dekabr 2010 19:17
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
Hmm Twk Cox Sagolun

--------------------

Ulya

  • 17 sentyabr 2010 16:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

Kisa_Kiss

  • 16 sentyabr 2010 20:47
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
winked спасибо за инфо)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}