Eyfel Qülləsi

 
Eyfel Qülləsi

Eyfel qülləsi Parisin ən tanınmış qülləsi olmaqla bərabər, eyni zamanda bütün dünyada Fransanın simvoluna çevrilib. Bu ad isə ona qülləni inşa etdirən Qustavo Eyfelin adından əmanət qalıb. Tikilini konstruktor özü “300 metrlik qüllə” kimi adlandırmışdır. Parislilər isə bu abidəni Dəmir qadın olaraq adlandırırlar.
Eyfel qülləsi Mars stadionunun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir.
Bu qüllə 1887 – 1889 cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilib və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qeyd edək ki, qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürüb, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasim şərəfinə digər fikirlər də meydana atmışdı. Bu mərasim 1789 – cu ildə Fransada baş vermiş İntibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi.

Eyfel Qülləsi

Bəzi fikirlərə əsasən daşdan hazırlanmış monumental abidə yaratmaq lazım olduğu bildirilirdi. Ancaq daha əvvəl ABŞ – ın Vaşinqton şəhərində bu tipli böyük abidə mövcud idi və onun hündürlüyü tam 169 m hesab olunurdu. Mütəxəssislərin rəyinə əsasən daşdan hazırlanmış hər hansı abidə bundan hündür ola bilməz, yaxud hazırlanması çox müddət almaqla yanaşı, çətin bir proses olardı. Buna görə də həmin fikir tamamilə rədd edildi. Nəticədə isə Qustavo Eyfel öz hazırladığı layihədə müxtəlif dəyişikliklər etdi. Bu böyük layihənin hazırlanması üçün çox vaxt tələb olunsa da Qustavo burada elə metodlardan istifadə etmişdi ki, tam iki il müddətinə qüllə hazır vəziyyətdə olacaqdı. Qeyd edək ki, bu layihənin seçilməsində vaxt problemi də qismən kömək oldu.

Qüllənin inşası tam 7 739 401 frank 31 sent tutmuşdur. 3000 işçi 26 ay müddətində 18.038 ədəd dəmirdən olan parçaları 2,5 milyon hissələrdən istifadə edərək bir yerə yığmağı bacardı. Həmin dövrdə bu qüllə inşa edilərkən bir dəfə də olsun ölüm hadisəsi baş vermədi. 1889 – cu ildə açılış tarixindən əvvəlki beş ay müddətində 1,9 milyon əhali buranı ziyarət edir və nəticədə ilin sonuna qədər sərf edilmiş xərclərin ¾ çıxardılır. Beləliklə elə ilk dövrlərdən başlayaraq bu qüllə qazanc əldə etməyə şərait yaradan məkanlardan birinə çevrilmişdir.

Eyfel Qülləsi

Cəmiyyət üçün açıq elan edilmiş hissələr 57 m, 115 m və 276 m yüksəklikdə yerləşir. Gələn ziyarətçilər üç liftdən istifadə edirlər, hansıkı şimal, qərb və şərq istiqamətindəki platformalara çatdırır. İlk mərtəbədə və ikinci mərtəbədə yeməkxana, restoranlar mövcuddur. Ayrıca iki mərtəbədə isə Eyfel qülləsinin tarixini özündə birləşdirən bir sərgi var. Ən üst mərtəbəyə çıxmaq istəyən hər bir ziyarətçi ikinci mərtəbədə nəzərdən keçirilir, sonra tamam başqa liftə minməyə ona icazə verilir. Ən üst hissə həm üstü açıq, həm də üstü bağlı bir platformaya sahibdir.

Ancaq qeyd edək ki, Paris xalqı bir müddət qülləni bir utanc ləkəsi kimi hesab edir və ona nifrət edirlərmiş. Bəzi sənətçilər buranı bir yol lampasına bənzədir, digər insanlar isə bir fabrik bacası kimi qiymətləndirirdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Bunların arasında Aeksandr Düma, Şarl Quno və Qi de Mopasson da yer alır. Bu gün isə Eyfel qülləsi dünyanın ən gözəl memarlıq nümunələrindən biri olaraq qəbul edilir. Ən böyük turizm cazibələrindən biri olan bu qüllə ildə 6 milyon turist cəlb edir.


Geri dön

brunetka

  • 16 sentyabr 2011 21:57
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
fransani parissiz.parisi ise eyfel gullesiz tesevvur etmek mumkun deyil cox ecazkar seherdir. XEBERE GORE AYRİCA THANKS BYE.

PELIN_ATABAY

  • 1 sentyabr 2011 13:34
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
tewekkurler

--------------------

GUNAY_

  • 30 avqust 2011 00:38
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
sevgi dedikde evlilik dedikde ilk once agla Paris,eyfel gelir

rinat

  • 27 avqust 2011 20:10
  • Məqalə: 0
  • Şərh: 70
  • Bal:
{awards}
maragli xeberdi,teshekkur

Doutzen Kroes

  • 27 avqust 2011 00:56
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Çox maraqlı yazıdı təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

R.M_FaNaTka

  • 26 avqust 2011 18:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli ve gozel xebere gore tesekkurler

--------------------

winxclub_bloom

  • 26 avqust 2011 17:23
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi,tesekkurler

--------------------

sevinc13

  • 26 avqust 2011 14:45
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
MARAQLIDI laughing

music_angel

  • 26 avqust 2011 14:36
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
teesekkur edirem maraqli xebercun


--------------------

Ay Üzlü

  • 26 avqust 2011 14:24
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

KaRola_16

  • 26 avqust 2011 14:16
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MELUMATA GORE TEWEKKURLER...

--------------------

urek_yarasi

  • 26 avqust 2011 14:16
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Aleyra

  • 26 avqust 2011 14:06
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Orda olmaq arzusu haminin xeyallarinda yer aldigi kimi menim de xeyallarimin icinde ye r ralir

Sirli Melek

  • 26 avqust 2011 14:02
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ORDA OLMAQ İSTƏRDİM love

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaYaliM

  • 26 avqust 2011 13:53
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
ooo arzularimin seheri Parisin en gormeli yeri Eyfel qüllesi.nece de mohtesem gorunusu var

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 26 avqust 2011 13:40
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
paris super seherdi e esasi sevgi seheridi tskler xebere gore

Narka E-ZaDe

  • 26 avqust 2011 13:34
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
MARAQLI XEBERDIR

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

play girl

  • 26 avqust 2011 13:25
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
maraqli idi twk)

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}