Həzrəti Əlinin (ə) yeməyi və geyimi

 
Həzrəti Əlinin (ə) yeməyi və geyimi

Həzrəti Əlinin (ə) yeməyi və geyimi

Onu kimsə ilə müqayisə etmək mümkünsüzdür.O, kəpəyi təmizlənmiş arpa çörəyi yeyərdi. Onun süfrəsi kimi sadə bir süfrə tapmaq çətin idi.
Heç vaxt iki yavanlığı bir vaxtda yeməzdi. Şəhadət gecəsi onun üçün çörək, süd və duz hazırlamış qızı Ümmü-Gülsümə belə buyurdu: “Məgər bilmirsənmi ki, atan bu vaxtadək yalnız bir qəza yeyib? Südü götür, duz kifayət edər”.

Həzrət Baqir (ə) buyurur: “And olsun Allaha, cəddim Həzrət Əli (ə) qullar sayaq yeyər, yerdə oturardı. İki köynək alanda qulamına təklif edərdi ki, köynəklərdən birini seçsin.
Beş illik xilafəti dövründə özü üçün kərpic üstə kərpic qoymadı, qızıl-gümüş toplamadı. Xalqa buğda çörəyi və ət yedirtdi, özü isə arpa çörəyi yedi. İki yaxşı işdən birini seçməli olduqda ən çətinini seçdi. Öz əlinin zəhmət haqqısı ilə minə yaxın qul azad etdi. Bu işdə əli torpağa bulaşdı, çöhrəsi tərə. Kimsədə onun işini görmək qüdrəti yoxdur”.

Həzrəti Əlinin (ə) yeməyi və geyimi

İbn Cövzi yazır: “Bir gün Abdullah ibn Rəzin Həzrət Əlinin (ə) evinə getdi. Gördü ki, həzrət bir miqdar ətlə arpanı suda qarışdırıb qaynadır. Abdullah ərz edir: “Ya Əmirəl-möminin (ə), bu nə qəzadır yeyirsiniz? Siz müsəlmanların xəlifəsisiniz və bütün beytül-mal əlinizdədir. İxtiyarınız var ki, aclığınızı aradan qaldıracaq həddə güclü xörəklər yeyəsiniz”.

Həzrət buyurdu: “Müsəlmanların valisi üçün bundan artıq yemək caiz deyil”.
Abdullah ibn Əbu-Rafe deyir: “Bir bayram günü həzrətin yanına getdim. Ona ağzı möhürlü bir torba gətirdilər.Torbanın içində quru arpa çörəyi gördüm. Həzrət bu çörəkdən yeməyə başladı. Ərz etdim: “Ya Əmirəl-möminin bu torbanı niyə möhürləyirsiniz?”

Həzrət buyurdu: “Qorxuram ki, Həsən və Hüseyn bu çörəkləri yağla yumşaldalar”.
Bəli, həzrət olduqca az və sadə yeyərdi. O buyururdu:
“Qarnınızı heyvanat qəbristanlığına çevirməyin”.

Həzrəti Əlinin (ə) yeməyi və geyimi

“Zəxirətul-Muluk” kitabında yazılır ki, bir gün həzrət Əli (ə) Kufə məscidində etikaf (oruc halda məsciddə qalmaqla yerinə yetirilən ibadət) etmişdi. İftar vaxtı həzrətin yanına bir ərəb gəldi. Həzrət Əli (ə) torbadan arpa çörəyi çıxardı. Çörəkdən bir qədər ərəbə verdi. Amma ərəb çörəyi yeməyib özü ilə götürdü. Sonra həmin şəxs Həsən və Hüseynin evinə gəlib onlarla birlikdə qəza qəza yedi. O dedi: “Məsciddə bir qərib kişi gördüm. Bu quru çörəkdən başqa bir şeyi yoxdu. Onun halına acıdım. Bu yeməkdən bir qədər aparım ona verim”. Həsən və Hüseyn ağladılar və dedilər:
”O bizim atamız Əmirəl-möminindir (ə). O bu riyazətlə nəfsi ilə cihad edir”.

Bir gün Ədi ibn Hatəm həzrət Əliyə (ə) bir qədər halva pay gətirir. Həzrət halva olan qabın ağzını açdıqda ondan xoş ətir duyur və buyurur: “Rəngindən və ətrindən məlumdur ki, yaxşı dadın var. Amma səni dada bilmərəm. Çünki mənim xəlifəliyim altında elə bir kəs tapıla bilər ki, gecəni ac yatmışdır”.
Əhnaf ibn Qeys belə bir rəvayət nəql edir: “Bir gün Müaviyənin yanında idim. Yemək vaxtı çatdıqda onun üçün çeşidli bir süfrə açdılar.Süfrədə min bir nemət vardı. Müaviyə qarınqulu adam olduğundan yeməklərə özü xüsusi diqqət yetirər, onların qədərinə və keyfiyyətinə nəzarət edərdi. Mən müaviyənin süfrəsinə baxıb ağladım. Müaviyə ağlamağımın səbəbini soruşdu. Dedim: “Əlinin (ə) halına ağlayıram. Bir gün onunla birlikdə iftar edirdim. Möhürlü torba gətirdilər. O, torbanı açıb, quru arpa çörəyi çıxardı. Sonra yenidən kisənin ağzını möhürləyib Fizzəyə verdi. Soruşdum ki, ya Həzrət Əli (ə) məgər səndən başqası bu çörəkdən yeyə bilirmi ki, onun ağzını möhürləyirsən?

Həzrəti Əlinin (ə) yeməyi və geyimi

Həzrət Əli (ə) buyurdu: “Torbanı möhürləməkdə məqsədim budur ki, mən olmayanda övladlarım bu çörəkləri yağda yumşaltmasınlar”. Müaviyə dedi: “Düz deyirsən, ey Əhnəf. Əli kimi olmaq kimsəyə müyəssər deyil. Kimsə onun fəzilətini inkar edə bilməz”.
Həzrətin geyimi də yeməyinə uyğun idi. Paltarları cod parçadan olardı. Hansı ki, bu şəxs Şamdan savayı bütün İslam məmləkətinin rəhbəri idi.
Həzrət, Bəsrə valisi Osman ibn Hunəyfə yazdığı məktubda belə buyurur: “Mən sizin imamınız olduğum halda iki libas, iki parça çörəklə kifayətlənmişəm. Hansı ki, ipəkdən libas geyməyə, ləziz xörəklər yeməyə imkanım var. Belə ki, nəfs istəkləri mənə qalib gələ bilmir”.

Həzrət buyurur: “Mən elə yeməklər yeyir, elə geyimlər geyirəm ki, bunu görən fəqirlər öz fəqirliyinə dözə bilsin”.
Başqa bir vaxtda həzrət belə buyurur: “Mən bilirəm ki, kimsə mənim kimi yaşaya bilməz. Amma imamla məmum arasında oxşarlıq da ola bilər. Belə ki, bacardığınız qədər mənim yolumu gedin”.


Geri dön

KaRola_16

  • 26 avqust 2011 21:52
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
ALLAH RAZI OLSUN...

--------------------

Elik Ceferi

  • 26 avqust 2011 19:54
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Allah razi olsun yazan elleriniz var olsun..ehsen Allah taala bizleri axiretde Imam Eli (e)-in sevgisiyle mewhur etsin

R.M_FaNaTka

  • 26 avqust 2011 18:07
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli ve gozel xebere gore tesekkurler

--------------------

urek_yarasi

  • 26 avqust 2011 17:54
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Delya_91

  • 26 avqust 2011 17:25
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
cox sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

winxclub_bloom

  • 26 avqust 2011 17:06
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
tesekkurlerr.maragliydi

--------------------

RAY OF MOON

  • 26 avqust 2011 15:21
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
chox maraqlidi chox gozel xeberdi, maraqla oxudum, bu cur gozel xebere gore minnetdaram

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

music_angel

  • 26 avqust 2011 15:15
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun senden bacis

--------------------

★Azerbaijan girl★

  • 26 avqust 2011 15:09
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun canim menim cooox gozel xeberdi

HaYaliM

  • 26 avqust 2011 15:09
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ucun tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}