Sağlamlıq

 
Sağlamlıq

Allahın bizə verdiyi ən gözəl nemət

Allahın yaratdığı canlılar içərisində öz taleyinə ən çox təsir göstərə biləcək varlıq insandır. Ən böyük ağac belə ətraf mühitin təsirindən (günəşdən, küləkdən, yağışdan) və ya bir uşağın onun budaqlarını qırmasından özünü qoruya bilmir.

Hərəkət etmək qabiliyyəti olan heyvanlar da nə qədər fiziki baxımdan güclü, davamlı olsalar da, insanlarla müqayisədə çox aciz görsənirlər. Böyük Yaradan yaratdıqları içərisində ən böyük dəyər verdiyi insana həm də ən böyük seçim imkanı vermişdir. Bu mənada insanın fiziki və mənəvi durumu tam olmasa da, müəyyən mənada onun özündən asılıdır. Həkim olduğum üçün bu böyük mövzunun ancaq sağlamlıqla bağlı hissəsi haqqında fikrimi bölüşmək istədim. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, cəmiyyətdə insanların sağlamlığında səhiyyənin rolu gözləndiyindən çox az, cəmi 10 % -ə bərabərdir. İnkişaf etmiş səhiyyə insanlara bundan artığını verə bilmir. İnsanlar isə onlara təklif olunan bu cüzi imkandan belə tam istifadə etmirlər. Xəstələrin həkimlərə vaxtında deyil, xəstəlik ağırlaşdıqdan sonra müraciət etmələri və bu zaman da xəstəliyin çətin müalicəyə tabe olduğu hamıya məlumdur. Dahi Nizami Gəncəvi hələ 850 il bundan qabaq yazırdı:

Qızıl verib almamısan,

nə bilərsən can qədrini,

Oğru çapıb-çaldığının

qiymətini bilər məgər?


İndi də bizlərin ancaq xərəkdə həkimlərə getməyimiz barədə olan lətifəni gülünc yox, faciə kimi qəbul etmək lazımdır. Həkim qəbulunda olan insanlar da tam müalicə almırlar. Aparılan müşahidələr göstərir ki, müalicə alan xəstələrin ancaq 20%-i həkimlərin verdiyi göstərişlərə tam axıra kimi əməl edirlər.

Sağlamlığımızın 20%-i irsiyyətlə bağlıdır. Bu və ya digər xəstəlikləri öyrənərkən xəstələrin yaxın qohumlarında bir-birindən kəskin fərqlənən faizlərlə olsa da, həmin xəstəliyin mövcudluğu aşkarlanır. Artıq bütün xəstəliklərdə irsiyyətin rolu hamı tərəfindən şərtsiz qəbul olunmuşdur. Təəssüf ki, bu bizim könüllü seçim edə bilməyəcəyimiz məqamdır. Lakin nəsil ağacımızı araşdıraraq meyilli olduğumuz xəstəliklərin müəyyən qismindən sığortalanmaq olar. Yaxın qohumlar arasında nikahların sayının azaldılması, gen təbabətinin nailiyyətlərindən istifadə, risk amillərinin aradan qaldırılması və s. Yuxarıda saydıqlarımız bu sahədə bizim görə biləcəyimiz işlərə aiddir.

Sağlamlığımızın digər 20%-i isə bizi əhatə edən aləmlə, ekoloji mühitlə bağlıdır. İctimai fərd olaraq, böyük ekoloji proseslərə birbaşa təsir göstərmək gücümüz olmasa da, hansı şəhərdə və ya kənddə yaşamaq, evimizdə və işimizdə olan kiçik ekoloji mühiti formalaşdırmaq öz əlimizdədir. Özümüzə yaşayış məskəni seçərkən daha çox iş karyeramızı, infrastrukturu, prestiji, tənbəllikdən doğan rahatlığımızı və s. fikirləşir, həmin yerdə atmosferin çirkliliyi, içməlı suyun keyfiyyəti, səs və küylərin yüksəkliyi və s. kimi həyati vacib məsələlər haqqında heç düşünmürük. Sonda bütün bunlar ömrümüzün 20% daha qısa və xəstəliklərlə keçməsi ilə nəticələnir. Maddi imkanla, şöhrətlə isə həmişə sağlamlığı geri qaytarmaq olmur.

Sağlamlığımızın tən yarısı isə bizim üçün adı saydığımız, haqqında bir-birimizə laqeydlklə danışdığımız həyat tərzi ilə bağlıdır. Statistik məlumatlar göstərir ki, inkişaf etmiş Avropa ölkələrində hər 100 min nəfərə düşən illik ölüm sayı Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə müqayisədə 3 dəfə azdır. Belə kəskin fərq MDB ölkələrində yaşanan psixi-emosional stress, alkoqol qəbulu, siqaret çəkmə, piylənmə, arterial təzyiqin yüksək olması və s. amillərdən asılıdır. SSRİ dövründə 1985-ci ildə spirtli içki əleyhinə kampaniya başladıqdan sonra insanlar arasında ölüm faizi xeyli azalmışdı. Sovetlər Birliyi dağıldıqdan sonra bu rəqəm dəfələrlə artdı. Düzgün qidalanma sağlam həyat tərzinin ilkin şərtlərindən biridir. Qidalanma mədəniyyəti çox böyük bir mövzu olduğundan ancaq onu qeyd etmək istəyirəm ki, inkişaf etmiş ölkələrdə konservə olunmamış qidalar (ət və süd məhsulları, meyvə, tərəvəz və s.) konservə olunmuş qidalardan dəfələrlə bahadır. Bizdə isə, əksinə, insanlar daha ucuz təbii məhsulları qoyaraq, supermarketlərdəki ziyanlı və bahalı konservə olunmuş məhsullara üstünlük verirlər. 100 il əvvəl insanlar işin 1%-ni texnika, 99%-ni əl əməyi ilə görürdülər. İndi isə əksinə əməyin 96% texnika, 4%-i isə əl əməyi ilə görülür. İstəyimizdən asılı olmayaraq, çoxumuzun işi oturaqdır. Ona görə də həftədə 5 dəfə 45 dəqiqə olmaqla fiziki məşğələ ilə məşğul olmaq çox vacibdir.

Avropalıların bizə verdiyi bəlalardan biri də siqaretdir. Siqaretin tüstüsündə 4000-dən artıq zərərli maddə var ki, onun da 50-si xərçəng xəstəliyinin törədicisidir. Siqaret çəkməyənlər belə o tüstünü udmaqla siqaret çəkənlərin qurbanına çevrilirlər. Siqaret çəkmək ölümü tezləşdirən 40-dan çox xəstəliyin səbəblərindən biridir. Hazırda dünyada hər il 4 milyon insan ancaq siqaret çəkdiyi üçün ölür. Ən acınacaqlısı isə onlar istəmədən, bilmədən belə öz ətraflarındakı insanların qatilinə çevrilirlər.

Əsrin bəlalarından biri də artıq çəkidir. Yer üzərindən xərçəng xəstəliyi silinsə orta ömür 1 il, piylənmə xəstəliyi silinsə 4 il uzanar. Amma insanlar öz qatillərini daima özləri ilə saxlayaraq onu bəsləyirlər. Bədən çəkisinin aşağı salınması 2 yolla - aşağı kalorili qida qəbulu və fiziki aktivliyi artırmaqla olmalıdır. Həftəyə 0,5-1 kq arıqlamaq tövsiyə olunur. Reklam olunan tez bir zamanda arıqlamaq üsulları orqanizmdə xoşagəlməz xəstəliklər törədə bilər.

Yüksək səs insanın ömrünü qısaldan amillərdən biridir. Hələ qədim Romada gecələr səs olmasın deyə araba sürmək qadağan edilmişdi. İngiltərədə ətrafdakı insanlar səsə görə narahat olmasınlar deyə ərlərə arvadlarını gecələr döymək qadağan olunmuşdur. İndi isə XXI əsrdə küçələrdə, mağazalarda, toylarda, ümumiyyətlə, cox yerdə ətrafındakı insana söz demək üçün onun qulağına yaxınlaşmaq məcburiyyətində qalırsan. Səssizlik axtaran isə qulaqlarına qulaqcıq taxaraq nə isə dinləməklə özlərinə daha çox ziyan vururlar.

İnsanın canı ona Allah tərəfindən verilən əmanətdir. Əgər ona başqası qıyarsa, o həm dini, həm də qanuni baxımdan məsuliyyət daşıyır. Canımıza özümüz qıyırıqsa, dini baxımdan günah, insanlıq baxımından isə əmanətə xəyanət etmiş oluruq


Geri dön

mecdunov

  • 2 sentyabr 2011 16:29
  • Məqalə: 7
  • Şərh: 151
  • Bal:
cix sag ol

--------------------
"Düşünən insan, sahib olduğu nemətin fərqinə varıb, özünü xoşbəxt hiss edər,
düşünməyən insan da özünü o nemətdən məhrum sanar, bədbəxtlik hiss edər!."

Zehra MeLeK

  • 2 sentyabr 2011 16:28
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
twk edirem

MaxMara

  • 31 avqust 2011 18:23
  • Məqalə: 3
  • Şərh: 7
  • Bal:
{awards}
Amanda, super xeberdi!

In_The_Dark

  • 30 avqust 2011 21:41
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
Eziyyete ve xebere gore tewekkur

Doctor lady

  • 28 avqust 2011 01:24
  • Məqalə: 0
  • Şərh: 64
  • Bal:
{awards}
teşekkür pis deyil.

--------------------
...

Ay Üzlü

  • 27 avqust 2011 15:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler maraqlidi

Cilent_M.Q

  • 27 avqust 2011 11:00
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

devyjones

  • 27 avqust 2011 02:15
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Maraqlidir Tesekkurler

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

music_angel

  • 27 avqust 2011 00:49
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem cox deyerli xebercin

--------------------

Narka E-ZaDe

  • 26 avqust 2011 22:26
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
MARAQLIDIR

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

KaRola_16

  • 26 avqust 2011 22:19
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
Qızıl verib almamısan,

nə bilərsən can qədrini,

Oğru çapıb-çaldığının

qiymətini bilər məgər?

--------------------

Delya_91

  • 26 avqust 2011 21:07
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
xebere gore sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

HaYaliM

  • 26 avqust 2011 20:39
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
her kes saglamliginin qedrini bilmelidi.en gozel nemet de can sagligidir.bos yere demeyiblerki

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 26 avqust 2011 20:27
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
cox menali szolerdi ellerinize saglik tskler

sevinc13

  • 26 avqust 2011 20:26
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
MARAQLIDI fellow no

winxclub_bloom

  • 26 avqust 2011 20:12
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
duzdu.gerek saglamligimizn gedrini bilek.tesekkurler xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}