Fibonaççi ədədləri

 
Fibonaççi ədədləri

XIII əsrdə məşhur italyan riyaziyyatçısı Fibonaççi dovşanların çoxalması məsələsini həll edər zaman indiki dövrdə geniş tanınan Fibonaççi ədədlər ardıcıllığını kəşf etmişdir: 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55,..., F(n), … Bu ardıcıllığın n-ci həddi aşağıdakı rekurrent münasibətlə təyin olunur: F(n) = F(n-1) + F(n-2) , n>2 , F(1) = F(2) = 1

İlk dəfə olaraq Kepler qızıl nisbət və Fibonaççi ədədləri haqqında münasibəti tapıb isbat etmişdir ki, qonşu Fibonaççi ədədlərinin nisbətləri ardıcıllığı sonsuzluqda qızıl nisbətə yaxınlaşır:

XVII əsrdə Fibonaççi ədədləri bir çox məşhur riyaziyyatçıların diqqətini cəlb edir. Məhz bu dövrdə astronom Covanni Kassini 3 qonşu Fibonaççi ədədini əlaqələndirən düsturu isbat etmişdir.

Bu düstur Kassini düsturu adlanır. Bu qəribə düstur heyrət doğurur, doğurdan da , əgər təsəvvür etsək ki, o, istənilən n=0,±1,±2,±3,… üçün doğrudur, onda -1 və +1 ədədlərinin Fibonaççi ardıcıllığının bütün ədədləri üçün yuxarıdakı ifadədə növbələnməsi özünəməxsus ritm və ahəngdarlıq hissi doğurur. Qeyd edək ki, yuxarıda adı çəkilən qızıl nisbət bəzən “ilahi nisbət” və ya Ф ədədi adlanır. Ф ədədi bu ədəddən öz abidələrində geniş istifadə edən yunan heykəltəraşı Fidiyin(Phidius) adı ilə bağlıdır. Onun ilahi nisbət adlandırılmasına isə dəlalət edən çoxlu təbii faktlar var.Məsələn insanın boyunun hündülüyünün göbəkdən yerə qədər olan məsafəyə nisbəti Ф ədədinə bərabərdir. Həmçinin yerdən budun yuxarı hissəsinə qədər olan məsafənin yerdən dizə qədər olan məsafəyə nisbəti Ф ədədinə bərabərdir. Eyni sözləri əl və ayaqların barmaq bəndləri haqda da demək olar. Qeyd edək ki, bu faktlardan intibah dövrünün dahi rəssamı, mühəndisi, ixtiraçısı Leonardo Da Vinçi də faydalanmışdır. Onun “Cokonda” və ”Gizli axşam” əsələrinin mükəmməlliyinin çoxsaylı sirrlərindən biri bu faktlardan məharətlə istifadə etməsidir. Başqa misallar göstərək: Məlumdur ki, arı pətəyində dişi fərdlərin sayı erkəklərdən həmişə çoxdur. Dünyanın istənilən pətəyində dişi fərdlərin sayını erkək fərdlərin sayına bölsək, Ф ədədini alarıq.İlahi nisbət qarşısında heyrətiniastronom Kepler belə ifadə etmişdir: “Həndəsədə iki xəzinə mövcuddur: Pifaqor teoremi və qızıl nisbət. Birincinin dəyərini qızılla, ikincinin dəyərini isə daha qiymətli daşla ölçmək olar”. Ən vacibi isə odur ki, ilk baxışda mistik görünən ədədlərin köməyilə kainatın müxtəlif prosesləri təsvir olunur.


Geri dön

Mr_Unlimited

  • 18 sentyabr 2010 11:12
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
her birinize tewekkurler

MuslimGirl

  • 17 sentyabr 2010 19:03
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Bu barede oxumusdum. Zehmete gore tesekkurler

Kisa_Kiss

  • 17 sentyabr 2010 17:41
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
belay спасибо

--------------------

Ulya

  • 17 sentyabr 2010 17:32
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox sagol melumata gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 48
Cəmi: 67

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 52
Cəmi: 155
 
The Shield
Xəbərləri: 47
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 18
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 15
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}