Avroliqada pley-off mərhələsi sensasiyalarla başa çatdı

 
Avroliqada pley-off mərhələsi sensasiyalarla başa çatdı

Avropa Liqasının pley-off mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasından sonra qitənin ən nüfuzlu ikinci turniri olan Avroliqanın qrup mərhələsinə vəsiqə uğrunda 76 komanda mübarizə aparırdı.

Təəssüf ki, onların arasında Azərbaycan komandalarından heç biri yoxdu. Çünki bu turnirdəki təmsilçilərimizdən AZAL və “Xəzər Lənkəran” çıxışını elə ilk cəhddə, “Qarabağ” isə üçüncü cəhdində dayandırmalı oldu.

Bu üzdən də futbolsevərlərimizi daha çox qardaş Türkiyənin Avroliqadakı təmsilçiləri – “Beşiktaş” və “Bursaspor”un çıxışı maraqlandırırdı. Bu komandalar müvafiq olaraq “Alania” və “Anderlecht”lə oyunlarda tam fərqli nəticələrə imza atmışdılar. "Qara qartal" Rusiya klubunu darmadağın etməklə? demək olar ki, cütün taleyini ilk oyunda həll etmişdi. "Bursaspor" isə evdə uduzduğundan cavab görüşündə sensasiya etməsi mümkünsüz görünürdü. Amma maraqlıdır ki, bursalılar səfərdə daha yaxşı çıxış etmələrinə rəğmən, şanssız şəkildə turnirlə vidalaşdılar. "Beşiktaş" isə səfərdə az qala üstünlüyünü əldən verəcəkdi. Amma qardaş ölkə təmsilçisi məğlubiyyətə rəğmən, növbəti mərhələyə adlaya bildi.

“Xəzər Lənkəran”ı Avroliqadan kənarlaşdıran “Maccabi” də yoluna davam edir. Təl-Əviv təmsilçisi qrup mərhələsinə çıxmaq uğrunda “Panathinaikos”la ilk mübarizədən qalib çıxmağı bacarıb. “Qarabağ”ın yolunu kəsən “Brugge” isə qonşu Gürcüstan “Zestafoni”sinə eyni aqibəti yaşadıb.

Avroliqanın pley-off mərhələsində bir sıra sürprizlər də qeydə alınıb. Belə ki, İtaliyanın "Roma", İspaniyanın "Sevilla", Fransanın "Sochaux", Rusiyanın "Spartak", Şotlandiyanın "Rangers" və "Celtic" klubları qrup mərhələsinə vəsiqə qazana bilməyib. Özü də maraqlıdır ki, son klub istisna olmaqla qalan bütün kollektivlər cavab görüşünü evdə keçirməsinə rəğmən, bu üstünlükdən yararlana bilməyiblər.

Keçirilən bütün oyunların siyahısı ilə aşağıda tanış ola bilərsiz. Qeyd edək ki, adları qara hərflərlə işarələnən komandalar qrup mərhələsinə vəsiqə qazananlardır.


Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunları

25 avqust


Spartak (Moskva, Rusiya) - Legia (Polşa) - 2:3 (2:2) (İlk oyun - 2:2)

Dinamo (Buxarest, Rumıniya) - Vorskla (Ukrayna) - 2:3 (1:1) (1:2)

Rennes (Frans) - Crvena Zvezda (Serbiya) - 4:0 (2:0) (2:1)

PSV (Hollandiya) - Ried (Avstriya) - 5:0 (0:0) (0:0)

Dinamo (Kiyev, Ukrayna) - Litex (Bolqarıstan) - 1:0 (0:0) (2:1)

AEK (Kipr) - Rosenborg (Norveç) - 2:1 (1:0) (0:0)

Spartak (Trnava, Slovakiya) - Lokomotiv (Moskva, Rusiya) - 1:1 (1:0) (0:2)

Gaz Metan (Rumıniya) - Austria (Avstriya) - 1:0 (1:0) (1:3)

Dinamo (Tiflis, Gürcüstan) - AEK (Yunanıstan) - 1:1 (əlavə vaxtda) (0:1)

Hapoel (Təl-Əviv, İsrail) - Ekranas (Litva) - 4:0 (1:0) (0:1)

CSKA (Sofiya, Bolqarıstan) - Steaua (Rumıniya) - 1:1 (0:0) (0:2)

Young Boys (İsveçrə) - Braga (Portuqaliya) - 2:2 (0:1) (0:0)

Sparta (Çexiya) - Vaslui (Rumıniya) - 1:0 (1:0) (0:2)

Rapid (Rumıniya) - Slask (Polşa) - 1:1 (1:0) (3:1)

Helsingborg (İsveç) - Standard (Belçika) - 1:3 (0:2) (0:1)

Schalke (Almaniya) - HJK (Finlandiya) - 6:1 (2:1) (0:2)

Vitoria (Portuqaliya) - Atletico (İspaniya) - 0:4 (0:2) (0:2)

Partizan (Serbiya) - Shamrock Rovers (İrlandiya) - 1:2 (əlavə vaxtda) (1:1)

Anderlecht (Belçika) - Bursaspor (Türkiyə) - 2:2 (1:1) (2:1)

Rangers (Şotlandiya) - Maribor (Sloveniya) - 1:1 (0:0) (1:2)

Dnepr (Ukrayna) - Fulham (İngiltərə) - 1:0 (1:0) (0:3)

Sion (İsveçrə) - Celtic (Şotlandiya) - 3:1 (1:0) (0:0)

Brugge (Belçika) - Zestafoni (Gürcüstan) - 2:0 (2:0) (3:3)

Alania (Rusiya) - Beşiktaş (Türkiyə) - 2:0 (0:0) (0:3)

Roma (İtaliya) - Slovan (Slovakiya) - 1:1 (1:0) (0:1)

Panathinaikos (Yunanıstan) - Maccabi (Təl-Əviv) - 2:1 (0:0) (0:3)

Birmingham (İngiltərə) - Nacional (Portuqaliya) - 3:0 (2:0) (0:0)

Rabotnicki (Makedoniya) - Lazio (İtaliya) - 1:3 (1:1) (0:6)

Stoke City (İngiltərə) - Thun (İsveşrə) - 4:1 (3:0) (1:0)

AZ Alkmaar (Hollandiya) - Aalesund (Norveç) - 6:0 (2:0) (1:2)

Sochaux (Fransa) - Metallist (Xarkov, Ukrayna) - 0:4 (0:3) (0:0)

PSG (Fransa) - Differdange (Lüksemburq) - 2:0 (0:0) (4:0)

Tottenham (İngiltərə) - Hearts (Şotlandiya) - 0:0 (0:0) (5:0)

Karpaty (Ukrayna) - PAOK (Yunanıstan) - 1:1 (1:0) (0:2)

Salzburg (İsveçrə) - Omonia (Kipr) - 1:0 (0:0) (1:2)

Sevilla (İspaniya) - Hannover (Almaniya) - 1:1 (1:1) (1:2)

Sporting (Portuqaliya) - Nordsjælland (Danimarka) - 2:1 (0:0) (0:0)


QEYD: Trabzonspor (Türkiyə) - Athletic (İspaniya) oyunu UEFA tərəfindən ləğv olunub. Bu komandalar arasında ilk oyun 0:0 bitsə də, "Fənərbağça" ÇL-dən uzaqlaşdığı üçün onu "Trabzonspor"la əvəzlədilər və güman ki, "Athletic" mübarizəsiz növbəti mərhələyə adlayacaq.


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 14:32
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
tesekkuler xeber ucun

tesekkuler xeber ucun

Sirli Melek

  • 27 avqust 2011 09:54
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

music_angel

  • 27 avqust 2011 00:53
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

Ay Üzlü

  • 27 avqust 2011 00:50
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

devyjones

  • 27 avqust 2011 00:28
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

KaRola_16

  • 26 avqust 2011 22:40
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------

Narka E-ZaDe

  • 26 avqust 2011 22:18
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqlidirrrrr

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Delya_91

  • 26 avqust 2011 21:29
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
eziyyete gore tewekkur

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

urek_yarasi

  • 26 avqust 2011 20:54
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
twk love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

HaYaliM

  • 26 avqust 2011 20:48
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

_Gunel_

  • 26 avqust 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 387
  • Bal:
{awards}
Twkler

★Azerbaijan girl★

  • 26 avqust 2011 20:32
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
maraqli deyildi yenede eziyyete gore tskler belay

sevinc13

  • 26 avqust 2011 20:29
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
MEN MARAQLANMIRAM bully

winxclub_bloom

  • 26 avqust 2011 20:26
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
guya ki trabzonspor udacaq da

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}