Allahı Xatırlamaqda Zəiflik Göstərmək

 
Allahı Xatırlamaqda Zəiflik Göstərmək

«Allahı unutduqları üçün Allahın da onları özlərinə
unutdurduğu kimsələrə bənzəmə-yin! Onlar fasiqlərdir!»
(«Həşr» surəsi, 19).

Bir insanın Allahı xatırlamaqda zəiflik göstərməsi Ona olan yaxınlığını azaldır. Din əxlaqına uyğun yaşamayan insanlar Allahı heç vaxt xatırlamadıqları, hətta günlərlə ağıllarına gətirmədikləri üçün halal-haramı gözləmədən hər cür günah iş tutmağı və Allahın əmrlərinə əməl etməməyi həyat tərzinə çevirirlər.
Möminlər isə istər sözləri ilə, istərsə də ağıllarından keçirdikləri düşüncələri ilə bütün həyatları boyunca Allahı xatırlayıb zikr etməlidirlər. İnsanın bəzən unudaraq Allahı ağlından çıxarması hət-ta iman gətirən bir insanın da bilərəkdən, yaxud bilməyərəkdən müxtəlif xəta və günahlar işləmə-sinə səbəb ola bilər. Çünki Allahı xatırlamadan ötən müddət ərzində insanın hadisələri doğru şəkildə qavrayıb qiymətləndirməsində, yaxşını pisdən ayırmasında, hərəkət, davranış və danışıqla-rında, Quranın hökmlərinə riayət edən düşüncəni rəhbər tutmasında ciddi qüsurlar meydana gələ bilər.

Allahı Xatırlamaqda Zəiflik Göstərmək

Qurandan kənar hər bir davranış pozuntularının səbəbi Allahı xatırlamaq məsələsində yol veri-lən zəiflikdir. Allahın hökmləri qarşısında həssaslığını itirən insan bəzən elə səhvlər edir ki, sonra-dan vəziyyət düzələndə həmin səhvləri necə etdiyini heç özü də anlamır. Belə qeyri-adi səhvlər Allahı unutmamağın əhəmiyyətini göstərən xəbərdarlıq və işarələrdir. Unutqanlığın müddəti və dərəcəsi artdıqca, yol verilən səhvlərin sayı və əhatə dairəsi də artır. Allahı xatırlamaqda göstəri-lən qəflət və zəifliyin böyüklüyü və daimiliyi insanın imanı üçün böyük bir təhlükədir.

Halbuki Allahı hər an xatırlamaq, Onun ayələrini düşünərək dərk etmək insanın ağlının və şüurunun daim açıq olmasını təmin edir. Belə olduğu zaman insan Quranın əmr və qadağalarına dəqiqliklə əməl edib onlara tabe olur. Allahı daim xatırlayan bir insan öz acizliyini daha yaxşı dərk edir, heç bir mövzuda yalnız özünə aid bir qüvvə və iradəyə malik olmadığını daha yaxşı anlayır. Bunun da nəticəsi olaraq, daim Allaha dua edir və istədiyini yalnız Ondan diləyir. İstə-diklərini yalnız Allahdan istəyir, hər bir işdə Allahı əsas sayır, özünü tamamilə Allaha təslim edir. İstənilən şərtlər altında özünü müstəqil və sərbəst sayıb lovğalanmır. Beləliklə də inanan insanla-rın bütün hərəkətləri, davranışları, danışıqları Allahın himayəsi və nəzarəti altında olur. Nəticədə, Allah ona hər an necə, nə şəkildə davranmağın vacibliyini, ən doğru hərəkəti, ən gözəl sözü ilham edir. Ona «insanlar arasında getməyi üçün nur bəxş edir»
(«Hədid» surəsi, 28).

Gözəl əxlaqa qovuşmasını təmin edir.

Allahı Xatırlamaqda Zəiflik Göstərmək

Bunun əksinə olaraq, insan Allahı xatırlamaqdan uzaqlaşdıqca, tək-tənha və köməksiz qalır, doğru düşünmək, doğru qərar qəbul etmək qabiliyyətini itirir. Gördüyü işlər uğursuz olur və tərs gətirir. Çünki heç bir kəs Allahın yardımı və dəstəyi olmadan hər hansı bir məsələnin öhdəsindən gələ bilməz. Hər hansı bir problemi Allahdan asılı olmadan, öz qüvvəsi və iradəsi ilə həll edə, Quranda mədh edilən təqva sahibi bir mömin ola bilməz. Çünki o, elə lap əvvəldən Allahı unut-maqla ən böyük səhvi etmiş və qafillərdən olmuşdur.

Allahı xatırlamaq bir mömin üçün çox əhəmiyyətli ibadətdir. İman gətirən hər bir insan gün-dəlik həyatının qarmaqarışıqlığı içində Allahı bir anlığa da olsa, öz düşüncəsindən çıxarmaz, Al-lahla olan mənəvi əlaqəsini bir an belə itirməz. Əks halda yuxarıda qeyd etdiyimiz çətinliklərlə qarşılaşacağını bilir.
Quranda bu mövzuya Allahın Hz.Musaya xatırlatmasında da diqqət yetirilir:
«Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin»
(«Ta-ha» surəsi, 42).

Allahı Xatırlamaqda Zəiflik Göstərmək

Allah Fironu haqq dinə dəvət etmək üçün Hz.Musa və qardaşı Hz.Haruna Onu zikr etməkdə zəiflik göstərməmələrini xatırlatmışdır. Çünki yuxarıda da bildirildiyi kimi, Fironun qarşısında onları müvəffəq edəcək əsl qüvvə Allahdır.

Bununla yanaşı Allahı az xatırlamaq münafiqlərin bir xüsusiyyətidir. Bu hal Quranda belə göstərilir:
«Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar na-maza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər»
(«Nisa» surəsi, 142).

Allahı Xatırlamaqda Zəiflik Göstərmək

Allahı daim xatırlamağın üstünlüyü bəzi ayələrdə belə bildirilir:
«...Allahı zikr etmək, şübhəsiz ki, ən böyük ibadətdir. Allah nə etdiklərinizi bilir!»
(«Ən-kəbut» surəsi, 45).

«Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım!
Mənə şükür edin, Məni danmayın!»
(«Bəqərə» surəsi, 152).


Geri dön

music_angel

  • 27 avqust 2011 20:52
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
buyurun

--------------------

urek_yarasi

  • 27 avqust 2011 19:12
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

★Azerbaijan girl★

  • 27 avqust 2011 17:15
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanksssssssssssssssss

Doutzen Kroes

  • 27 avqust 2011 16:44
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
«...Allahı zikr etmək, şübhəsiz ki, ən böyük ibadətdir. Allah nə etdiklərinizi bilir!»
(«Ən-kəbut» surəsi, 45).

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Ay Üzlü

  • 27 avqust 2011 15:51
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
«...Allahı zikr etmək, şübhəsiz ki, ən böyük ibadətdir. Allah nə etdiklərinizi bilir!»
(«Ən-kəbut» surəsi, 45).
tewekkurler Allah razi olsun xebere gore

KaRola_16

  • 27 avqust 2011 15:35
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

winxclub_bloom

  • 27 avqust 2011 15:12
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

Narka E-ZaDe

  • 27 avqust 2011 14:57
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 27 avqust 2011 14:57
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Delya_91

  • 27 avqust 2011 14:54
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}