Uşaqlarımızı və ya kiçik bacı qardaşlarımızı internetdən necə qoruyaq?

 
Uşaqlarımızı və ya kiçik bacı qardaşlarımızı internetdən necə qoruyaq?

Uşaqları internetdən necə qoruyaq: 5 "qızıl qayda"nı bilirsiniz? - ARAŞDIRMA

Uşaqlarınızın internetdən zərər çəkməməsi
üçün bəzi qaydalara riayət etməyiniz gərək olacaq...

İnternet texnologiyalar yeniyetmələr və gənclərin həyatının tam bir hissəsinə çevrilib. Eyni zamanda, uşaqlar da bütün kompüter yeniliklərini - sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə əxz edir, onlara alışırlar. İlk baxışdan normal, hətta yaxşı işlərdir. Uşaqlarımız inkişaf edir, daha yeni, daha mütərəqqi və son texnologiyalardan yararlanmağı öyrənirlər. Bir sözlə, zəmanə adamı olurlar.

Qlobal "hörümçək toru" həm də uşaqların dünyagörüşü, informasiya və məlumatlarını da artırır.

Fəqət, hər şey göründüyü kimi deyil, çünki insanın öz kimliyini çox asanlıqla gizləyə bildiyi, nəzarət və kontrolun artıq mücərrəd məfhumlara çevrildiyi internet, uşaqların asan hədəfə döndüyü, müdafiə və himayəsiz qaldığı məkana çevrilir. Uşaqlar bir qayda olaraq tanımadıqları insanlarla əlaqəyə asanlıqla girirlər və bu zaman ağıllarına belə, gətirmirlər ki, onlarla təmasda olan şəxs əxlaqsız, ya da manyak ola bilər.

Azyaşlıların internetdəki pornoqrafik, erotik, ekstremist, radikal dinçi və s. saytlara girişlərinin də qarşısı alınmadıqda onların kənar təsir altına düşmələri həddən ziyadə asanlaşır.

Bununla bağlı olaraq ESET mütəxəssisləri uşaqların internetdən istifadəsini nisbətən təhlükəsiz edə biləcək bir neçə qayda hazırlayıblar.

Valideynlərin 5 "qızıl qaydası"

1. Gənc və ya azyaşlı istifadəçi üçün ayrıca qeydiyyat akkauntu yaratmaq. Belə akkaunt uşağın internetdəki fəallığını nəzarətdə saxlamaq üçün valideynlərə yardım edir. Həmin akkauntun nəzarətçisi, yəni administratoru bütün halllarda valideyn olmalıdır.

2. Siqnatur bazaları və valideyn nəzarəti funksiyaları yenilənmiş antivirus proqram təminatından istifadə etmək. Belə antivirus proqramlar potensial arzuolunmaz materialdan ibarət veb-saytlara girişi yasaqlamağa və ya çətinləşdirməyə imkan verir.

3. Brauzerin "tarix" bölməsini mütəmadi olaraq yoxlayın. Həmin bölmənin boş və ya kiçik olması uşaqla ciddi söhbətin səbəbidir. Çünki kompüterdən azacıq başı çıxan uşaqlar valideynlərin nəzarət məqsədilə brauzerin "tarix" bölməsinə baxdıqlarını anlayaraq orada təmizləmələr aparır, daxil olduqları yasaq saytlarla bağlı məlumatları silirlər.

4. Veb-kameradan istifadəni nəzarətdə saxlayın. Əgər kompüter və ya noutbukdakı veb-kameradan sürəkli istifadə etmirsinizsə, onu qapadın. Bəzi kompüter virusları və proqramları vasitəsilə kibercinayətkarlar həmin kamera vasitəsilə sizin kompüteri nəzarətdə saxlayaraq fayllardan, yazılarınızdan, parollarınızdan bəhrələnə bilərlər. Bundan başqa, uşağa başa salın ki, yalnız tanış insanlarla - qohumlar və ya dostlarla ünsiyyət zamanı veb-kameradan istifadə etmək məsləhətdir.

5. Uşaq sosial şəbəkədən istifadə edirsə, mütləq şəkildə onun həmin şəbəkədəki akkauntunu, səhifəsinin konfidensiallıq və təhlükəsizlik qurğularını yoxlayın. Sosial şəbəkələrdə - məsələn, "Facebook"da - məlumatların yerləşdirilməsindən sonra həmin məlumatlar üzərində nəzarət tamamən əldən çıxır.

Başqa sözlə, ehtiyatsızlıq sizin uşağınız barədə bütün məlumatların düyna miqyasında istənilən adamın rahatlıqla istifadə etməsinə səbəb ola bilər.

Digər qaydalar da var

ESET-in mütəxəssisləri onu da deyirlər ki, brauzer və ya antivirus proqramına daxil edilmiş valideyn nəzarəti vasitələrindən də yararlanmaq olar. Məsələn, "ESET Smart Security 5" antivirus proqramında potensial təhlükəli materiallar olan veb-saytlara girişin yasaqlanması funksiyası var.

Sadalanan qaydalar yalnız bir şirkətin tövsiyələrdir
və ağıllı olsalar da, bir qədər "reklam qoxusu" verirlər.


1. Elektron poçt və ya çatlar vasitəsilə konfidensial, şəxsi məlumatları yollamayın. Unutmayın ki, banklar və ya başqa təşkilatlar heç vaxt sizdən hesabınızın onlayn nömrəsi, PİN-kod və başqa konfidensial informasiyaların elektron poçt vasitəsilə göndərilməsini tələb etməyəcəklər. Bunu azyaşlı internet istifadəçisinə də başa salın.

2. Hədə və təhdid məzmunlu onlayn məlumatlara, yazılara cavab verməyin. Valideynlər uşağa başa salmalıdır ki, tanımadığı insandan alınmış müxtəlif səciyyəli və ya məzmunlu müraciətlərə, yazılara əsla cavab vermək olmaz.

3. İnternetdəki informasiyalara tam etibar etməyin. Qlobal virtual şəbəkədəki məlumatlar qeyri-səhih mənbələrə əsaslanan yanlışlıqlar ola bilər. Ümumiyyətlə, internetdəki bütün məlumatlara inanaraq hər yazılana etimad göstərməyə dəyməz.

4. Uşaqla ünsiyyəti azaltmayın, təmasları artırın. Azyaşlı internet istifadəçisinin virtual həyatı ilə maraqlanın, onunla internetlə bağlı təəssüratlarınızı bölüşün, habelə azyaşlının internetdə ünsiyyətdə olduğu tanışlarının kimliyini soruşun.

Mütəxəssislər hesab edirlər ki, bu qaydalara riayət etməklə u
şaqların internetdən təhlükəsiz istifadəsini təmin etmək olar.


Geri dön

music_angel

  • 27 avqust 2011 20:50
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
tesekkur edirem

--------------------

urek_yarasi

  • 27 avqust 2011 19:18
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
meslehetlere gore twk

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

★Azerbaijan girl★

  • 27 avqust 2011 17:22
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
ewwwwwwwwwwwwwwiiiiiiiiiiiiiiiiiiiiiiii tskler

Doutzen Kroes

  • 27 avqust 2011 16:54
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Faydalı xəbərə görə təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Sirli Melek

  • 27 avqust 2011 16:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
UŞAQLAR ƏLBƏTTƏKİ İNTERNETDƏN UZAQ OLMALIDI.
MƏNCƏ 15 YAŞINA QƏDƏR UŞAQLAR NETƏ GİRMƏMƏLİDİR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ay Üzlü

  • 27 avqust 2011 15:56
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler xebere gore

KaRola_16

  • 27 avqust 2011 15:39
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
BIRAZ OXUDUM... TEWEKKURLER...

--------------------

winxclub_bloom

  • 27 avqust 2011 15:28
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
hqeiqeten de duzdu tsekkuler

--------------------

Prank girl

  • 27 avqust 2011 15:25
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
maraqli ve deyerli meslehetlerdir

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Narka E-ZaDe

  • 27 avqust 2011 15:02
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqli ve deyerli meslehetlerdir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Delya_91

  • 27 avqust 2011 14:52
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
No comment

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

HaYaliM

  • 27 avqust 2011 14:50
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
ne qadagalar qoyulursa qoyulsun yene de girmek ücün bir cixis yolu tapacaqlar.qaydalar ele onlari pozmaq ücündür

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

HaYaT_GuZeL

  • 27 avqust 2011 14:46
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
Oxumadim fovselem catmadi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}