Fitrə sədəqəsi nədir və necə ödənməlidir?

 
Fitrə sədəqəsi nədir və necə ödənməlidir?

Kasıblar, öz ailəsinin dolanışığını təmin edə bilməyənlər fitrə verməyə bilərlər. Fitrə sədəqəsi öz ailəsinin dolanışığını təmin etdikdən sonra artıq malı (pulu) qalanlar tərəfindən verilməlidir.

Peyğəmbər Əfəndimiz (s.ə.s.) də bir neçə hədisində ümmətinə fitrə sədəqəsini vermələrini əmr edib. Ər arvada, arvad ərə, oğul ata-anaya fitrə sədəqəsi verə bilməz. Bu sədəqə yaxınlıqda yaşayan kasıblara verilsə, daha yaxşıdır. Əmiyə, dayıya, xalaya, bibiyə, onların uşaqlarına da verilə bilər. Fitrə sədəqəsini vermək üçün oruc tutmaq şərt deyil. Yəni Ramazan orucunu tutmayan zəngin müsəlmanlar da fitrə verməlidirlər.

İslam alimlərinin qənaətinə görə, fitrə sədəqəsi orucun qəbul olunmasına, ölüm anındakı əzabdan qurtulmağa və qəbir əzabından xilas olmağa vəsilə olur.

Ailənin hər bir üzvünə görə (körpə olub-olmamasından və ya yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq) bu sədəqə ödənməlidir. Ailə başçısı himayəsi altında olan bütün insanların fitrəsini ödəmək məcburiyyətindədir. Lakin övladlar böyüyüb öz yaşamlarını təmin etmək iqtidarındadırlarsa, ailə başçısı onların fitrə sədəqəsini ödəməyə bilər (istəsə, ödəyə də bilər). Ramazan bayramının birinci günü dan yerinin ağarmasından sonra dünyaya gələn uşaq üçün fitrə sədəqəsi ödənmir, daha əvvəl doğulan uşaq üçün fitrə ödənməlidir. Dan yeri ağarmamışdan əvvəl ölən üçün də fitrə sədəqəsi verilmir.

Fitrə Ramazan ayı girdikdən sonra Bayram namazına qədər hər gün verilə bilər. Allah Rəsulu (s.ə.s.) isə bu sədəqənin bayramdan bir neçə gün əvvəl verilməsini tövsiyə edib. Çünki beləliklə yardıma ehtiyacı olan yoxsullar aldıqları sədəqə sayəsində bayram süfrəsi açmaq imkanı əldə edirlər.

Fitrə sədəqəsində əsas məqsəd bir nəfərin bir günlük yeməyini təmin etməkdir. Bunu taxıl, un şəklində də vermək olar. Ancaq sədəqəni pulla vermək tövsiyə olunur. Dinimiz İslam donuq ehkamlar toplusu deyil, dinamikdir, hər dövrün, hər zamanın şərtlərinə uyğunlaşmağı tələb edir. Ona görə də belə məsələlərdə qərar verərkən mövcud şərtləri nəzərə almamaq olmaz. Bu rəqəmlər minimum göstəricilərdir, yəni 3,5 manat müəyyən olunsa da, bu, son hədd deyil, ürəyi istəyən, imkanı çatan 10 manat da verər, 500 manat da.

Veriləcək sədəqənin miqdarını başqa bir yolla da müəyyənləşdirmək olar. Fitrə sədəqəsi verəcək müsəlman bir aylıq mətbəx xərclərini otuz günə bölüb alınan rəqəmi himayəsində olan insanların sayına vurmaqla fitrə məbləğini müəyyən edə bilər. Bu düsturla hesablanan məbləğ də hər kəs üçün fərqli olur. Müsəlman alınan nəticəni özü üçün minimum məbləğ qəbul edə və daha çox sədəqə də verə bilər. Ancaq istənilən halda fitrənin məbləği İslam alimlərinin müəyyənləşdirdiyi məbləğdən aşağı olmamalıdır.

Fitrə sədəqəsi mübarək Ramazanın sonunda ibadət üstünə yeni bir ibadətdir, təbii ki, imkanı çatanlar üçün. Yeri gəlmişkən onu da xatırladaq ki, imkanı olub fitrə sədəqəsi verməyənlər haqda uca dinimizdə çox acı və peşmanlıq doğuran xəbərdarlıqlar mövcuddur.


Geri dön

music_angel

  • 27 avqust 2011 20:51
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

urek_yarasi

  • 27 avqust 2011 19:12
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

★Azerbaijan girl★

  • 27 avqust 2011 17:15
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrr

Doutzen Kroes

  • 27 avqust 2011 16:46
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Dəyərli yazıdı

Dəyərli yazıdı

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

ZEHRA

  • 27 avqust 2011 16:16
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tewekkurler

Ay Üzlü

  • 27 avqust 2011 15:51
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

KaRola_16

  • 27 avqust 2011 15:36
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MELUMATA GORE TEWEKKURLER...ALLAH RAZI OLSUN...

--------------------

winxclub_bloom

  • 27 avqust 2011 15:13
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Narka E-ZaDe

  • 27 avqust 2011 14:58
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 27 avqust 2011 14:55
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Fitrə sədəqəsi mübarək Ramazanın sonunda ibadət üstünə yeni bir ibadətdir, təbii ki, imkanı çatanlar üçün. Yeri gəlmişkən onu da xatırladaq ki, imkanı olub fitrə sədəqəsi verməyənlər haqda uca dinimizdə çox acı və peşmanlıq doğuran xəbərdarlıqlar mövcuddur.

Allah razi olsun..deyerli melumat ücün tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 23
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}