Əbu Hüreyrənin hədislərində ziddiyyətlər

 
Əbu Hüreyrənin hədislərində ziddiyyətlər


Əbu Hüreyrənin hədislərində ziddiyyətlər

1.Əbu Sələmə, Əbu Hüreyrədən yoluxucu olmayan xəstəliklər barəsində bir-biri ilə zidd olan iki hədis nəql etmişdir. Əbu Hüreyrə, nəql etdiyi birinci hədisdə bu növ xəstəlikləri rədd edir, ikinci hədisdə isə belə xəstəliklərin mövcud olmasını təsdiqləyir. Əbu Sələmə bu barədə onunla mübahisə edərkən deyir: Ey Əbu Hüreyrə! Məgər bir qədər əvvəl demədinmi ki, heç bir xəstəlik yoluxucu deyil və onların insana heç bir təsiri yoxdur? Əbu Hüreyrə çıxılmaz vəziyyətdə qalaraq əvvəldə dediyi sözü inkar edir.

2.Onun nəql etdiyi saxta hədislərin birində həzrəti Süleymanın (ə) öz qadınları ilə yaxınlıq etməsi barədə ziddiyyətlərə rast gəlirik. Belə ki, Əbu Hüreyrə onların sayını bəzən 100, bəzən 90, bəzən də 70 və s.. qeyd etmişdir. Bu rəqəmlərin hamısı əhli-sünnətin "Səhih" kitablarında nəql edilmişdir.

3.Onun mühacirət haqqında nəql etdiyi hədislərə diqqət yetirin: Müsəlmanlar Məkkədən Mədinəyə mühacirət etdikləri zaman Əbu Hüreyrə çox yoxsul və səfil bir ayan idi. O başqalarına nökərçilik edərək (bəzən də dilənərək) gündəlik çörək pulunu zorla qazanırdı. Amma bununla belə o keçmiş illəri xatırlayarkən şəxsi evindən və sahib olduğu quldan söhbət açırdı.

Əbu Hüreyrənin hədislərində ziddiyyətlər

Müaviyənin zamanında nəql etdiyi rəvayətlərin birində deyir: "Mədinədə beyət üçün Peyğəmbər(s)-in hüzuruna getdiyim zaman yarı yolda qulum məndən aralanıb qaçdı.

Peyğəmbər(s)-ə beyət etdiyim zaman qulumu onun yanında gördüm. Peyğəmbər (s) məndən soruşdu: Ey Əbu Hüreyrə, bu qul sənindirmi? Cavab verdim: Bəli, ya Rəsulallah. Mən onu Allah yolunda azad etdim.

4.Qeyd etdiyimiz kimi Əbu Hüreyrə çox yoxsul və fəqir bir şəxs olmuşdur. O, "Süffə yoxsullarından idi.

Peyğəmbər (s) vəfat edən günə qədər orada yaşamışdır. Çünki, onun Mədinədə nə bir qohumu, nə də evi var idi. Onun boynundan (dizlərinədək) asdığı bitli parçadan başqa bir şeyi yox idi.

O parçanın iki ucunu bir-birinə bağlayardı ki, övrəti görünməsin. Bəzən acından Peyğəmbər (s)-in minbəri ilə Ayişənin otağı arasında huşunu itirərərək yerə yıxılardı.

Əbu Hüreyrənin hədislərində ziddiyyətlər

Görəsən belə bir acınacaqlı həyat tərzi sürən bir şəxs mühacirət etdikdən sonra Mədinədə yaşadığı evi haradan və necə əldə etmişdir?!

O, bu evə anasının Peyğəmbər (s)-in duası ilə müsəlman olduğunu nəql edərkən işarə etmişdir. Bunu da qeyd edək ki, Əbu Hüreyrə bu rəvayəti Şamda olarkən (Müaviyənin zamanında) nəql etmişdir.

5.Onun nəql etdiyi ziddiyyətli hədislərə, gətirdiyi dəlillərə diqqət yetirsəniz, onların həddən artıq əsassız və mənasız olduqlarına özünüz şahid olacaqsınız. Əbu Hüreyrənin nəql etdiyi hədislərin bir çoxu insanda istər-istəməz ikrah hissi yaradır.

Əbu Hüreyrə ona etiraz edən şəxslərə, adətən belə cavab verərdi: "Əbu Hüreyrə öz parçasını (əbasını) Peyğəmbər (s)-in qarşısında yerə saldı, O həzrət də (s) əli ilə ona ovuc-ovuc elm tökdü və sonra buyurdu: Onu özünə bağla! Mən də parçanı sinəmə bağlayıb yaddaşsızlıqdan bir dəfəlik yaxa qurtardım. Səhabələrin hamısından çox mən hədis hifz etdim və dünya onun sünnəti ilə doldu."

Sanki Allah özü müxaliflərin cavabını vermək üçün bu sözləri Əbu Hüreyrənin ağzından çıxarmışdır.

Əbu Hüreyrənin hədislərində ziddiyyətlər

Onun nəql etdiyi hədislər bir-birləri ilə zidd olamaqla yanaşı, həm də təkzib edicidir. Buna görə də biz dediklərimizlə kifayətlənməyib mətləbi bir qədər geniş izah etmək istəyirik.

Əbu Hüreyrə dəfələrlə görmədiyi eşitmədiyi hadisələrin şahidi olduğunu iddia edərdi. Bu hədisə diqqət yetirin: Günlərin biri Peyğəmbər (s)-in qızı (Osmanın həyat yoldaşı) Rüqəyyənin yanına getdim. Onun əlində daraq var idi. Məni görüb dedi: Bir az bundan qabaq Peyğəmbər (s) burada idi, mən onun saçlarını daradım.

Bu hədisin bütünlüklə Əbu Hüreyrəyə aid olduğunu hamı təsdiqləyir və çox gözəl bilirlər ki, Rüqəyyə hicrətin üçüncü ilində, "Bədr" döyüşündən sonra vəfat etmişdir. Əbu Hüreyrə isə islamı hicrətin yeddinci ilində, yəni Xeybərin fəthindən sonra qəbul etmişdir. Bu hesabla, ey əql sahibləri! özünüz deyin, o vaxt Rüqəyyə, daraq harada idi?!

Əbu Hüreyrənin elmi və nəql etdiyi hədislərin dini qanunlarla ziddiyyətliliyi

Əbu Hüreyrənin hədislərində ziddiyyətlər

Əbu Hüreyrə deyir: Günlərin biri Peyğəmbər (s) bizə belə bir göstəriş verdi: Əgər filan yerdə filan kəsləri tapa bilsəniz od vurub yandırın. Amma onunla vidalaşmazdan əvvəl buyurdu: "O iki nəfəri yandırmağı əmr etdim, amma yandırmaq yalnız Allaha məxsusdur və bu, Ona xas olan əzab növüdür. Siz onları başqa yol ilə öldürün."

Göründüyü kimi bu söz "əməl etmə vaxtı çatmadan edilən nəsxdir" və belə bir iş Allah və Onun Peyğəmbəri üçün mahal və qeyri-mümkündür.

Əbu Hüreyrə əqlə zidd olan hədislər də nəql etmişdir. Məsələn: Həzrəti Davudun (ə) az vaxt ərzində Quran oxuması və s..

Bu rəvayətdə deyilir: Həzrəti Davud (ə) atını yəhərləyib qurtaranadək Quranı bir dəfə xətm edərdi.


Geri dön

_gladiator_

  • 29 avqust 2011 18:54
  • Məqalə: 0
  • Şərh: 132
  • Bal:
twk............

urek_yarasi

  • 27 avqust 2011 20:07
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

KaRola_16

  • 27 avqust 2011 19:57
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

HaYaliM

  • 27 avqust 2011 19:37
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Narka E-ZaDe

  • 27 avqust 2011 18:57
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

★Azerbaijan girl★

  • 27 avqust 2011 18:45
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

Prank girl

  • 27 avqust 2011 18:43
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkur edirem Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

winxclub_bloom

  • 27 avqust 2011 18:37
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

devyjones

  • 27 avqust 2011 18:33
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
EBu Hureyre Kimi Dİlenci Adam Yox idi Peygemberin Yaninda gelerdi Ve onun yemeyini Peygember vererdi!!!!Tesekkurler

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}