Bayramda məzar ziyarəti

 
Bayramda məzar ziyarəti

Bu ziyarət dinimizdə təqdir edilir, yəni xoş əməl sayılır, amma gərək xətaya yol verməyəsən, yəni ziyarətinə getdiyindən mədəd ummayasan, Allahdan ona mərhəmət diləyəsən.

Biz də bu mövzuda oxuyub-bildiklərimizi dəyərli oxucularımızla bölüşmək istəyirik.

Peyğəmbərimiz məzardakılara salam verib və belə səslənib ki, bu gün siz buradasınız və zamanı gələndə bizlər də sizə qovuşacağıq. Demək, məzardakı ölüyə salam vermək var. Məzardakı üçün dua etmək, Allaha yalvararaq ona və ya onlara mərhəmət diləmək çox mühüm məsələdir. Peyğəmbərimiz buyurur ki, məzardakının halı dənizdə boğılanın halına bənzəyir, dənizdə boğulan öz xilaskarını necə gözləyirsə, məzardakı da öz doğmalarından gələcək duanı ondan daha böyük həsrətlə, daha böyük intizarla gözləyir.

Dəyərli oxucular! Dua eləmək üçün harasa getməyə lüzum yoxdur. Dua - qulun Allaha yalvarmasıdır, Ondan dilək diləməsidir. İşdə, oturduğunuz yerdə, avtobusda yol gedərkən içinizdən gələn səmimiyyətlə yalvarın: “Allahım, Sənə yalvarıram, bildiyim, bilmədiyim O Gözəl Adlarını çağıraraq yalvarıram: “Mənim atama, anama rəhmət elə, onun günahlarını bağışla, onu cəhənnəm əzabından qoru, cənnətinə sakin elə!” Dua edərkən Peyğəmbərimizi vasitəçi seçmək, Ona salavat gətirərək duaya başlamaq və ya “Rəsulullahın üzü hörmətinə” deyərək istəmək işə bərəkət qatar.

Qəbir üstünə yemək və ya şirniyyat qoymaq, bir şey bağlamaq, şam yandırmaq düzgün deyil. Qəbrin ətrafını təmizləmək, səliqəyə salmaq yaxşıdır, amma qəbir üstündə bitən otları yolmasanız, daha yaxşıdır, çünki Peyğəmbərimizin bildirdiyinə görə, qəbir üzərindəki otlar ölünün əzabının azalmasına səbəb olur. Qəbir üzərində həmişəyaşıl, yarpaqları tökülməyən ağaclar əkmək məsləhət görülür. Qurumuş otlar, kol-kos təmizlənməlidir.

Qəbir üstündə oturmaq, qəbrə doğru namaz qılmaq, qəbir üzərində qurban kəsmək, ölüdən mədəd ummaq dinimizə görə yasaqdır. Məzardakından mədəd ummaq, “yəni ey bu qəbirdə yatan filankəs, mənim bu işimi düzəlt, mənə yardım elə!”- deyə dua eləmək isə çox ağır günahdır, çünki Allaha şərik qoşmaq sayılır.

Unutmayın ki, ölmüşlər həyatda olan yaxınlarından dua gözləyirlər. Onların bu duanı necə şiddətlə istədiyi bu dünyada bilmək çox çətindir və onu Allahdan aşağı ölülərdən savayı kimsə bilməz. Ona görə də ölmüşlərinizin ardınca dua etməkdən çəkinməyin, həmişə dua edin, bir Fatitə oxuyun və hasil olan savabı, başda Peyğəmbərimiz Həzrəti Məhəmməd olmaqla, mərhumlarınızın ruhuna bağışlayın. Rəsulullahın bildirdiyinə görə, bir duadan ölüyə dağlardan böyük savab verilir. Xüsusilə də bu mübarək günlərdə, oruclu ağzınızla dua etməyin daha çox faydası var. Ämin olun ki, sızın dualarınız mərhumlarınızı çox-çox məmnun edir.

Bir məsələni də diqqətinizə çatdırmağı borc bilirik. Qəbiristanlıqda yurd salmış, pul qazanmaq məqsədi ilə orada gün keçirən, pul almamış dua oxumayan, özünü din xadimi kimi təqdim edən adamlara heç yaxınlaşmasanız daha yaxşıdır. Doğrudur, niyyətləri Allahdan savayı kimsə bilməz, amma sən görürsən ki, o adam orada Allah kəlamı satmaqla məşğuldur. Allah kəlamını alış-verişə çevirmək isə günahdır. Ona görə də onunla iş görməkdən bir fayda gözləməyin, özünüz bildiyiniz kimi, ürəyinizdən necə gəlirsə, ən səmimi halınızla bir Fatihə oxuyub bağışlayın və əmin olun ki, bu sizin üçün də, məzardakı üçün də daha xeyirlidir.

Ölülərinizi ziyarət edin, amma ziyarət edərkən onu da düşünün ki, o qara torpağın altına girmək sizin üçün də var. Bu düşüncə ilə bir müddət baş-başa qalın və əmin olun ki, bu da sizə bir başqa xeyir qapısı açacaq


Geri dön

_TUNAR_MAMEDOV_

  • 18 noyabr 2011 01:02
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
ALLAH RAZI OLSUN....


ALLAH RAZI OLSUN....

--------------------

music_angel

  • 27 avqust 2011 21:05
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
tesekkur edirem Allah razi olsun

--------------------

KaRola_16

  • 27 avqust 2011 19:45
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
TEWEKKURLER MARAQLI IDI...

--------------------

urek_yarasi

  • 27 avqust 2011 18:34
  • Məqalə: 12
  • Şərh: 622
  • Bal:
{awards}
twk love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

devyjones

  • 27 avqust 2011 18:26
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Olumu Butun canli Dadacaq

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

sevinc13

  • 27 avqust 2011 18:19
  • Məqalə: 2
  • Şərh: 392
  • Bal:
{awards}
THANK YOU FRİEND

Prank girl

  • 27 avqust 2011 18:06
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekur ediem Allah butun olenlere rehmet etsin qalanlara ise can sagligi versin Amin

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Narka E-ZaDe

  • 27 avqust 2011 18:06
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 27 avqust 2011 17:46
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

aid_fanatka

  • 27 avqust 2011 17:31
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk..................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

HaYaliM

  • 27 avqust 2011 17:12
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah her kesin olenlerine Rehmet elesin..qebir üstüne getmek vacibdi bayramlarda.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

winxclub_bloom

  • 27 avqust 2011 17:07
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}

Ölülərinizi ziyarət edin, amma ziyarət edərkən onu da düşünün ki, o qara torpağın altına girmək sizin üçün də var. Bu düşüncə ilə bir müddət baş-başa qalın və əmin olun ki, bu da sizə bir başqa xeyir qapısı açacaq
ALLAH HEC KIMIN CANINA DEYMESIN!XUSUSILE DE YAXINLARIN! AMIN! INSALLAH!

--------------------

★Azerbaijan girl★

  • 27 avqust 2011 17:07
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tskler recourse

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 48

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 723
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}