Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

 
Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

«Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı, heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...»

İmamın həyatı
Hicrətin üçüncü ilində Mədinədə əziz Peyğəmbərimizin ilk nəvəsi, gözünün nuru Həzrət İmam Həsən (ə) dünyaya gəlib. Həzrət Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) mübarək evliliyinin ilk meyvəsi olan İmam Həsən (ə) elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi,məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. Tarixçilər yazırlar: “İmam Həsən Müctəba (ə) ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.”

Yeddi yaşında ikən babası Peyğəmbəri (s) və anası Fatiməni (s) itirən İmam Həsən (ə) 30 il ərzində atası ilə çiyin çiyinə İslam uğrunda vuruşub. İmam Həsən Cəməl və Siffeyn kimi döyüşlərdə din düşmənlərinə qarşı ön cəbhədə vuruşub. Hətta iş o yerə çatmışdı ki, Həzrət Əli (ə) Peyğəmbərin (s) nəslinin kəsilməməsi və imamətin davam olunması üçün İmam Həsələ İmam Hüseyni (ə) döyüşdən çəkindirərdi.

Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

Peyğəmbərdən sonrakı durum

Xilafət bir dövlət sistemi olaraq Peyğəmbər (s) tərəfindən təsis edilmişdi. Hələ hicrətdən sonra Mədinədə siyasi rəhbərliyi öz əlinə götürən Allahın Rəsulu (s) Məkkənin fəthindən və ərəblərin çoxunun müsəlman olduqdan sonra faktiki olaraq bütün ərəb qəbilələrini vahid İslam dövlətinə birləşdirdi. Ilahi təlimə görə peyğəmbərləri seçən Allah, onların vəsilərini, xələflərini də seçməlidir. Beləliklə də, Rəsuli-Əkrəm (s) dəfələrlə öz vəsiləri olaraq Əhli-Beyt (ə) imamlarını təyin etməsinə baxmayaraq, Həzrətin vəfatından sonra xəlifələrin şura ilə seçilməsi ənənəsi qoyuldu. İslam dövlətinin qorunması və daxildən parçalanmaması üçün ilk imam Həzrət Əli (ə) şura ilə seçilən Əbu Bəkrin, daha sonra isə Əbu Bəkrin vəsiyyəti ilə təyin olunan Ömərin və nəhayət Ömərin təyin etdiyi altı nəfərlik şura ilə seçilən Osmanın hakimiyyətinə qarşı çıxmadı. İmam Əli (ə) bununla yeni qurulmuş və hələ həssas olan müsəlman cəmiyyətinin vəhdətini qorumaq istəyirdi. Ancaq bir məsələyə xüsusi diqqət yetirilməlidir ki, bu məsələ İslam tarixinin böyük faciələrlə üzləşməsinə səbə oldu.

Belə ki, hələ Peyğəmbərin (s) sağlığında Məkkənin fəthi zamanı canının və malının qorunması üçün zahirən iman gətirmiş Bəni Üməyyə (Əməvilər) İslam dövlətinin idarəçiliyini öz əllərinə keçirmək istəyirdilər. Bu istiqamətdə ilk addım xəlifə Ömərin dövründə atıldı: Əməvilərin başçısı Əbu Süfyanın oğlu Muaviyə Şama (indiki Suriya, Fələstin, Livan və İordaniya) vali təyin olundu. Şam əhli Peyğəmbər (s) dövrünü görmədiyindən, İslamı Ömərin dövründə və Muaviyənin valiliyi altında qəbul etdiyindən, Əməvilər bu ərazidə İslamı özlərinə uyğun təbliğ edərək öz gələcək hakimiyyəti üçün baza yaradırdılar.

Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

Osmanın xəlifə təyin olunması vəziyyəti daha da çətinləşdirdi. Beləki, ana tərəfdən Muaviyəyə qohum olan xəlifə Əməvilərin dövlətin mərkəzi strukturlarına çıxışını təmin etdi. Hətta Peyğəmbərin Mədinədən qovduğu, Əbu Bəkr və Ömərin də Mədinəyə buraxmadığı münafiq Həkəm (Osmanın dayısı) üçüncü xəlifənin dövründə nəinki Mədinəyə gəldi, hətta xəlifənin müşaviri oldu. Osmanın ölümü ilə nəhayət ki, hakimiyyətə keçəcəklərinə ümid edən Bəni Üməyyənin planlarını Mədinə qiyamı puş etdi. Osmanın xərc-mərcliyinə etiraz edən Mədinə əhli qiyam edərək Osmanı qətlə yetirdilər və Həzrət Əliyə (ə) xəlifə kimi beyət etdilər. Həmin andan Əməvilər hərb yolu ilə hakimiyyətə gəlməyi qərara aldılar. Əməvilərə müqavimət göstərib vətəndaş müharibəsinə son qoymaq üçün Həzrət Əli (ə) paytaxtı Şama yaxın olan Kufəyə (İraq) köçürtdü.

İmam Həsənin xilafətə gəlməsi

Həzrət Əli (ə) xilafətə gəldikdən sonra keçmiş xəlifələrin siyasətinə zidd kurs tutdu. İlk növbədə yeni ərazilərin işğalı dayandırıldı, yerlərdə təyin olunan valilər yeniləri ilə əvəz olundu, qəbilə və milli mənsubiyyətə əsaslanan bütün ayrıseçkiliklər aradan qaldırıldı. Artıq istər ərəb, istər qeyri ərəb (əcəm), istər səhabə istər qeyri-səhabə, istər İslamı ilk qəbul edənlər istər sonra iman gətirənlər eyni statusda oldular. Bu isə keçmiş xəlifələrin dövründə imtiyaz sahiblərini narahat edirdi. Elə bu səbəbdən də Peyğəmbər xanımı Aişə, səhabələr Təlhə və Zübeyr Bəsrədə Həzrət Əliyə (ə) qarşı qoşun yığdılar.

Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

Nəticədə baş verən Cəməl döyüşü baş verdi və imtiyazlarının itirldiyindən narazı qüvvələri yerinə otuzdurmaq mümkün oldu. Ancaq Əməvilərin təhlükəsi hələ də yatmırdı. Nəhayət, Siffeyn adlı bir məntəqədə Həzrət Əli (ə) ilə Muaviyənin qoşunu 2 il müharibə etdilər və müharibə heç bir nəticə vermədi, yalnız “xəvaric” (xaricilər, dindən xaric olanlar) firqəsi yarandı. Bu firqə həm Əhli-beytə (ə), həm Əməvilərə müxalif mövqe tutdular. Xəvaricin qiyamını yatırtmaq üçün Həzrət Əli (ə) Nəhrəvanda onlarla müharibə etdi və bu təhlükəni aradan qaldırdı. Sağ qalmış xəvariclərdən biri Həzrət Əliyə (ə) namaz vaxtı məsciddə hücum edərək Həzrəti şəhadətə yetirdi. Peyğəmbərin (s) vəsiyyətinə əsasən Həzrət Əli (ə) özündən sonra xəlifə olaraq İmam Həsəni (ə) təyin etdi.

İmam Həsənin (ə) xilafəti

Həzrət Əli (ə) İmam Həsənə (ə) ağır durumda olan bir miras qoydu – daxildən və xaricdən parçalanmaq təhlükəsində olan bir dövlət. Beləki, imtiyazlardan məhrum olmuş səhabə və qəbilə başçıları, hakimiyyətə keçmək istəyən Muaviyə, qatı dindar qiyafəsində olan ifratçı “xəvaric” (müasir dillə desək “radikallar” və ya “terrorçular”) daxildə təhlükə təşkil edirdilər. Xilafətin daxili problemlərindən istifadə edərək İslam dövlətinə hücum etmək istəyən Bizans İmperiyası isə xarici təhlükə idi. Həmin zamanlar Bizans artıq ordu təşkil eədib müsəlmanlara hücum etməyə hazırlaşırdı. Bunun müqabilində İmam Həsənə (ə) Yəmən, Hicaz, İraq və Şam da müharibələrdən yorulmuş və vuruşmaq istəməyən bir ordu miras qalmışdı. Paytaxt Kufənin əhli vahid mövqedə deyildi. Yuxarıda qeyd olunan müxtəlif ictimai təməyyüllərin nümayəndələri Kufədə yaşayırdılar. Onların bəziləri Əməvilərin tərəfdarı, bəziləri xəvaric, bəziləri laqeyd və az bir hissəsi Əhli-Beytə (ə) sadiq insanlar idi.

Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

Hakimiyyət arzusu gözlərini tutmuş Muaviyə ölkənin taleyini təhlükə altına qoyaraq İmam Həsənə (ə) qarşı ordu çəkdi. İmam (ə) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa dəvət edəndə onlar İmamın (ə) dəvətini çox gec qəbul etdilər. Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri İmam Həsənə (ə) yetişdikdə, İmam camaatı məscidə yığdı. Xütbəyə başlayıb Müaviyənin ordusunun səfərbər olmasını camaata çatdırdıqdan sonra camaatı Allah yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa dəvət etdi. İmam (ə) bildirdi ki, səbirli olmaq, fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam (ə) camaatı döyüşə dəvət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi.

Muaviyə ilə sülh

Nəhayət İmam Həsənin (ə) yaxın səhabələrindən bir neçəsi camaatı səfərbər etmək məqsədilə çıxışlar etdi. Bundan sonra İmam Həsən (ə) kiçik bir ordu ilə Kufədən çıxaraq şəhərin yaxınlığında Nüxeylə adlı bir yerdə düşərgə saldı. İmamın (ə) ordusu təzə qüvvələrin gəlib onlara birləşməsi məqsədilə on gün Nüxeylədə qaldı. Nəhayət, dörd min nəfər İmamın (ə) başına toplaşdı. Buna görə də, İmam (ə) məcbur olub güclü ordu toplamaq məqsədilə Kufəyə qayıtdı. Təşkil olunan ordu müxtəlif əqidəli insanlardan ibarət idi. Oradu arasında vəhdət olmadığında onunla heç bir döyüş aparmaq da mümkün deyildi. İmamın öz çıxışı buna bariz nümunədir:

Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

“Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış, öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz, lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik, ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bəziləri Siffeyn döyüşündə, bəziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını, yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır, ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq, bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa, deyin, onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox, əgər sağ qalmaq istəyirsinizsə, deyin, onda bu təklifi qəbul edib sizin razılığınızı təmin edək.” İmamın (ə) sözləri bu yerə çatanda hamı bir ağızdan: “Biz yaşamaq istəyirik, biz sağ qalmaq istəyirik!”– deyə qışqırdı.

Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

Həmin dövrdə Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi Müaviyəyə məktub yazıb bildirdilər ki, onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki, Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsəni (ə) tutub ona verəcək, ya da ona sui-qəsd edəcəklər. Müaviyə həmin məktubları olduğu kimi İmam Həsənə (ə) göndərib soruşdu ki, bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilər.
İmam (ə) Muaviyəyə qarşı topladığı ordu Muaviyənin hiylələri nəticəsində dağıldı. Beləki, İmamın (ə) qoşun başçılarından biri Muaviyədən pul alaraq səkkiz min nəfərlə Muaviyənin tərəfinə keçdi. Cəsusların yaydığı şayələr nəticəsində İmamın (ə) öz əsgərləri ona hücum etdilər. Tək qalmış İmam Həsən (ə) Muaviyənin sülh təklifini qəbul etməyə məcbur oldu. Həzrət buyururdu: “Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı, heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...”

Sülh müqaviləsinin bəzi müddəaları

Müaviyədən sonra hökumət Həsən ibn Əlinin (ə) ixtiyarına keçməlidir. Əgər onun (İmam Həsənin (ə)) başına bir iş gələrsə, Hüseyn ibn Əli (ə) hökumət başına gələcək. Həmçinin, Müaviyənin özündən sonra canişin təyin etməyə haqqı yoxdur. Əmirəlmöminin Əliyə (ə) namaz qılarkən hörmətsizlik edib onu söyməyin, lənətlənməyin qarşısı alınsın və o Həzrət yaxşılıqla yad edilsin. (Çünki Muaviyə Şamda Həzrət Əliyə (ə) minbərlərdən lənət oxutdururdu). Müaviyə bütün əhaliyə, istər Şam, istər İraq, istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha təqib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Əlinin (ə) şiələrinin canı, malı və pulunun hörməti qorunmalıdır.

Ətraflı məlumat İmam Həsən ibn Əli (ə)

Onlar əsla axtarışa məruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əlinin (ə) şiələrindəki beytül-mal onların özlərində qalmalıdır. Həmçinin, Həsən ibn Əli (ə) və qardaşı Hüseyn ibn Əli (ə) və eləcə də, Peyğəmbərin (s) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.
Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam əyan-əşrafı buna şəhadət verdilər.

Ancaq Muaviyə Kufə məscidində çıxış edərək, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tənə və təhqirlə dedi: «Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm.»
Hadisədən sonra İmam Həsən Kufəni tərk edib Mədinəyə qayıdır. Muaviyənin göstərişi ilə İmam Həsənin qaynatası öz qızı Cödəyə İmamı (ə) zəhərləndirməyə məcbur etdi. Beləliklə də hicri 50-ci ildə (təqribən miladi 670-ci il) İmam Həsən (ə) 47 yaşında ikən xanımı tərəfindən zəhərləndirilərək şəhadətə yetirildi. İmam Hüseyn (ə) qardaşı İmam Həsənin (ə) mübarək cənazəsini babasının yanında dəfn etmək istədi. Ancaq peyğəmbər xanımı Aişənin başçılıq etdiyi bir dəstə müxalif bunun qarşısını almaq üçün ağanın mübarək cənazəsini ox atəşinə tutur. İxtilafları dərinləşdirməmək üçün İmam Hüseyn (ə) qardaşını Mədinənin Bəqi qəbirstanlığında dəfn edir.

Sülh və əmin-amanlıq arzulayan müsəlmanlar heç bir rahatlığa nail olmadılar. İmam Həsən (ə) xilafəti təhvil verdikdən sonra Muaviyə onları yeni döyüşlərə cəlb etdi, onları iqtisadi əsarətinə saldı, verdiyi vədlərə də xilaf çıxdı. İbn Ziyad kimi zalım və qəddar bir şəxsi Kufəyə vali təyin olundu, kufəlilər təqiblərə məruz qaldı və nəhayət xilafət səlnətə çevirildi.


Geri dön

_TUNAR_MAMEDOV_

  • 18 noyabr 2011 00:55
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN....

--------------------

music_angel

  • 5 sentyabr 2011 17:32
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

Allah razi olsun

Allah razi olsun

--------------------

_gladiator_

  • 29 avqust 2011 18:55
  • Məqalə: 0
  • Şərh: 132
  • Bal:
{awards}
twk............

music_angel

  • 27 avqust 2011 21:07
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

KaRola_16

  • 27 avqust 2011 19:47
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
DEYERLI XEBERE GORE TEWEKKURLER...

--------------------

urek_yarasi

  • 27 avqust 2011 18:25
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
allah razi olsun

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

sevinc13

  • 27 avqust 2011 18:16
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
TEŞEKKÜRLER

TEŞEKKÜRLER

SABiNA

  • 27 avqust 2011 18:05
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ALLAH BIZI EHLI-BEYTDEN AYRI SALMASIN!!!

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

Narka E-ZaDe

  • 27 avqust 2011 18:03
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

devyjones

  • 27 avqust 2011 18:01
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ALLAH BIZI EHLI-BEYTDEN AYRI SALMASIN!!!


Ehli-Beyt-i Gecen Azar....Dalda Qalan Batar!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

ZEHRA

  • 27 avqust 2011 17:57
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Axıra qədər çox maraqla oxudum çox dəyərli və maraqlı yazıdı

Prank girl

  • 27 avqust 2011 17:53
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tsk maraqli yaziya gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Doutzen Kroes

  • 27 avqust 2011 17:53
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Axıra qədər çox maraqla oxudum çox dəyərli və maraqlı yazıdı

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

★Azerbaijan girl★

  • 27 avqust 2011 17:32
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrr

winxclub_bloom

  • 27 avqust 2011 17:29
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

aid_fanatka

  • 27 avqust 2011 17:29
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
ilk serh menden twk,...

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}