Cırtdan fikirlər

 
……Deyirdi ki,insan düşüncəsi son nəhayətdə gücsüzdür.Onun uçmaq üçün güclü qanadları var,lakin bu qanadları insana bəxş etmiş tale bizdən güclüdür.O,bizi çox uzaqlaşmağa qoymur,icazə verdiyi sərhəddən o üzə keçə bilmirik.Bizim qabağımzıda bir sədd qoyub:kiçik bir dairə ilə yüyürərək dövrə vuranda qəlbimizdə bir ümid ,bir sevinc oyanır,sonra isə bizi yenidən geri çəkirlər:şahin uçuran ovçu quşun ipini çəkən kimi.Azadlığımızı nə vaxt tapacağıq?O ipi nə vaxt kəsəcəklər ki,şahin də açıq səmaya qalxa bilsin?

Nə vaxt?Ümumiyyətlə,bu,nə zamansa olacaqmı?Mövcudiyyətimizin sirri elə ovçunun əlinə bağlanmağımızda,əbədilik bağlı qalmağımızda deyilmi?Əks təqdirdə,biz indiki məxluqlar olmazdıq və bizim taleyimiz də adi insan taleyi olmazdı.

Amma biz,hər halda,daim açıq səmaya can atmaq üçün,özümüzü uca göylərə sanmaq üçün yaranmışıq.Yüksəklik,heç nəyə baxmayaraq,mövcuddur,o, öz zənginlikləri ilə gözlərimizin qarşısında açılır,mütləq reallıqdır bu.Bu genişlik də elə bizim əsir olmağımız kimi bir reallıqdır.

Heç vaxt əlimiz çatmayan bu əngəlliklər niyə mövcuddur bəs?-deyə mühakimə.-Ətrafımızdakı,həyatın ətraqfındakı bu nəhayətsuzliyin nə mənası,əgər biz elə həmişə əsirləriksə və həyat da elə həmişəki kimi öz içində davam edirsə?Bu nəhayətsizliyin nə mənası var onda?Məgər biz bundan daha xoşbəxt ola bilirik?Heç oxşamır.Bəlkə,hələ bir az da bədbəxt hiss edirik özümüzü.

Mən ona diqqətlə göz qoyurdum-üzündəki tutqunluq,qoca gözlərində qəfil açılan dərin yorğunluq nə idi bəs?
-Biz həqiqəti tapmağa can atanda daha xoşbəxt oluruqmu?-deyə sözünmə davam edirdi.-Bilmirəm.Mən yalnız onu tapmağa can atıram.Bütün həyatım həqiqəti tapmaq naminə sonsuz axtarışlardan ibarət olub və hərdən mənə elə gəlir ki,ayılıram ,sanki,həqiqət səmasının təmiz bir parçası gözlərimin önündə açılır.Lakin heç vaxt göylər sirrini mənə açmayıb və baxışlarım nəhanətsizliyin görüntüsündən dadmayıb,onu dadmadan yer üzündə heç nəyi dərk edə bilməzsən.Bizə bu icazə verilməyib.Elə buna görə də mənim bütün səylərim,əslində,əbəs idi.Elə buna görə də baş vurduğum hər şey yarımhəqiqət olaraq qalırdı,bəhrəsini vermirdi.Yaratdıqlarım barədə ürək ağrısı ilə fikirləşirəm,yəqin,başqaları da onları görəndə qüssə,əzab çəkirlər-başı ,qolu olmayan antik heykəllərə də elə eyni hisslərlə tamaşa edirik.Mənim yaratdıqlarımın hamısı eybəcər,yarımçıqdır.Özümdən sonra insanlara da yalnız yarımçıq işlər qoyacağam.

Axı burada nə qəribə var ki?
İnsanın qismətidir bu.İnsanın bütün əziyyətinin ,bütün yaratdıqlarının qaçılmaz nəsibi budur.Bizim yaratdıqlarımız həmişə əlçatmaz qalacaq,qarşımızda açılmalı olmayan və heç vaxt aça bilməyəcəyimiz nəyəsə aparan yolun ilk addımıdır.Bütün bəşər mədəniyyəti mahiyyətcə əlçatmaz bir məqsədə aparan yolun yalnız ilk addımıdır.Bütün yaratdıqlarımızı eybəcərdir,antik heykəllərin faciəvi natamamlığını andırır.Bəs insan ruhunun özü necə,elə eyni natamamlıq deyilmi?
Bizi heç vaxt göylərə qaldıra bilməyəcək qanadların nə faydası?Onlar yükümüzü azaltmaq əvəzisnə ,yalnız əlavə narahatlıq yaradır.Biz qanadlarımıza görə rahat ola bilmirik.Biz onları dalımızca sürüyürük və nəhayətdə onlara nifrət etməyə başlayırıq.

Sonra ovçu öz qəddar əyləncəsindən bezib başımıza qapaq taxaraq,bizi zülmətə qərq edəndə bir yüngüllük duyuruq.

O,hərəkətsiz oturmuşdu,əzgin və sərt idi,dodaqlarını qürurla sıxaraq danışırdı,gözlərində acı bir alov parlayırdı.Mən etiraf edim ki,dəhşətli dərəcədə heyran qalmışdım...


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:50
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
спасибо

--------------------

Ulya

  • 17 sentyabr 2010 12:25
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox sagol baciw

Kisa_Kiss

  • 16 sentyabr 2010 19:09
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
winked спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 76
Cəmi: 98

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}