Maraqlı və tarixi faktlar

 
Maraqlı və tarixi faktlar

1) Droste Effekti - holland terminidir və 1904-cü ildə "Droste" kakao markasının şərəfinə ilk dəfə istifadə olunub.
Droste effektli şəkildə həmin şəklin kiçildilmiş variantı yerləşdirilir. Kiçildilmiş şəklin özündə də həmin şəklin özünün daha da kiçildilmiş variantı əks etdirilir. Nəzəri olaraq bu proses sonsuz olaraq davam edə bilər, ancaq praktiki cəhətdən bu proses şəklin imkanları ilə məhdudlaşdırılır.

2) Los-Anceles şəhərində yerləşən Occidental College universiteti öz qeyri-adi tədris proqramı ilə məşhurdur. Belə ki, bir sıra qeyri-adi predmetlərlə paralel burada "Axmaqlıq" dərsi də keçilir. Bu dərs fəlsəfə doktorunun rəhbərliyi altında keçirilir və tələbələr prezident Buşun təcrübəsinə əsaslanaraq"Axmaqlıq" predmetini öyrənirlər.


3) ABŞ-ın Nebraska ştatında 25 dollara admiral diplomu almaq olar. Bu diplom əsl admiral diplomudur və sahibinə bhər cür hərbi gəmiləri idarə etmək hüququ verir. Düzdür, yalnız Nebraska ştatı ərazisində.
Əlavə olaraq qeyd edim ki, Nebraska ştatı ABŞ-ın mərkəzində yerləşir və ən yaxın dənizə kimi hər tərəfdən 2 000 km məsafə var )

4) Qədim Yunanıstanda varlı ailələr uşaqlarının tüksüz olmasının qayğısına qalırdılar. Bunun üçün yenicə doğulmuş uşaqları Zeytun yağına batırırdılar. Beləcə, onlar ömrləri boyu tüksüz olurdular.

5) Kəpənək effekti (Butterfly effect) termininin əsası aşağıdakı ideyadan gəlir: Kəpənəyin qanad çalması atmosferdə həddən çox kiçik dəyişiklik yarada bilər, bu kiçik dəyişiklik də öz növbəsində hansısa ərazidə tornadonun yaranmasına, güclənməsinə və ya dayanmasına səbəb ola bilər. Edward Lorenz xaos nəzəriyyəsinə əsaslanaraq bu ideyanı irəli sürmüşdü. Lorenzə görə, dinamik sistemlərdə ilkin şərtlərdə cuzi dəyişiklik uzunmüddətli perspektivdə böyük dəyişikliklərə gətirib çıxara bilər.

6) Məşhur Fanta sərinləşdirici içkilərinin adı Almanca "Fantasie" sözündən yaranmışdır. Belə ki, İkinci Dünya müharibəsi zamanı müttəfiq ölkələri Almaniyaya ticarət qadağası qoyduğu üçün "Coca-cola gmbh" Coca-cola istehsalı üçün lazım olan Sirop-u idxal edə bilmirdi. Belə olduqda isə, şirkət Almaniya üçün tamamilə yerli məhsullardan istifadə etməklə içki istehsal etməyi qərara aldı. İçkinin adı isə şirkətin Almaniyadakı əməliyyatlarına məsul olan Max Keith-in öz komandasındakıları "fantaziyalarını işə salmalarına" cəsarətləndirdikdə ortaya çıxdı. Komandadan Joe Knipp dərhal Fanta sözünü təklif etdi.

7) Bibliya kitablarını nəzərdən keçirən Nyuton Dünyanın sonunun 2060-cı il olduğu qeyd edib. Nyutona görə, Frank impresiyasının yaranmasından 1260 il sonra Dünyanın sonu çatacaq. Frank impersiyası isə 800 cü ildə yaranıb. Bu haqda 1704-cü ildə Nyuton tərəfindən yazılmış və hal-hazırda Qüds şəhərində sərgiyə qoyulmuş məktubda oxumaq olar.

8) Jacques Louis Davidin çəkdiyi "Napoleonun tacqoyma mərasimi" adlı rəsmində Napoleonun anasının rəsmi sonradan əlavədir. Oğlunun Jozefina adlı qadınla evlənməsinin və onun imperatriça təyin olunmasının əleyhinə olan qadın tac qoyma mərasimində iştirak etməyib.Daha sonralar, anasının rəsmi Napoleonun tekidi ilə bu rəsmə əlavə olunub.Napoleon bu hərəkətinin səbəbini belə izah edib: "Sonraki nəsillər mənim anamın tacqoyma mərasimində niyə iştirak etmədiyini heç cürə anlamayacaqlar"

9) 1-ci Dünya Müharibəsi vaxtı yaranananlar çox olduğundan tibbi preparatların dəhşətli dərəcədə çatışmazlığı yaranmışdır. Cərrahlardan biri çıxış yolunun olmadığını görüb yaralılara heç olmasa mənəvi dəstək olmaq üçün morfiy əvəzinə adi su vururdu. Təəccüblü olanı isə odur ki, bəzi xəstələrdə bu adi su əsl narkotik effekti yaradırdı və onlar özlərini daha yaxşı hiss etməyə başlayırdılar. Bu effekt “Plasebo effekti” adlanır.

“Plasebo effekti” termini ilk dəfə 1920-ci ildə Doktor Qreyvs tərəfindən işlədilmişdir, mənası isə yalançı preparat və psevdo-prosedurların özünü inandırma nəticəsində müsbət müalicəvi effekt verməsidir. Yalançı preparatlarla müalicə qeydiyyata salınmış hallardan 20-50%-ində özünü doğruldur.

10)
Hitlerin qohumları üzərində aparılan tətqiqatlar zamanı A.Hitlerin genində tapılan "Haplopgroup E1b1b" (Y-DNA) adlı xromosom Alimləri təəccübləndirib. Belə ki, bu xromosom Almaniya və ümumiyyətlə Qərbi-Avropada çox nadir müşahidə olunur. Bu xromosoma əsasən Yəhudilərdə və Şimali Afrikalılarda rast gəlinir.

11)Əksər qol saatı reklamlarında saatın əqrəbləri 2 və 10 rəqəmlərinin üzərində durur. Bunun səbəbi saatın brendini çərçivəyə alaraq daha nəzərə çarpan etməkdir.

12) 13 ədədindən qorxu “triskedatofobiya” adlanır və, uyğun olaraq, “13” və “qorxu” mənalarını verən “treiskaideka” və “fobius” sözlərindən götürülüb. Orta əsrlərdə bu rəqəmi səsləndirmək olmazdı, belə ki, inanclara görə, ayın 13-ü şənbə günləri ifritələr (vedma) bir yerə toplanırdılar – belə toplantılar zamanı 12 ifritə yığılırdı. 13-cü içtirakçı isə - Şeytan idi.
İndi də bir çox mehmanxanalrda 13 nömrəli otaqlar yoxdur. Azərbaycanda da 13 nömrəli abtomobil nişan kodu heç bir şəhərə aid deyil.


13) Qədim Yunanıstanda fahişələr özlərini xüsusi yolla reklam edirdilər:
Onların sandallarının (ayaqqabılarının) altında xüsusi "Ardımca gəl!" formada döymə var idi və onlar gəzdikcə yerdə ayaqqabılarının izi məhz bu döymə formasında qalırdı.

14) 1915-ci il, 1 aprel tarixində 1-ci Dünya Müharibəsi zamanı alman düşərgəsi üzərindən fransız təyyarəsi uçaraq yerə böyük bir bomba atdı. Bu zaman alman əsgərlərinin hərəsi bir tərəfə qaçaraq canını qurtarmağa çalışdı, lakin atılmış bomba nəticədə partlamadı. Bombanın əvəzinə isə yerə böyük bir şar düşdü. Bu şarın üzərində yazılmışdı: 1 apreliniz mübarək!

15) Cordano Bruno Yerin günəş ətrafında fırlandığını və günəşin yeganə olmadığını dediyi üçün və bu fikrindən dönmədiyi üçün katolik kilsəsi tərəfindən günahlandırılmış və 1600-cü il 17 fevral tarixində yandırılmışdır.
Maraqlısı isə odur ki, 4 əsrə yaxın müddət ərzində artıq bütün dünyanın bu faktı qəbul etməsinə baxmayaraq, Vatikan yalnız 1992-ci ildə digər ulduzların da günəş olması və Yerin günəş ətrafında fırlanması faktını qəbul etmiş və Cordano Brunonu günahsız elan etmişdir.


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:50
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
спасибо

--------------------

Ulya

  • 17 sentyabr 2010 12:24
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox sagol

Kisa_Kiss

  • 16 sentyabr 2010 19:08
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}