Payızım gəldi

 
Payızım gəldi

"Daha yeni öyrəşməyə başlamışdıq" deyərkən yaz günləri də artıq alıb başını getdi, başqa diyarlara... Heç gözləmədiyimiz bir anda gəldi, Payız... Hazırlıqsız tutdu bizi... İndilərdə şirin bir təlaş var təbiətdə... Üfüqə doğru uzanan dağların rəngi solmaqdadır... Küləklər iti və sərt... Gözlərim o rəngarəng çiçəkləri axtarışa başladı... Hər gün gəzdiyim küçələrdə yollara həsrətimiz artdı... Bilirsiniz niyə?.. Payızda yarpaqlar tökülür axı, yarpaqlar üzərində gəzəndə insana xoş gələn o xışıltı səsləri üçün... Bir ömürün baharındadır, Payız... Gördüyümüz hər şey qırmızı rənglərə bürünmüş bir portreti xatırladır... Hər bir yarpaq ilk və son dəfə payızını yaşayır...
Ürəyimizi sarsıdar qəflətən gələn təkliklər... Avara xülyalarımız işığını axtarar... Bir az da qocalığı xatırladar bizlərə, payız... Bəzən yüngül - yüngül çisginləyən yağışlara yoldaşlıq edər gözlərimiz...

Payızım gəldi

Digər mövsümlər kimi bir gün ömürün də payızı gələr...İnsan quruyan ağacları gördükcə bir - bir xatırlayar keçmiş zamanlardakı payızlarını... Bir şam ağacı kimi yaşıl rəngli və canlı qalmaq istər ruhumuz... Nədənsə könül həmişə payızı yaşamaq istəyər... Dinc bir həyat, rəngarəng gözəlliklər, quş cəh - cəhləri, çay şırııltıları... Hansı budaqdakı, hansı yarpaq daha əvvəl düşəcək torpağın qucağına kimsə bilə bilməz...
Bir gün bizlər də gedəcəyik payızda... Gecələrin ardından gündüzlərin gəlməsi kimi... Yüngül bir külək bizi də ayıracaq bədənimizdən... Vecinəmi olacaq sanki dünyanın... Ümid ulduzları sönmədikcə quruyarmı yarpaqlarımız... İndilərdə hər payızda yeni və tər təzə payıza nə çox ehtiyacımız olduğunu bir dəfə daha xatırlayarıq...


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:49
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
belay



--------------------

Ulya

  • 17 sentyabr 2010 12:17
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol maraqli yaziya gore

Kisa_Kiss

  • 16 sentyabr 2010 20:27
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 70

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}