Ən yüngül ağrı

 
Ən yüngül ağrı


Ağrı acılar müxtəlif olur. Məkanından, zamanından, şəxsindən və ya müxtəlif amillərdən asılı olurlar. Amma bütün insanlar ağrını iki əsas kateqoriyaya bölür, ağır və yüngül. Dözülə biləcək ən yüngül və asan ağrı, “başqasının ağrısıdır”. Niyə? Çünki o, başqasınındır. Başqasının ağrı-acısını hiss etmək incəliyi və bacarığı nə qədər insanda ola bilər? Əslində hamımızın bir-birinə borcudur ki, ağrılarımızı “başqalaşdırıb” yox etməyək. Bir haqsızlığı başqalaşdırıb haqq qazandırmayaq. Başqasının acısı olsa da, “mən” – deyə düşünə biliriksə insan sayılırıq. Bir insanın məhv edilməsi bütün insanlığın məhv edilməsi qədər ağır olduğunu bildirib bizə Rəbbimiz Qurani Kərimdə. Başqasıdır deyə rəva bilirsənsə, sən də başqaları üçün bir başqasan.
Amma hamı özünə qıydığı qədər digərlərinə də qıysaydı, insanlar başqalaşmazdı, hamı “mən özüm” olardı.

“Mənə nə?!” deyə bilirsənsə, sən də hamı üçün “mənə nə?!” olaraq qalırsan. İnsanlıq lüğəti və qramatikasında “sən” və “o” şəxs əvəzlikləri deyil, yalnız “mən” olmalıdır. Hamı hamını özüm kimi tanımalıdır və bilməlidir. Dünya və insanlıq, “mənə nə?!” deyənlərin acı peşmanlıqlarını çox yaşadı, çox çəkdi və hələ davam edəcək. “Bizə uzaq”, “bizdən xaric”, “başqaları”-nı vuran bir şeylər hələ davam edirsə, yaxın və ya uzaq zamanda, “bizə yaxın”, “içimizdə”, “bizi” vuran toxumları əkib, bəsləyirik laqeydlik tarlamızda.

“Susma”, “qalx ayağa”, “etiraz et!” və sairə kimi şüarlar yaratmaq deyil məqsəd. Sadəcə, normal olan şeylər getdikcə anormallaşırsa, təhlükə getdikcə artır. Anormallığı qəbul edib yaşadıqca sıra bizə də gələcək. Bir acının, - xüsusilə də bu, dayanılmaz olan övlad itgisi acısıdırsa – başqasının acısıdır olması bəhanəsi bizi susdurursa, unutmayaq, biz də “başqasının başqasıyıq”. Hazır olaq, çünki bir gün öz ağrı-acımız olacaq, o zaman “başqalarının başqası” olduğumuzu qəbul edə biləcək qədər indi kar olaq. Bir gün “mənə nə?!” dediklərimiz də bizə “mənə nə?!” deyəcək.

Birinə zülm edilirsə, bu, bizə də zülm etmək sayılır. Axı zalim üçün nə fərqi var, mən, sən, yaxud o?! O zülm olunan mən də ola bilərdim. Zülm etmək istədiyi insanların listində bizlərin də adı nə artıqlıq edər?!. Həm də axı biz onun üçün “başqasıyıq”.
Hətta hal-hazırda bu yazını yazanda da, oxuyanda da başqalarının ağrılarını hiss edə bilmirik, o qədər həssas deyilik. Sadəcə, sıralanmış bu sətirlər “nə qədər doğrudur!” heyranlığı keçirir beynimizdə. Amma bu yazı sırf ona görə yazıldı ki, sonra acı çəkərkən, əsəbləşərkən, ağrıyarkən yazılmasın. İndi “öz” ağrım yoxdur düşünüldüyü anda yazılmışdır.

Ən yüngül ağrı


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:32
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_eslemnur_

  • 28 avqust 2011 17:48
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Yaradilani Yaradana xatir sevmeliyik,mominlerin sevinci sevincimiz, kederi kederimiz olmalidi. Bezen qarshimiza derdli, caresiz,cetin bir veziyyete dushmush biri cixirsa, o adi tesaduf deyil, o bizim ucun gonderilmish sinaqdir, ona gorede elimizden gelen komeyi etmeliyik. Allahin bendelerini sev, komek et ki, Allah da seni sevib ,sene komek etsin. Deyerli yaziya gore tesekkurler...

Doutzen Kroes

  • 28 avqust 2011 15:01
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Çox dəyərli və düzgün yazıdı təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Narka E-ZaDe

  • 28 avqust 2011 13:24
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
COX SAGOLUN

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

urek_yarasi

  • 28 avqust 2011 13:19
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

PELIN_ATABAY

  • 28 avqust 2011 12:58
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
тесеккурлер


--------------------

★Azerbaijan girl★

  • 28 avqust 2011 12:28
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tesekkurler smile

KaRola_16

  • 28 avqust 2011 12:15
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
COX MARAQLI IDI ELLERINIZE SAGLIQ...

--------------------

HaYaliM

  • 28 avqust 2011 12:13
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Birinə zülm edilirsə, bu, bizə də zülm etmək sayılır. Axı zalim üçün nə fərqi var, mən, sən, yaxud o?! O zülm olunan mən də ola bilərdim. Zülm etmək istədiyi insanların listində bizlərin də adı nə artıqlıq edər?!. Həm də axı biz onun üçün “başqasıyıq”.

Allah razi olsun..deyerli yazi ücün tesekkürler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

music_angel

  • 28 avqust 2011 12:04
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
deyerli xebere gore cox sagolun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}