Hər duası qəbul edilən uşaq

 
Hər duası qəbul edilən uşaq

Peyğəmbərimizin daha kiçik yaşlardaykən etdiyi dualar belə Allah tərəfindən qəbul edilirdi.
Bu dualardan biri də "yağış duası" idi.
Cürhüme adlı biri bu hadisəyə şahid olduğu üçün, daha sonrakı illərdə bunu belə izah etdi:
"O zamanlar Məkkənin xaricində yaşamaqdaydım. Əvvəl dəhşətli bir quraqlıq görüldü. Əkinlərlə birlikdə tərəvəzlər də qurudu. Buna görə də qıtlıq ortaya çıxdı. İnsanlar aclıq içində qıvrılarlarkən, heyvanlar da ot tapa bilməyib ölməyə başladı.
Məkkə xalqından bir qisimi, yağış yağdırması üçün Lat və Uzza adıyla bilinən bütlərdən, bir qisimi də Menatdan kömək istəyirdi.
O günlərdə yolum Məkkəyə düşdü. İnsanlar bütlərə yalvarıb dayanarlarkən, bir qoca yüksək bir səslə qışqıraraq:
'Ey İnsanlar! Aranızda Hz. İbrahimin soyundan gələn bir adam (Əbu Talib) varkən, başqa bir şeyə müraciət etmək gərəksiz' dedi.
Bunun üzərinə (Peyğəmbərimizin əmisi) Əbu Talibə gedərək yağış duası etməsini istədilər.
Əbu Talib bu təklifə "xeyr" demədi və vaxt keçirmədən Kəbəyə gəldi. Yanında da kiçik bir uşaq vardı. O uşağın əlindən tuturdu. Uşağa diqqət yetirdim, yüzü sanki günəş kimi parıldayırdı.
Əbu Talib, Kəbə divarına söykənib dua etməyə başladı.
Mən ondan çox uşağa baxırdım.
O kiçik uşaq (peyğəmbərimiz) barmağıyla səmanı işarə etdi.
O sırada heç bir bulud görünmürdü. Hava açıq idi. Bir az sonra tək bir bulud ortaya çıxdı, hər tərəfə yayıldı. Sanki bir sel axar kimi yağış başladı."
Əmisi Əbu Talib, o uşağın qiymətini çox yaxşı anlamışdı. Buna görə də onu bağrına basdı. Və son nəfəsinə qədər, o uca Peyğəmbərə qanad gərdi.
Peyğəmbərimiz, daha sonrakı illərdə bir çox yağış duaları edərdi. Və bu duaları, əllərini endirmədən əvvəl qəbul edildirdi.
Uca Rəbbimiz, o qiymətli Rəsulunun heç bir duasını geri çevirməmişdi.
O Rəsulun (peyğəmbərin) ən böyük duası da, bütün insanların Allahı tanıması və beləliklə Cənnətə getməsi idi.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:10
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 14 may 2011 20:42
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Twkrler movzu ucun

--------------------

R_Vusala

  • 9 dekabr 2010 13:35
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
Təşəkkür! Maraqlə idi və həqiqətdir!

Azeri_Gozeli

  • 13 oktyabr 2010 12:47
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
laughing Allah razi olsun

--------------------

Ulya

  • 17 sentyabr 2010 12:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol

Afran007

  • 16 sentyabr 2010 21:23
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Twkrler movzu ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}