Kubok yenə Barselonanın oldu

 
Kubok yenə Barselonanın oldu

Böyük finalda 2 qol, 2 «qırmızı»

«Portu»nun 24 illik həsrəti bitmədi, Qvardiola tarixə düşdü

Avropa Super Kubokunun qalibi müəyyənləşib. Bu gecə Monakodakı 18500 yerlik «II Lui» stadionunda keçirilən qarşılaşmada «Barselona» «Portu» nu sınağa çəkib.
Bir neçə gün əvvəl «Real»ı yenərək İspaniya Super Kubokunu qazanan Çempionlar Liqasının son qalibi «Barselona» Avropa Liqasında qızıl medallara yiyələnmiş «Portu» ilə oyunda hesabı 39-cu dəqiqədə açıb. Lionel Messi fərqlənib. Oyunun sonlarına qədər ikinci qol vurulmasa da, son dəqiqələrdə maraqlı hadisələr baş verib. 86-cı dəqiqədə meydandan qovulan Ronaldo «Portu»nut azlıqda qoyub. 2 dəqiqə sonra «Barselona»da ikinci oyununa çıxanq Sesk Fabreqas yeni komandasında ilk qoluna imza atıb. 90-cı dəqiqədə isə «Portu»nun daha bir oyunçusu meydandan qovulub. Bu dəfə Fredi Quarin hakimin qəzəbinə tuş gəlib. Oyun «Barselona»nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

****

Qeyd edək ki, Monakoda tarixdə 37-ci dəfə keçirilən Super Kubokda «Barselona» 8, «Portu» 4-cü dəfə final oynadı. İspaniya klubu 8-ci finalda 4-cü dəfə sevindi. 1979-cu ildə «Nottinghem Forest»ə, 1982-də «Aston Villa»ya, 1989-da isə «Milan»a uduzan «Barsa» 1992-ci ildə ilk dəfə kuboku başı üzərinə qaldırıb. Həmin mövsüm Çempionlar Liqasının qalibi olan Kataloniya klubu «Verder»i iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə yenib.
«Barsa» növbəti kuboku 5 il gözləyib. 1997-ci ildə UEFA Kubokuna sahib çıxan kataloniyalılar Super Kubokda iki oyunun nəticəsinə görə Çempionlar Liqasının qalibi «Borussiya»nı (Dortmund) üstələyib - 3:1.
2006-cı ildəki böyük finalda «Seviliya»nın darmadağın etdiyi (0:3) «Barsa» 2009-cu ildəki matçın əlavə vaxtında qol vuraraq kuboka sahib çıxıb.

****

«Portu» isə 4 finaldan yalnız birində qələbəyə sevinib. 1987-ci ildə Çempionlar Liqasının qalibi olan Portuqaliya təmsilçisi həmin il UEFA Kubkunun sahibi «Ayaks»ı yenib - 1:0, 1:0.
2003-cü ildə uzun illərdən sonra Avropada kuboku qazanıb UEFA Kubokuna yiyələnən portuqaliyalılar Super Kubokda «Milan»a boyun əyib - 0:1.
Bir il sonra isə «Portu» Çempionlar Liqasının qalibi kimi böyük finala qatılıb. Amma bu dəfə də «Valensiya»ya yenilib - 1:2.

Portuqaliya və Avropanın sayılıb-seçilən klublarından olan «Portu» artıq 24 ildiki ki kuboka həsrət qalıb. İlk və tək Super Kubokunu 1987-ci ildə «Ayaks»ı udaraq qazanan portuqaliyalılar həmin vaxtdan bir daha bu uğuru təkrarlaya bilməyib. 2003-cü ildə «Milan», bir il sonra «Valensiya» onların yolunu kəsib.

****

Baş məşqçi olaraq Super Kuboku 2009-cu ildə qazanan «Barselona»nın baş məşqçisi Pep Qvardiola ikinci dəfə Super Kuboka sahib çıxıb. Bununla da o, Super Kuboku iki dəfə qazanan 6-cı baş məşqçi olub. Bundan əvvəl Raymond Qoetals (Anderlext 1976, 1978), Arriqo Saççi (Milan, 1989, 1990), Aleks Ferqusyon (Aberdeen, 1983. Mançester Yunayted, 1991), Luis van Qaal (Ayaks, 1995. Barselona, 1997), Karlo Ançelotti (Milan, 2003, 2007) kuboku iki dəfə qazanmışdı.

Bu oyunda «Barselona» və «Portu» Avrokuboklarda 8-ci dəfə qarşılaşıb. İki komanda arasındakı 8 matçın 5-də «Barselona» 4, «Portu» 3 qələbə qazanıb.
«Barselona» bu günə qədər Portuqaliya klubları ilə 26 oyun keçirərək 15 qələbə qazanıb, 5 heç-heçə edib və 6 dəfə məğlub olub.
«Portu» İspaniya klubları ilə keçirdiyi 37 oyunun 12-də qələbəyə sevinib, 5 heç-heçə edib, 20 dəfə məğlub olub.

****

Super Kuboku ən çox qazanan komanda «Milan»dı. İtaliya təmsilçisi 5 dəfə bu kuboku başı üzərinə qaldırıb. «Barselona» 4, «Ayaks» və «Liverpul» 3 dəfə kuboka sahib çıxıb.
37 Super Kubok qarşılaşmasında 11 ayrı ölkədən 23 komanda qalib adını qazanıb.
«Milan», «Barselona», «Ayaks» və «Liverpul»la yanaşı, «Anderlext», «Yuventus» və «Valensiya» 2, «Aberdeen», «Aston Villa», «Çelsi», «Dinamo» (Kiyev), «Qalatasaray», «Latsio», «Mançester Yunayted», «Mexelen», «Nottinghem Forest», «Parma», «Portu», «Real», «Styaua», «Sevilya», «Zenit» və «Atletiko» hərəyə bir dəfə sevinib.

Super Kuboku İspaniya və İtaliya klubları bərabər sayda qazanıb. Hər iki ölkə 9 dəfə kuboka sahib çıxıb. İngiltərə klubları 7 dəfə kuboku muzeylərinə apara biliblər. Hollandiya və Belçika 3, Portuqaliya, Şotlandiya, SSRİ, Rusiya, Rumıniya, Türkiyə, Almaniya, Fransa, Yuqoslaviya və Ukrayna 1 dəfə bu uğura sevinib.


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 14:17
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
tesekkuler xeber ucun

Cilent_M.Q

  • 29 avqust 2011 23:57
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

KatY_PerrY

  • 29 avqust 2011 13:50
  • Məqalə: 22
  • Şərh: 104
  • Bal:
{awards}
Futbolnan elede maraqlanmiram,,, TewekkuRleR Baciww

--------------------
D0sT bƏzəN baPbalAca bİr qu6 bəzƏndə vAr 0lMayAn seVgilİdiİr… BiR vaXt sAxsİdA 0laN 4i4əkDir, aMa Əsl d0st sEnİ sƏndƏn 40X sƏvƏndİr...:*

★Azerbaijan girl★

  • 28 avqust 2011 17:20
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrrrr

LOVE IS DEAD

  • 28 avqust 2011 17:20
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
I love you Barsa

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

urek_yarasi

  • 28 avqust 2011 16:40
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
hmm yaxwi love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Narka E-ZaDe

  • 28 avqust 2011 16:40
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
LAP YAXWI...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

emir_sarrafoglu

  • 28 avqust 2011 15:47
  • Məqalə: 8
  • Şərh: 52
  • Bal:
{awards}
twk.......................

daha_meni_axdarma

  • 28 avqust 2011 15:07
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
tewekkkurller

devyjones

  • 28 avqust 2011 14:48
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Tebrikler Barselonaya ve fanatlarina

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Doutzen Kroes

  • 28 avqust 2011 14:19
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Lap yaxşı sevindim

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

HaYaliM

  • 28 avqust 2011 14:05
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
lap yaxsi..tebrikler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

winxclub_bloom

  • 28 avqust 2011 14:00
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
aa xeberi 1 gun gecikdrmeyinde.ele de olmaliydi messi fabregas

--------------------

KaRola_16

  • 28 avqust 2011 13:59
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
HMM LAP YAXWI...

--------------------

music_angel

  • 28 avqust 2011 13:54
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

ZAC EFRON

  • 28 avqust 2011 13:48
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
barsa qazdi real sazdi!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}