Sentyabrda yay istisi geri qayıdacaq

 
Sentyabrda yay istisi geri qayıdacaq

Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata respublikada ay ərzində yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 15-20 dərəcə, ayın birinci yarısında müsbət 23 dərəcəyədək, gündüzlər ayın birinci yarısında 27-32 dərəcə, ayrı-ayrı günlərdə 35-39 dərəcəyədək, ayın ikinci yarısı isə müsbət 22-26 dərəcə olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-23 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun müsbət 23-25 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu müsbət 11-16 dərəcə, ayın birinci yarısında müsbət 18-20-dək, gündüzlər ayın birinci yarısında 32-35 dərəcə, ayrı-ayrı günlərdə müsbət 37-40 dərəcə, ayın ikinci yarısında 27-30 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-13 millimetr) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında temperaturun müsbət 15-17 dərəcə olacağı gözlənilir ki, bu da orta aylıq temperaturun iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 10-15 dərəcə, ayın birinci yarısında müsbət 19 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında müsbət 21-25 dərəcə, ayrı-ayrı günlərində müsbət 28-33 dərəcə, ayın ikinci yarısında müsbət 16-21 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın, (norma 7-13 millimetr) olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Havanın gecələr müsbət 14-19 dərəcə, ayın birinci yarısında müsbət 23 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında 27-32 dərəcə, ayrı-ayrı günlərdə müsbət 34-36 dərəcə, ayın ikinci yarısında müsbət 22-26 dərəcə olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 17-44 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında temperaturun müsbət 19-22 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Hava gecələr müsbət 10-15 dərəcə, ayın birinci yarısında müsbət 17-22 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında müsbət 26-31 dərəcə, ayrı-ayrı günlər 33-37 dərəcə, ayın ikinci yarısında müsbət 19-24 dərəcə təşkil edəcək. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 33-120 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun müsbət 23-25 dərəcə olacağı gözlənilir bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın müsbət 17-22 dərəcə, ayın birinci yarısında müsbət 30-33 dərəcə, ayrı-ayrı günlərdə 36-39 dərəcə, ayın ikinci yarısında müsbət 24-29 dərəcə təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 14-38 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Havanın gecələr müsbət 15-20 dərəcə, gündüzlər ayın birinci yarısında müsbət 27-30 dərəcə, ayrı-ayrı günlərində 33 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısında müsbət 22-25 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 50-199 millimetr), bəzi yerlərdə çox olacağı ehtimal var..


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 14:18
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
tesekkuler xeber ucun

bellla

  • 28 avqust 2011 19:04
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
tesekkurler..........

--------------------
…GÜNAY…

Ay Üzlü

  • 28 avqust 2011 19:00
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah bilen meslehetdi

daha_meni_axdarma

  • 28 avqust 2011 15:18
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
tewekkurller

devyjones

  • 28 avqust 2011 15:06
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Seni Bed Xeber Olasan Hardan cixdi bu isti winked Tesekkurler

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Doutzen Kroes

  • 28 avqust 2011 14:33
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Məlumata görə təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

winxclub_bloom

  • 28 avqust 2011 14:03
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
derse gedende qalin geyinmyek teki ele olsun,tesekkurlerr

--------------------

HaYaliM

  • 28 avqust 2011 14:02
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

KaRola_16

  • 28 avqust 2011 13:55
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MELUMATA GORE TEWEKKURLER...

--------------------

music_angel

  • 28 avqust 2011 13:51
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
oh be sukur...cox sagolun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}