Hər zaman hazır olmalıdı insan getməyə
Bir gün telefonların heç çalmayacağını bilməlidir
Pərdənin arxasında kiminsə yolunu gözləməkdən imtina etməlidir
Xəyanətlərə,yalnızlığa,tək olmağa hazır olmalıdır.
Təkliyə öyrənməlidir...
Çünki birlikdə olan günlərin vaxtı keçib.
Birlik bu gün mənasını itirən sözdür artıq.

Zaman yalnız olsan belə dik dayana bilmə zamanıdır.
Ona öyrənməlidir insan...
Küçə dolusu yalnızlıqla baş-başa qalmağı gözə almalıdır
Güvəndiyi dağlardakı qara baxıb dərs çıxartmalıdır
Kədərli bir mahnı ilə paylaşılan gecələrdə başını söykəyəcək bir çiyin
axtarmaq xasiyyətindən imtina etməlidir...
“Təklik paylaşılmazdır.Paylaşılsaydı təklik olmazdı”
-sətirləri ilə başlaya bilməlisən.
Səssizlik haqsızlığa alqışdır...
Düzgünlüyün qüruru yaşadar insanı
Susmağın utancaqlığı isə öldürər.

Ona görə ən səssiz gecələrdə “Doğru etdimlə” təsəlli tapmalıdır insan
Fəryada kimlərinsə gəlməməsinə
Soyuq divar diblərində səssizcə qalmağa
Özünlə hesablaşmağa öyrənməlisən
Gecə yastıqla dərdləşməyə,səhər aynayla gülüşməyə
Özünlə kədərlənib,özünlə keflənməyə hazır olmalısan
Həmişə çıxıb gedəcək qədər cəsur,amma həmişə qalıb döyüşəcək
qədər gözüaçıq olmalısan
Səssizliyi səsə çevirə bilməlisən
Və ürək çantasını daima hazır saxlamalısan
Yollarla barışmalı,
Təkliyə öyrəşməlisən...