Əməl dəftəri

 
Əməl dəftəri


“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs qabaqcadan nə göndərdiyinə baxsın, Allahdan qorxun! Həqiqətən, Allahın sizin etdiklərinizdən xəbəri var!” (Həşr surəsi, 18-ci ayə,)

İndi siz otaqda kompyuterin arxasında oturaraq, bizim saytımızda bu məqaləni oxuyarkən düşünürsüz ki, təksiz. Düşünürsüz ki, otaqda sizdən başqa heç kəs yoxdur. Ancaq bu heç də elə deyil. Əslində siz tək deyilsiz. Harda olursuz olun, nə düşünürsüz düşünün, tək deyilsiz.
Mələklər-Əməllərinizi, etdiyiniz hər hərəkəti, atdığınınz hər addımı, yaxşılığı, pisliyi, yaşadığınız hər şeyi dəftərə yazan, Allahın iznilə bu vəzifəni yerinə yetirən mələklər daim sizin yanınızdadılar. Bu mələklərin sizin əməllərinizdə dəyişiklik aparıb, nəyisə ixtisara salıb əməl dəftərinizə yazmağa ixtiyarları yoxdur. Onlar Allahın əmrini yerinə yetirərək hər şeyi olduğu kimi yazarlar. Onlar heç nəyi unutmurlar, siz yatdığınız zaman belə, onlar yatmazlar, sizin baş ucunuzda durarlar.
Başqa bir tərəfdən ölüm mələkləri... Bəs onlar nəyi gözləyirlər? Sizin üçün təyin olunmuş zamanın sonunu gözləyərlər. O zaman ki, sizin ruhunuz dünya həyatını tərk edər bu mələklər sizin yanınızda olarlar. Demək siz yenə də tək deyilsiniz.

Əməl dəftəri

Bundan başqa sizin ətrafınızda gizli şahidlər də vardır ki, onlar həyatda sizin yanınızda olarlar, sorğu-sual olunan gün isə şahidlik edərək sizin etdiyiniz hər hərəkətdən, əməldən danışarlar. Siz onları tanıyırsız, ancaq düşünürsüz ki, onlar dilsiz və dinməzdilər.Onlar sizin əlləriniz və dərinizdir. Sorğu-sual olunan gün onlar Allahın iznilə dilə gələrlər və sizin etdiyiniz hər bir əmələ şahidlik edərlər. Hətta üstündə gəzdiyiniz torpaq belə, ətrafınızda olan əşyalar belə şahidlik edəcəklər.
Hər şey Allahın təqdiri və Onun əmri ilə yerinə yetirilir. İnsan bu dünyaya Allaha itaət etmək üçün göndərilib. Hər bir insan axirəti üçün çalışmalıdır. Əməl kitabı-Qiyamət günü baş verdikdə, sorğu-sual olunan gün bu kitabın hansı əlinizə gəlməsi haqda heç düşünmüsünüzmü? Əməllər kitabınızı xeyirli işlərlə, yaxşı əməllərlə yoxsa siz də ziyana uğrayanlar kimi pis əməllərlə doldurmusunuz? Mənə elə gəlir ki, heç bir Allah bəndəsi Cəhənnəmi dadmaq istəməz. Cənnətə düşmək üçün isə əməl kitabın yaxşı olmalıdır. Bu günə kimi bəlkə də heç bu barədə düşünməmisiniz, ancaq inanıram ki, Allah-Təalanın müqəddəs kitabı Qurani-Kərimdə bizləri agah etmək üçün göndərdiyi bu ayəni oxuduqdan sonra bir nəticəyə gələrsiz!

Əməl dəftəri

“Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız. ” (Bəqərə surəsi, 28-ci ayə, 2:28)
Hər gün, hər saat, hər dəqiqə unutmayın ki, siz tək deyilsiniz. Etdiyiniz hər bir əməl mələklər vasitəsilə əməl kitabınıza yazılır. Bunu düşünün! Özünüz üçün bir nəticəyə gəlin! Axirətiniz üçün çalışın!
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a)-a, onun ailəsinə və yaxınlarına, Əhli-Beytə.


Geri dön

OLSEM_YASAMA

  • 30 avqust 2011 02:31
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
tewekkurller

_gladiator_

  • 29 avqust 2011 18:49
  • Məqalə: 0
  • Şərh: 132
  • Bal:
{awards}
twk............

KaRola_16

  • 29 avqust 2011 07:55
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
COX GOZEL YAZIDIR... ALLAH RAZI OLSUN

--------------------

Narka E-ZaDe

  • 28 avqust 2011 20:32
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Delya_91

  • 28 avqust 2011 19:02
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Ada...07

  • 28 avqust 2011 18:53
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun, bu cox qozel bir weydirki her bir saatimiz, her bir deqiqemiz, hetda her bir saniyemizde bele melekler bizlerin yaninda, Inwallah her birimizin emel defderi yaxwiliqlarla dolmuw olar.

--------------------


GUL YAGMURU

  • 28 avqust 2011 18:20
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Hər gün, hər saat, hər dəqiqə unutmayın ki, siz tək deyilsiniz. Etdiyiniz hər bir əməl mələklər vasitəsilə əməl kitabınıza yazılır. Bunu düşünün! Özünüz üçün bir nəticəyə gəlin! Axirətiniz üçün çalışın!
TESEKKUR...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Ay Üzlü

  • 28 avqust 2011 18:14
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun.Allah her kesi gozel emelli etsin Inwallah

Jasmin45

  • 28 avqust 2011 17:23
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH razı olsun,çox dəyərli yazıdır...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

aga482

  • 28 avqust 2011 17:20
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
TESEKKURLER DEYERLİ MELUMATA GORE smile

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

★Azerbaijan girl★

  • 28 avqust 2011 17:03
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
emeye hormet

urek_yarasi

  • 28 avqust 2011 16:52
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
allah razi olsun

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

HaYaliM

  • 28 avqust 2011 16:49
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

pamuk

  • 28 avqust 2011 16:49
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
twk...............................................
.

devyjones

  • 28 avqust 2011 16:47
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUNşALLAH HERKESİN EMEL DEFTERİNİ SAG ELİNE VERSİN

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

winxclub_bloom

  • 28 avqust 2011 16:42
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 37

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}