Gözləməki ağız açsın əlindən tut!

 
Gözləməki ağız açsın  əlindən tut!

…O şəxslər ki, (çox pis vəziyyətdə olmaqlarına ramən) həyalı olub dilənçilikdən çəkindiklərinə görə, tanımayanlar onları (hətta) dövlətli hesab edirlər…1.

Tarix boyu bəşəriyyət varlılar və kasıblar kateqoriyasına ayrılmışdır. Əslində bu bölüm insanların Allahın onlara bəxş etdiyi nemətləri düzgün bölüşməməsi və inhisarlaşdırma siyasətindən əmələ gəlmişdir.

Yoxsulluq bəşəriyyətin əsirlər boyu sağalmayan yarası olmuşdur. Və nə qədər ki, insan nəfsi və insan hərisliyi var, bu hal belə də davam edəcəkdir.

Kasıblıq ağır dərddir. Allahın Peyğəmbəri (s) bu haqda belə deyir:

«Yoxsulluq öldürülməkdən daha pis və daha ağırdır.» 2.
Gözləməki ağız açsın  əlindən tut!
Kasıba olan ictimai qınaqlar, üstdən aşağı baxmalar və s. bu kimi hallar bəzi toplumlarda daha az müşahidə olunduğundan belə toplumlarda kasıb olmaq daha asan olur. Amma yenə də kasıb, kasıbdır. Bir gözəl buyuruşda İmam Əli (ə) bu haqda belə deyir:

«Yoxsulluq zirək və bacarıqlı insanın belə öz dəlilini demək üçün ağzını yumur. Kasıb insan, öz şəhərində də qəribdir.» 3.

…Siz ehtiyaclıların və pis vəziyyətdə olanların sayını küçə-bazarda dilənçilik edənlər qədər bilməyin. Nə çoxdu təsəvvür olunmayacaq qədər acınacaqlı və yoxsul vəziyyətdə olub, abırlarından dərdlərini heç kimə deyə bilməyib, içlərinə gömüb sürünərək yaşayanlar.

Yuxarıda qeyd etdiyim ayədə məhz belə yoxsulların halından söhbət gedir. Onlar özlərini elə göstərərlər, elə apararlar ki, tanımayanlar varlıdır sayar onları.

İmam Sadiq (ə) bu hqada deyir: «İşlərin ən çətini və zəhmətlisi yoxsulluğu gizli saxlamaqdır.» 4.

Allah da bu qürura, bu şərəfə alqış deyir.
Gözləməki ağız açsın  əlindən tut!
Əslində Ulu Haqq yaratdığı hər bir varlığın ruzi payını hətta onun özündən öncə yaratmışdır. Amma kimlərsə öz payına kifayətlənməyib, başqalarının qismətinə göz dikmiş və nəticədə dünyamızda insanlığa yaraşmayan səhnələr yaranmışdır.

O kişinin dili ilə desək, bu gün dünyanın harasındasa bir insan acından ölürsə insanlıq ölmüşdür deməkdir.

Bütün bu halları yaradan, başqalarının payını öz inhisarına çəkən zahirənvarlılar ən yoxsullardılar əslində. Çünki gözüaclıq ən dəhşətli yoxsulluqdu. Bir gözəl hədisdə İmam Həsən (ə) «Yoxsulluq nədir?» sualının cavabında: “Nəfsin hər bir şeyə tamah salmasıdır!” –deyir. 5.

Bir sözlə, əgər İlahi nemətlər İlahi dində göstərildiyi kimi təqsim olunsaydı bu günkü dünyamızda olan aclıq sindromundan əsər-əlamət qalmazdı.

Gözləməki ağız açsın  əlindən tut!
Gözləməki ağız açsın

əlindən tut!

Dilindəki sözə deyil,

bir cüt qəmli gözə baxıb

içindəki fırtınanın rəngini gör.

Sığal çəkib,

saçını hör o yetimin.

Xurcununda topladığın qucaq qucaq paraların,

xalçaların, xaraların

təkcə sənin malın deyil.

Bu qüdrətin, bu sərvətin,

bəslədiyin əziz canın

inanma ki, sağ qalacaq.

Çıxacaqdır bircə-bircə o qap-qara əllərindən.

Sonda sənə qalsa-qalsa

neçə metrə ağ qalacaq.



Geri dön

OLSEM_YASAMA

  • 30 avqust 2011 02:34
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
tewekkkurller

_gladiator_

  • 29 avqust 2011 18:49
  • Məqalə: 0
  • Şərh: 132
  • Bal:
{awards}
twk............

KaRola_16

  • 29 avqust 2011 07:59
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI YAZIDIR ALLAH RAZI OLSUN...

--------------------

Narka E-ZaDe

  • 28 avqust 2011 20:32
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ada...07

  • 28 avqust 2011 19:27
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Cox maraqli xeber idi Allah razi olsun...

--------------------


Delya_91

  • 28 avqust 2011 19:02
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
cox gozel xeberdi,coox beyendim

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

GUL YAGMURU

  • 28 avqust 2011 18:24
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Bu qüdrətin, bu sərvətin,

bəslədiyin əziz canın

inanma ki, sağ qalacaq.

Çıxacaqdır bircə-bircə o qap-qara əllərindən.

Sonda sənə qalsa-qalsa

neçə metrə ağ qalacaq. ELLERINIZE SAGLIQ...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

_eslemnur_

  • 28 avqust 2011 17:58
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Kasibliq da insanlara sinaq ucun verilib dozecekmi, her halinda Allaha shukur edecekmi deye, Varlilara da var-devlet sinaq ucun verilib Allah yolunda xercleyecekmi deye. En varli insan imani en guclu olan insandir... Bele gozel yaziya gore Allah sizden razi olsun !

Kasibliq da insanlara sinaq ucun verilib dozecekmi, her halinda Allaha shukur edecekmi deye, Varlilara da var-devlet sinaq ucun verilib Allah yolunda xercleyecekmi deye. En varli insan imani en guclu olan insandir... Bele gozel yaziya gore Allah sizden razi olsun !

Niqulka

  • 28 avqust 2011 17:50
  • Məqalə: 1
  • Şərh: 98
  • Bal:
{awards}
Kasıblığın üzü qara olsun. recourse

Jasmin45

  • 28 avqust 2011 17:34
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH razı olsun,çox maraqlı yazıdır...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

aga482

  • 28 avqust 2011 17:31
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
TESEKKURLER............... smile

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Miracle..

  • 28 avqust 2011 17:25
  • Məqalə: 0
  • Şərh: 205
  • Bal:
{awards}
Ishlerin en cetini ve zehmetlisi yoxsullugu gizli saxlamaqdir... Allahda bu qurura bu sherefe alqish deyir....
Bu gun dunyanin harasindasa kimse acindan olurse INSANLIQ OLMUWDUR DEMEK.....

--------------------
_Contra spem spero_

★Azerbaijan girl★

  • 28 avqust 2011 17:03
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tesekkurler

urek_yarasi

  • 28 avqust 2011 16:54
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
Gözləməki ağız açsın

əlindən tut!

Dilindəki sözə deyil,

bir cüt qəmli gözə baxıb

içindəki fırtınanın rəngini gör.

Sığal çəkib,

saçını hör o yetimin.

Xurcununda topladığın qucaq qucaq paraların,

xalçaların, xaraların

təkcə sənin malın deyil.

Bu qüdrətin, bu sərvətin,

bəslədiyin əziz canın

inanma ki, sağ qalacaq.

Çıxacaqdır bircə-bircə o qap-qara əllərindən.

Sonda sənə qalsa-qalsa

neçə metrə ağ qalacaq. love twk eladi

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

pamuk

  • 28 avqust 2011 16:50
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
twk superdi

HaYaliM

  • 28 avqust 2011 16:48
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
bəslədiyin əziz canın

inanma ki, sağ qalacaq.

Çıxacaqdır bircə-bircə o qap-qara əllərindən.

Sonda sənə qalsa-qalsa

neçə metrə ağ qalacaq.


heyatin deyislimez gerceyi..ozümüzle bir nece metre agdan basqa hec ne aparmayacagiq

Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

devyjones

  • 28 avqust 2011 16:47
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN TESEKKURLER

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

music_angel

  • 28 avqust 2011 16:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

winxclub_bloom

  • 28 avqust 2011 16:38
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Gözləməki ağız açsın əlindən tut!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}