Cənnətdə qurulan “Şükür köşkü”

 
Cənnətdə qurulan “Şükür köşkü”

Ailədə gözəl tərbiyə almış Məmməd əxlaqlı, dürüst, dindar bir gənc idi. Ən çox sevdiyi insan ata nənəsi idi. Ondan xeyli dini məlumatlar almışdı. Ən çox da nənəsindən aldığı şükür tövsiyəsi onu çox həyəcanlandırmışdı. Nənəsi ona tez-tez: “Övladım, biz çox zəif insanlarıq, ehtiyacımız da çoxdur, Rəbbimizin lütfü isə çox genişdir. Bizə saysız nemətlər vermişdir. Ona nə qədər şükür etsək də, yenə azdır. Ona görə də ömrün boyu, son nəfəsinə qədər şükür içində yaşa. Allahın lütfü də, qəzəbi də xoşdur. Ondan nə gəlirsə-gəlsin, hər zaman şükür et”, - deyirdi. Məmməd də bu sözləri qulağında sırğa etmişdi, həmişə Rəbbinə şükür edirdi. Artıq Məmmədin evlənmək vaxtı çatmışdı, valideynlərinin tövsiyəsi ilə halal süd əmmiş, özü kimi dindar bir qızla evləndi. Ona görə də Rəbbinə çox şükür etdi. İki rükət şükür namazı da qıldı. Məmməd xanımı ilə xoşbəxt bir həyat yaşayırdı, bir-birinə qarşı çox səmimi idilər. Bu xoşbəxtliyi dəfələrlə artıra biləcək bir müjdə lazım idi, o da çox gecikmədi, Məmməd ata olacaqdı. O qədər çox sevindi ki, dərhal dəstəmaz aldı, şükür səcdəsi etdi və Rəbbinə belə bir dua etdi: “Allahım, heç layiq olmadığım halda mənə çox lütf edirsən. Sənə kainatdakı zərrələrin sayı qədər həmd-səna olsun. Dünyaya gələcək yavrumuzu tərbiyəli, Sənin rizandan bir an da olsun, ayrılmayan bir övlad elə”.


Cənnətdə qurulan “Şükür köşkü”

Doqquz ay sonra Məmmədin bir oğlu dünyaya gəldi. Xanımı ilə məsləhətləşərək adını Abdullah qoydu. Abdullah doğulduqdan sonra bu evdə hər şey dəyişmişdi, hər şey gözəlləşmişdi. Valideynlər həyatlarını Abdullaha görə qurmuşdular. Onunla oturub, onunla dururdular. Üç il sonra artıq Abdullah danışa bilirdi, evdə müxtəlif dəcəlliklər edir, şirin dili ilə ata-anasını güldürürdü. Atası namaz qılarkən o da gəlib yanında dayanıb, onunla bərabər namaz qılırdı, axşamlar Məmməd evdə ucadan kitab oxuyar, Abdalluhla anası da ona qulaq asardılar. Məmməd və ailəsi, beləcə, xoşbəxt bir həyat sürərkən bir gecə gözlənilmədən Abdullahın temperaturu qalxdı. Anası ana qayğıkeşliyi ilə bir qədər də təşvişə düşdü. Məmməd: “Bir şey olmaz, əvvəllər də belə şeylər olmuşdu. Bir az parça və su gətir, temperaturunu düşürək”, - dedi. Bütün gecə, beləcə, çalışdılar, amma Abdullahın temperaturunu salmaq mümkün olmadı, gözlərinin altı da qaralmışdı. Məmməd həkim çağırmaq üçün evdən çıxdı, həkim isə qəsəbədə yaşayırdı. Qəsəbə ilə kənd arasında 3 saatlıq yol var idi. 6 saat sonra Məmməd həkimlə birlikdə evə qayıtdı. Həkim Abdullahı müayinə etdi, uşağın vəziyyəti yaxşı deyildi.


Cənnətdə qurulan “Şükür köşkü”

Anası həkimin üzündəki ifadədən oğlunun vəziyyətinin ciddi olduğunu anlamışdı. “Doktor bəy, nə olar, söyləyin ki, oğlum sağalacaq”, - dedi. Həkim cavab vermədən Məmmədi də çağırıb otaqdan çıxdı. Artıq gec olduğunu, uşağın bir neçə saatlıq ömrü qaldığını atasına dedi. Məmməd də otağa qayıtdı. Xanımının ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Məmməd uşağının yatağının başında diz çökərək, onun saçlarını oxşayırdı. Çox kövrəlmişdi, artıq göz yaşlarını da saxlaya bilmirdi. Bir yandan ağlayır, bir yandan da belə deyirdi: “Canım oğlum, inşallah, cənnətdə görüşəcəyik, səndən doymadım, amma olsun, səni bizə bir hədiyyə olaraq Rəbbimiz vermişdi, verən də O, alan da O. Onun əmrinə qarşı çıxa bilmərik, Ona minlərcə şükür olsun”. Artıq Abdullah son nəfəsini vermişdi. Bu arada Cənabi-Haqq ilə ölüm mələyi Əzrayıl arasında belə bir söhbət oldu:
- Bəndənin ciyərparasını əlindən aldınız, o, bu vəziyyəti necə qarşıladı, nə söylədi?
- Yarəbb, səbir etdi, Sənə şükürlər etdi.

Cənnətdə qurulan “Şükür köşkü”

- Bu bəndən üçün cənnətdə bir köşk qurun, adını da “Şükür köşkü” qoyun.
Bəli, hər bir vəziyyətdə Allaha şükür etmək və səbirli olmaq sonda cənnəti qazanmağa səbəb olur. Başımıza bir bəla gəldiyi zaman bir anlıq əsəblə Allaha qarşı üsyan etmək doğru deyildir. Bu əsəblə insanın özünü rahatlaşdırmağa çalışması özünü aldanışdır. Bu cür üsyanla rahatlığa qovuşmaq mümkün olmadığı kimi, cənnəti itirmək təhlükəsi də vardır.


Geri dön

sevgi_meleyim.

  • 30 avqust 2011 22:53
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
Allah razi olsun, cox kovreldim. InsAllah Allah bizleride sukr eden bendelerinden qerar verer. Amin

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

music_angel

  • 29 avqust 2011 12:35
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Alllah razi olsun

--------------------

Ay Üzlü

  • 29 avqust 2011 01:30
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

HaYaliM

  • 28 avqust 2011 22:16
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

urek_yarasi

  • 28 avqust 2011 21:48
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
allah razi olsun

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

KaRola_16

  • 28 avqust 2011 21:27
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

devyjones

  • 28 avqust 2011 21:26
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Tesekkurler ALlah Komeyiniz Olsun Gozel Hekayedi

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

winxclub_bloom

  • 28 avqust 2011 21:24
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

★Azerbaijan girl★

  • 28 avqust 2011 20:57
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 57
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 5
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 5
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}