Nədən qorxursan?

 
Nədən qorxursan?

Qorxuları yenmək üçün onları dilə gətirmək, sözə çevirmək, danışmaq, yazmaq lazımdır. Mən nədən qorxuram? İlk öncə “Heç nədən!” deyərəm. Sonra durub fikirləşərəm, mən nədən qorxuram? Fikirləşdikcə də qorxularımın sayının nə qədər çox olduğunu görərəm, nə yaman qorxaq imişəm mən.

Mən yanlış anlaşılmaqdan qorxuram. Fikrimi düz ifadə etmərəm,kimsə səhv başa düşər,kimisə səhv başa salaram, olduğumdan daha ciddi, daha yüngül qavrayarlar məni, düzgün qiymətimi verməzlər deyə qorxuram.

Mən unudulmaqdan qorxuram.Yaddan çıxar, heç olmamış kimi, kimsənin yaddaşında, ürəyində qalmaram, gedəndən sonra yerim boş qalmaz deyə qorxuram.

Mən zəifə alınmaqdan qorxuram. Gücümü göstərə, nəyə qadir olduğumu nümayiş etdirə, əsl potensialımı sübut edə bilmərəm deyə qorxuram,inanılmaram, güvənilmərəm, məsuliyyət etibar edilmərəm deyə qorxuram...

Mən ilandan qorxuram...Az əvvəl də qarşılaşdım,o mənə, mən ona baxdıq. O, heç halını pozmadığı halda,mən titrədim, ürəyim çırpındı. Heç kimin, heç nəyin qarşısında bu dilsiz, ürəksiz, qulaqsız sürünənin qarşısında olduğum qədər qorxmadığım fikrindən qorxdum. Onu özümə bənzətməyimdən qorxdum. "Niyə məni görəndə halını dəyişmədi, niyə yaxın gəlmədi, niyə mənə əhəmiyyət vermədi, məni də özündən bildimi?" fikrindən qorxdum. Niyə nəzərimi çəkə bilmədim gözlərindən? Niyə hər addımda qarşılaşıram? "İlan günah əlamətidir" deyirlər.

Mən günah etməkdən qorxuram. Qəlb qırmaqdan, aşağıdakının yanında yuxarıda, yuxarıdakının yanında aşağıda olmağımı hiss etdirməkdən qorxuram. "Nə günah etmişəm?" fikrindən qorxuram. Günahlarıma görə ən ağır cəzadan qorxuram...

Mən qəbir əzabından qorxuram. Qəbirdə dirilərəm, tərpənmək istəyib bacarmaram, danışmaq istəyib bacarmaram, qışqırmaq istəyib onu da bacarmaram. Ən əsası, torpaq altında nəfəs alarkən məni yox bilib, mənsiz həyatın davam etməsindən qorxuram...

Mən səndən qorxuram... Zəiflik göstərərəm, dayana bilmərəm, verdiyim sözdən dönərəm deyə qorxuram. Qarşılaşmaqdan, səsini eşitməkdən, toxunmaqdan qorxuram. Qürurumu tapdalayaram deyə qorxuram... "Qürur ümidsizlikdən doğur" deyirlər...

Mən ümidsizlikdən qorxuram .Və ya ümiddən. Heç nəyim qalmayanda bir tək boş ümidim qalar deyə qorxuram. "Ümid sonda ölür" deyirlər...

Mən sonumdan qorxuram. Ucsuz-bucaqsız, soyuq okeanda yalqız qalmaqdan qorxuram, məni görən yolunu dəyişər deyə qorxuram, mənə rast gələni peşıman etməkdən qorxuram

Mən özümdən qorxuram! Özümə olan sevgimdən qorxuram. O sevgini paylaşmaq istəməməyimdən qorxuram. Sərçələri insanlardan daha çox sevməyimdən qorxuram. Bağışlamağı, inanmağı bacarmamaqdan qorxuram. Bitmək bilməyən istəklərim, sərhəd tanımayan arzularım, qorxu bilməyən ehtiraslarımdan qorxuram. Daşlaşmaqdan, buzlaşmaqdan qorxuram. Bütün bunlara adət etməkdən qorxuram. 10 dəqiqə ərzində beynimdən barmaqlarıma süzülən fikirlərimdən qorxuram..

Mən özümdən qorxuram


Bəs sən?


Geri dön

daha_meni_axdarma

  • 30 avqust 2011 00:08
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
BIR ALLAHDAN..BIRDE SEVGIMI ITIRMEYDEN QORXURDUM ODA GELDI BAWIMA((((((

Narka E-ZaDe

  • 29 avqust 2011 14:28
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
MARAQLIDIR

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 29 avqust 2011 12:44
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allahdan qorxuram...tesekkur edirem bacis

--------------------

urek_yarasi

  • 29 avqust 2011 12:32
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Niqulka

  • 29 avqust 2011 11:08
  • Məqalə: 1
  • Şərh: 98
  • Bal:
{awards}
Doğrudur,nə qədər də desək qorxumuz yoxdur amma var. Həmçinin də mənim.Thank you. wassat

Ay Üzlü

  • 29 avqust 2011 01:21
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
neden qorxmuramki
tewekkurler baciwko gozel xeberdi

Miracle..

  • 29 avqust 2011 00:10
  • Məqalə: 0
  • Şərh: 205
  • Bal:
{awards}
yaxinlarimi vaxtsiz itirmekden ve heyatin bawima getire bilecek felaketlerinnen hedsiz qorxuram recourse

--------------------
_Contra spem spero_

Iriska

  • 28 avqust 2011 22:36
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Sevdiklerimi itirmekden cox qorxuram

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Ada...07

  • 28 avqust 2011 21:51
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Men Allahdan bawqa heckimnen, hec neden qorxmuram... Mraqli xeber idi Tewekkurler...

--------------------


HaYaliM

  • 28 avqust 2011 21:43
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allahimdan ve tek qalmaqdan cox qorxuram

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

devyjones

  • 28 avqust 2011 21:42
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Maraqlidi Tesekkurler

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

urek_yarasi

  • 28 avqust 2011 21:35
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
maraqli idi

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

KaRola_16

  • 28 avqust 2011 21:23
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI IDI...

--------------------

winxclub_bloom

  • 28 avqust 2011 21:12
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
menim de qorxduqum cox sey var.tesekkurler

--------------------

DECELKA:)

  • 28 avqust 2011 21:04
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
maraqli idiyee

--------------------
VAXT VAR IDI YAWAM SEVGISI AWIB DAWARDI INDI MENA DOLU HEYATDA MENA TAPILMIR!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}