Falçılara inanırsınızmı?

 
Falçılara inanırsınızmı?

Fala baxmaq küfrdür. Onunla məşğul olan şəxs isə kafir sayılır. Fala baxan şəxslər müxtəlif vasitələrlə insanların falına baxırlar. Fala baxan şəxs sanki qeybi (gələcəkdə olacaqları) bildiyini iddia edir.

Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ya Muhəmməd! Onlara belə) de: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (əl-Əraf surəsi 188-ci ayə).

Falçılara inanırsınızmı?

Peyğəmbər (səllallahu aleyhi və səlləm) kahinlərin və fala baxanların yanına gedən insanlar barəsində belə demişdir: “Kim kahinin (fala baxanın) yanına gedərsə və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur.Fala baxan, sehr və cadu ilə məşğul olan şəxslər bu əməlləri cinlər və şeytanlar vasitəsi ilə edirlər. Həmin cinlər və şeytanlar da bu cür insanlara onlar Allaha şərik qoşduqdan sonra kömək edirlər. Allah sehr və cadu ilə məşğul olanları kafir adlandırmışdır. “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. (əl-Bəqərə surəsi 102-aya).

Falçılara inanırsınızmı?

İslama görə, fala baxmaq böyük günahlardan olduğu kimi, fala baxdırmaq və falçı yanına getmək də böyük günahlardan hesab edilir. Quranla fala baxmaq və kiminsə taleyini söyləmək mümkün deyil. Çünki Quranda heç kəsin şəxsi işləri barədə deyil, İslamın qanunlarından söz açılır. Quranla fala baxmaq iddiası ilə çıxış edən falçılar bizim öz dinimizdən məlumatsızlığımızdan sui-istifadə edərək, bu cür işlər görürlər. Əgər biz Müqəddəs Kitabımız olan Quranla tanış olsaq, təbii ki, həm falçılar bizi aldada bilməzlər,Falçılar təkcə Quran kitabı ilə deyil kartla ,zərlə, şəkərlə, düyü ilə. su ilə, qum ilə, kofe ilə və s əşyalar, ərzaqlar ilə fala baxırlar.

Allah buyurur: "Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam surəsi 59-cu ayə)

Bəs siz nə fikirləşirsiz: Falcilara inanirsinizmi?


Geri dön

B.E.H.R.U.Z

  • 17 oktyabr 2011 10:02
  • Məqalə: 9
  • Şərh: 159
  • Bal:
ele falcilar var ki,deyirler dunydagilacag men buna hec inanmiram ALLAH ozu bilen meslehetdira

--------------------
Smack
Down Is My Life...Rey Mysterio Boyakaaaaa

Narka E-ZaDe

  • 29 avqust 2011 14:32
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
MEN INANMIRAM

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 29 avqust 2011 12:38
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
qetiyen inanmiram...Men ancaq her seyin yaradicisi bir Tek Allaha inaniram..qalanlar hamsi bos seydi..tesekkur edirem xebere gore cox gozel movzudu beyendim

qetiyen inanmiram...Men ancaq her seyin yaradicisi bir Tek Allaha inaniram..qalanlar hamsi bos seydi..tesekkur edirem xebere gore cox gozel movzudu beyendim

qetiyen inanmiram...Men ancaq her seyin yaradicisi bir Tek Allaha inaniram..qalanlar hamsi bos seydi..tesekkur edirem xebere gore cox gozel movzudu beyendim

--------------------

_Zara_

  • 29 avqust 2011 02:42
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Bu artiq insanlarin bow qaldigindan deyir Ve onlar da yaziq insanlardi

Lovely Heart

  • 29 avqust 2011 01:40
  • Məqalə: 17
  • Şərh: 113
  • Bal:
{awards}
Hamisi boş şeylərdi mən inanmiram. Allah olan yerdə.Alllah onlari da hidayıt etsin sadece hamsi şeytan emelidi.

--------------------
Anadan gözel wey varmi dünyada?
Bilirsiz ne qeder eziyet cekir??
Onun ag saclarina nezer salanda,
Menim qara saclarim xecalet cekir..

Ay Üzlü

  • 29 avqust 2011 01:27
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
ALAH BIZI YOLUMUZDAN AZDIRMASIN

HaYaliM

  • 28 avqust 2011 22:13
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah hele o derecede de aglimi basimdan almayibki fala ve yaxud falcilara inanim..hamisi seytan emelidir

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

urek_yarasi

  • 28 avqust 2011 21:43
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
falcilar sadece aldatmadir

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

devyjones

  • 28 avqust 2011 21:28
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Onlarin Hamisi Seytan Emelidir

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

nicer_girl

  • 28 avqust 2011 21:22
  • Məqalə: 0
  • Şərh: 370
  • Bal:
{awards}
yox men inanmiram

winxclub_bloom

  • 28 avqust 2011 21:21
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ne qeder inanmasaq da var.seytanla elaqe qururlar.

--------------------

Jasmin45

  • 28 avqust 2011 21:08
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Xeyr inanmıram mən..Yalnız ALLAHa və onun yaşatdıqlarına inanıram..Fala baxmaq da,baxdırmaq günahdır,gələcəyi görmək yalnız ALLAHın bildiyidir...

Təşəkkürlər..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

★Azerbaijan girl★

  • 28 avqust 2011 21:02
  • Məqalə: 369
  • Şərh: 10176
  • Bal:
{awards}
men yoxxxxxxxxxx bir tek geleceyi bilen var oda Allahimdir fso.bawqa heckim geleceyi gore bilmez bunlar hamisi illuziyadir thanks

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 23
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 548
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}