Qələm

 
Qələm

Salam! Gəlin tanış olaq. Mən qələm! Hamınızın tanıdığı qələm. Amma fərqim budur ki, mən dindar əlindəki qələməm. Zaman-zaman cahillərin hidayəti və cəmiyyətin tənqidi üçün yazdım. Amma indi öz sahiblərim haqqında yazmaq istəyirəm. Bəlkə də sahiblərim məndən inciyər, amma bunları yazmağa borcluyam. Çünki sahiblərim heç özlərindən yazmırlar, məcburam mən yazam.

Ey mənim sahiblərim, siz dindarsız! Amma bu dindarlıq dindar olmayanlar arasında yalnız namazda bilinir. Hələ bəziləriniz namazlarını da qəzaya verdiklərini demirəm. Ey mənim dostum! Qələmi yerə qoy, ya da doğrunu yaz! Elə bir doğrunu ki, ona əməl edirsən. Artıq əməl etmədiklərinizi yazmaqdan mən də yorulmuşam. Allah sevgisindən yazdın, amma bunu sənin həyatında görmədim. Çünki Allahın sevgisinin əksini etdin. Zülmdən yazdın amma məzlumlara heç rəhm etmədin. Namazdan yazdın, amma bir dəfə də olsun ixlasla namaz qıldığının şahidi olmadım. Hicabdan yazdın, amma hicabsızla hicablının fərqinin yalnız baş örtüyündə gördüm, başqa heçnədə. Dünya məhəbbətini pislədin, amma halalına-haramına baxmadan onu topladın.Bəhanə də uydurdun ki, hər şeyin yaxşısı mömində olmalıdı.

Həqiqi dini kənara atıb, qəlbində özünə din yaratdın və özünü dindar saydın. O dinə iman gətirdin, halbuki o din sənin qəlbində hər şeyə don geydirən nəfsin idi. Əslində sən nəfsinə tapınan bədbəxtsən ey sahibim! Hər bir günaha da bəhanə tapdın. Rüşvət alarkən, zamanəni qınayıb hədiyyə adı ilə halal etdin özünə. Yalanı da bir neçə yerə böldün. Nə vaxt ki, sənin ziyanına oldu yalan, buna günah dedin. Nə vaxt ki, xeyirinə oldu, bunu günah saymadın. Yazdın ki, riya şirkdir. Amma bu şirki içində gizlədin. Dedin ki, təkəbbür üsyandır. Amma özünü hamıdan üstün tutdun. Buna da bəhanə uydurdun ki, müsəlman izzətli olmalıdır. Bütün günahlara bu cür don geydirdin. Şeytana çox kömək etdin.
Ayda bir dəfə duada ağlayıb, tövbə etdiyini zənn etdin. Amma... Bəsdi ey sahibim özünüzü dindar qıyafəsində gizlətdiz! Ancaq din sizi qorudu, siz din üçün heçnə etmədiz. Bu azmış kimi onu bataqlığa atdınız. Onu ləkələdiz. Maskanı çıxart və dostlarına da bunu tövsiyyə et! Bu dəfə yaz ki, Allahın əmanət verdiyi, amma səni onu qoruya bilmədiyin qəlbinizin arxasında gizlənin, saqqalınızın, təsbehinizin, dildəki şüarlarınızın, hicabınızın yox! Ya bunlara əməl edin ya da məni dəfn et! Bir daha yazmaq istəmirəm!


Geri dön

_RONALDO_

  • 9 mart 2011 20:56
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
TeSekKuRLEr MaRaQLidI tHaNkS.....

--------------------

Kisa_Kiss

  • 17 sentyabr 2010 13:47
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
спасибо

winked

--------------------

Ulya

  • 17 sentyabr 2010 11:47
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel yazidi.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}