Xalların mənası

 
Xalların mənası

QOLDA xalı olan qadınlar nikahda xoşbəxt olurlar. Onlar özlərini kişiyə elə sevdirirlər ki, əks cinsin nümayəndəsi bu qadınları əlləri üstündə gəzdirməyə hazır olur.
Dirsəklə çiyin arasındakı məsafədə xalı olanların əlləri son dərəcə incə və eyni zamanda güclü görünür. Onların enerji ehtiyatı sevdikləri adamın enerji ehtiyatı ilə, demək olar ki, uyğunluq təşkil edir. Kişilərdə də bu, eyni məna kəsb edir. Qolunda xalı olan kişilər bütün dəqiq işləri görə bilirlər. Onlar yorulmur və ağır günlərdə ruhdan düşmürlər. Belə adamlara həmişə güvənmək olar.

KÜRƏKDƏ çiyinlərə yaxın yerdə xalı olanlar özlərinə və ətrafdakılara qarşı tələbkar olurlar. Çox vaxt onlar idmançı olur və başqalarından da bunu tələb edirlər. Amma özünün fiziki inkişafına nə qədər diqqət yetirsələr də, çox vaxt sağlam olmurlar. Uşaqlıqda çox xəstələnir, qocalıqda da zəif olurlar. Ümumiyyətlə, belə xalı olanlar həmsöhbət, güvəniləsi tərəf-müqabili və işinin peşəkarı olurlar.

BAŞIN tüklü hissəsində xalı olan adamlar çox vaxt özlərini ətrafdakılardan təcrid edirlər. Bu adamlar öz problemlərini, sirlərini heç kimlə bölüşmürlər. Amma belə xallar heç də həmişə bədbinlik əlaməti sayılmır.

GİCGAHDA, xüsusilə də sağ tərəfdə olan xal çox təsadüfü hallarda nəsildən nəsilə ötürülür. Bu xal xüsusi adamlarda olur. İncə intuisiyaya, öncədən görməyə işarədir. Deyilənə görə, belə xalı yad gözlərdən qorumaq lazımdır. Ümumiyyətlə, gözün yanında, gicgahda və yanaqdakı xal həm də əks təsirli ola bilər. Ola bilsin ki, bu xalla siz ətrafınızdakılara mistik şəkildə təsir edə biləsiniz.

ALININ ortasındakı xal sahibinin məqsədyönlü və hakimlik iddiasında olmasından xəbər verir. Bu insanlar ağıllı və müdrik olurlar. Böyük enerji ehtiyatı sayəsində bir çox işlərin öhdəsindən asanlıqla gəlirlər.

YANAQLARDA və gözlərin altındakı xal qadınlarda incəlik və mehribanlıq nişanəsidir. Sol yanaqda, qulağın yaxınlığında xalı olan qadınlar fədakardırlar. Ümumiyyətlə, sol yanaqdakı xal mübarizliyin göstəricisidir. Sağ yanağında xalı olanı isə hər bir işdə uğur gözləyir.

QULAQDA xalı olanlar özlərindən çox razı adamlar hesab edilir. Onlar yerli-yersiz həddən ziyadə öyünərək, bacarıqlarını şişirdirlər. Belə adamlar çox vaxt sözlərinin üstündə durmurlar. Savadlı, yüksək intellekt sahibinin qulağındakı xal isə onun həm də qeyri-adiliyinə, orijinallığına işarədir. Onlar zahiri görünüşlərinə görə də kütlədən seçilirlər. Onların özünə inamsızlığı müvəqqəti xarakter daşıyır. Belələri çətinlikləri və kompleksləri asanlıqla dəf edirlər.

QARINDA xal qorxuya işarədir. Belə adamlar öz qorxuları barədə heç kimə deməyərək böyük cəsarət göstərə bilərlər. Bu xalın sahibləri çox zaman ehtiraslarının qurbanı olurlar. Onlar bütünlüklə öz istəklərindən asılıdırlar.

BARMAQDA xalı olanlar tez gözə gəlirlər. Şəxsi həyatda isə bəxtləri gətirmir, boşanmalarla üzləşirlər. Belə adamlar, əsasən, biçmə-tikmədə usta olurlar. Onlardan həm də yaxşı illüziyaçı çıxır (Devid Kopperfilddə də belə xal var). Başqa bir inanca görə barmağında xalı olan adam heç vaxt pulsuz qalmır. Digər fərziyyəyə görə isə onlardan mahir oğru olur.

DODAĞIN qırmızı haşiyəsindəki xal insanın zəif iradəsindən xəbər verir. Belə xallara daha çox qadınlarda rast gəlinir. Bu xalın sahibləri öz əməllərinə görə cavab verə bilmirlər. Onlar həm də çox hissiyyatlı olurlar. Həmçinin başqalarını dinləməyi bacarmırlar.

BOYUNDA xal kişilərdə hövsələsizliyi göstərir. Belə xalı olan adamların əhvalı tez-tez dəyişir. Onlar zəif və iradəsiz olurlar. Kişilər yüksək intellektə və mənəvi zənginliyə malik olsalar da, mübarizəni sevmədiklərindən çox vaxt özlərini realizə edə bilmirlər. Bununla belə, onlar öz işlərinin peşəkarı olurlar.
Qadınlar isə dəyişkən xasiyyətli olurlar. Boynunda xalı olan qadın öz zövqünü, ehtiraslarını və əqidəsini tez-tez dəyişə bilər. Eyni zamanda belə qadınlar çox zərif və sadiq olurlar. Həmişə rahatlıq yaratmağa çalışsalar da, ətrafdakılar onları zövqsüz hesab edirlər. Çox vaxt başqalarının məsləhətlərinə qulaq asmırlar. Boynunda xalı olan insanlar arasında heç vaxt ailə qurmayan tənha insanlara da rast gəlinir.

ÇİYİNDƏ xalı olanlar çoxlu informasiya daşıyıcısıdırlar. Belə adamların çiyinlərində elə bil ağır yük var. Bədənin bu hissəsində xal problem deməkdir. Bu xal nəsildən-nəsilə keçdikdə uşaqlar öz valideynlərinin səhvlərini təkrarlayırlar. Belə adamlar güclü şəxsiyyət olsalar da, başqalarının asanlıqla etdiklərini təkrarlamağa onların cəsarəti çatmır. Buna görə də onlar həmişə yaxşı vəzifədə işləyən savadsızlara və şəxsi həyatda xoşbəxtlik qazananlara qibtə edirlər. Onlar heç vaxt bütün həyatı gözləri qarşısında keçən uşaqlıq dostlarının, tanışlarının avtoritetini qəbul etmirlər. Belə adamlar az danışan, hövsələli olur və tapşırılan bütün işləri dəqiqliklə yerinə yetirirlər.

SİNƏDƏKİ xal qadınlar üçün daha böyük məna kəsb edir. Bu, bütövlükdə insanlığa böyük məhəbbətin simvoludur. Belə qadınlar etibarlı həyat yoldaşı və ideal ana olurlar. Onların hissləri daimi, məqsədləri isə dəqiqdir. Kişilərdə də bu işarə təmiz məhəbbət və sadiqliyin göstəricisidir. Bu insanlar əzəli və əbədi sevgilərinə sadiq qalırlar.

DİZDƏKİ xal səbirsizliyə işarədir. Belə adamlar üçün nəyisə gözləmək ən dəhşətli şeydir. Onlar hətta dayanacaqda nəqliyyatı da gözləyə bilmirlər. Çox cəld yeriyir, kitabda səhifələri ötürə-ötürə oxuyur, çox tez-tez yeyir, teatrda və kinoda isə daim saata baxırlar.

ÜST DODAQDAKI xal qadınlarda məkr və qəddarlıqdan xəbər verir. Hakimiyyət iddialı və ruhən güclü olan belə xal sahibləri seçdikləri kişini, sözün əsl mənasında, "əzirlər". Onlar ərinə və uşaqlarına qarşı qətiyyən mehribanlıq göstərmirlər. Çox vaxt uğurlu karyera qurur və cəmiyyətdə nüfuz qazanırlar.

BURNUNDA xalı olan adamlar ünsiyyətcil olurlar. Burunun ucundakı xal yüngül xarakter və yumor hissinin göstəricisidir. Belə adamlar heç nəyi ciddi qəbul etmir, tez-tez iş yerini və təhsil ocaqlarını dəyişirlər. Onlar əqidələrini

ÇƏNƏDƏKİ xal hakimiyyətdən xəbər verir. Belə adamlar nə istədiklərini dəqiq bilirlər. Güclü iradəyə malik bu insanlar istənilən işi axıra çatdırırlar. Bunun üçün onlar bütün vasitələrə əl atırlar. Cəmiyyətdə yüksək mövqe tutan belə insanlarda diktatorluq cizgiləri də özünü göstərir.



Geri dön

tuilip

  • 23 iyun 2011 12:20
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
maraqli idi. Tesekkurler

--------------------
(Heyatdan zovq almaq ucun qarsinda meqsedin olmalidir)

gozler seni gozler

  • 18 aprel 2011 12:43
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
salmmm maragli idi bes mende basqa bir yerde de xal var onun menai nedi goresen bilen var?

_RONALDO_

  • 9 mart 2011 20:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TeSekKuRLEr MaRaQLidI tHaNkS.....

--------------------

NARA

  • 14 noyabr 2010 22:46
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
cox sagolun maraqli idi THANK

Milawka

  • 23 sentyabr 2010 13:38
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
tewekkkur lazim olan melumati elde etdim winked

Kisa_Kiss

  • 17 sentyabr 2010 13:45
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
hmmm интересно спс

--------------------

Ulya

  • 17 sentyabr 2010 11:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol baciw. love

Afran007

  • 17 sentyabr 2010 00:06
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
twkrler movzu ucun

Mr_Unlimited

  • 16 sentyabr 2010 23:28
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
maraqli melumatdi tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}