Dilimizdəki "bayram"ın əsli, Farsca "bəzm-i râm" kəlməsinin təhtif olunmuş versiyası olan "bəzram" imiş. "Sevinc və əyləncə günü" deməkdir. Fars dilinə qədim Türk dilindən keçdiyini söyləyənlər də var.
Ərəb dilində bayramın qarşılığı “iyd” sözüdür. Bu "təkrar dönmək, dönüb dönüb gəlmək" mənasındaki “avd” kökündən gəlir. Maraqlı bir təvafuqdur ki, həcc sözü də eyni mənanı verir: Təkrar getmək/gəlmək, dönüb - dönüb getmək/gəlmək. Zatən Sami dil ailəsinə mənsub İbranicədə həcc sözü "bayram" mənasında istifadə edilir.
Bu kəlmə Quranı Kərimdə yalnız bir yerdə keçir [5: 114]. “İyd” sözü "axirət" mənasına gələn "məad" ilə də qohumdur. Axirətə "əvvəl axır hər kəsin dönüb çatacağı yer" olduğu üçün bu ad verilib.

Müsəlmanın iki bayramı var: Ramazan və Qurban. Bunların ikisi də hicrətin 2-ci ilindən etibarən qeyd olunmağa başlanıb. Əsasən Ramazan orucu da ilk dəfə həmin il fərz qılınmış, orucun ardınca da Müsəlmanlar bayram etmişdilər.
Ramazan Bayramına "fitir sədəqəsi" [can-baş sədəqəsi] bu ayda verildiyi üçün 'ıydu'l-fitr adı verilmişdir. Bizdə "Ramazan Bayramı" adıyla şöhrət tapmışdır ki, bu ad Qurandan qaynaqlanır.
Möminin bayramı ruhunun bəsləndiyi, imanının güclüləşdiyi, ürəyinin inşa edildiyi, daxili dünyasının zənginləşdiyi, nəfsinin tərbiyə edildiyi, ağılının saflaşdığı bir günün qeyd olunmasıdır.

Əfəndimiz bayramı nəzərdə tutaraq "Bu vaxtda edəcəyimiz ilk şey namaz qılmaqdır" buyurmuşdur [Buxari və Müslim]. Bu bir növ şükr namazıdır. Rəbbimizi sevincimizə şərik etmək, Onun sevincimizə ortaq olduğunu bilmək. Sevinməyə dəyər olan şeyləri idrak etməyimizi təmin etdiyi üçün Ona bayram namazlarıyla həmd edərik. Onun ucalığını bayramda daha çox zikr edərik ki, "bizi güldürən də Odur, ağladan da". Bayram namazı buna görə daha çox təkbirlərlə zəngindir.
Əfəndimiz, bayram namazını məsciddə deyil, "musalla" [namazgah] adı verilən açıq və geniş sahələrdə qılardı. Bu, bayram coşğusuna kütləvi iştirakı təmin etmək için idi. Bu gün bu sünnət bir çox İslam ölkələrində hələ davam etdirilir. 500 min, hətta 1 milyon mömin qardaşınızla birlikdə Rəbbimizin hüzurunda dayanmağın həyəcanını düşünə bilirsinizmi? Bu bir növ "Ərafat vakfəsi"nin, Məkkənin qardaşları olan digər İslam şəhərlərindəki "məşqi" kimidir.

Əfəndimiz və səhabələri bir-birlərini bayramdan sonra təbrik edərdilər. Təbrik şəklinin "təkabbəlallah minna və su samurum" [bizdən və sizdən Allah qəbul buyursun] şəklində olduğunu söyləyən rəvayətlər var. Ərəb müsəlmanları indi "qullu 'amin və əndim bi-hayr" [sizin hər iliniz xeyrlə keçsin] təbrikini daha çox zikr edirlər.
P.S Mende Muqeddes Bayram Munasibeti ile Butun LeGenD.Az, Ailesini Tebrik edirem ..! Ramazan Bayraminiz Mubarek Olsun ...! Ömürünüz Ramazan, axirətiniz bayram olsun.