Kumeyl Duası

 
Kumeyl Duası

Şəbanın on beşinci gecəsi çox fəzilətli gecələrdən biridir. Bu gecəki müstəhəb əməllər içində “Kumeyl” duasının özünəməxsus yeri var. Aşiq ariflər və arif aşiqlər bütün dualar içərisində “Kumeyl” duasının məqamını, insanın bütün yaranmışlar arasında olan məqamı kimi bilmişlər. Varlıq aləmində bütün mövcudların ən şərəflisi insan olduğu kimi, duaların da ən şərəflisi “Kumeyl” duasıdır. Tanınmış alim Əllamə Məclisi “Kumeyl”duasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid ibn Tavusun “İqbal” kitabına əsaslanaraq özünün “Zadul - Məad” kitabında yazır: “Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin yanında oturmuşdum. Şəbanın on beşinci gecəsindən söz düşdü.

Kumeyl Duası

Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb ibadət etsə Həzrət Xızrın (ə) duasını oxusa, duası hökmən (yəni Kumeyl duasını) qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. O buyurdu: “Ey Kumeyl! Elə ki, bu duanı öyrəndin, ya hər cümə axşamı, ya ayda bir dəfə ya ildə bir dəfə ya da ömründə bir dəfə onu oxu. Bu dua səni düşmənlərin şərrindən qoruyar, sənə ruzi yetirər və günahlarını bağışladar. Ey Kumeyl! Belə bir nemət və kəramətlə ucalmağının səbəbi uzun müddət göstərdiyin xidmətlərdir. Otur, yaz...” Rəbbani alim Mərhum Kəfəmi “Misbah” kitabında yazır ki, Həzrət Əli (ə) bu duanı səcdə halında oxuyardı. Bu duanı oxuyan şəxs bir sıra şərtlərə əməl etməklə yanaşı üzü qibləyə olmalı, müti görkəm, sınıq qəlb, xalis niyyət, ağlar göz və qəmli səslə oxumalıdır. Sözsüz ki, bu halda oxunan duanın qəbuluna ehtimal çoxdur.

Kumeyl Duası

Ağlar göz Allah hüzurunda böyük etibara və dəyərə malikdir. Göz yaşı günahların bağışlanmasına, Allahın qəzəbinin soyumasına və ilahi rəhmətə qovuşmağa səbəb olur. İmam Sadiq (ə) buyurur: “Bir damla göz yaşı dəryalarca atəşi söndürür. Göz yaşardığı vaxt zülmət və xarlıq çöhrədən çəkilər. Göz yaşı axıdan kəsə Allah Cəhənnəmi haram edər. Doğrudan da gözü ağlar bir ümmət hər halda mərhəmətə çatar.” Həzrəti İmam (ə) başqa bir hədisdə buyurur: “Yalnız üç göz Qiyamətdə ağlamaz: Allahın haram buyurduğuna qapanan göz, Allah yolunda yuxusuz qalan göz, gecə yarı Allah qorxusundan ağlayan göz.”Allah-Taalanın bütün mövcudlara olan ehsanı geniş, rəhmət süfrəsi tükənməz, lütf və mehribanlığı davamlıdır. Onun dərgahı ümidsizlik dərgahı deyildir. Səxavət və bəxşişi daimi, əta əli açıqdır. O daim bəndələrinin duasının intizarındadır.

Kumeyl Duası

Həzrət Davuda (ə) buyurulur: “Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə üçün Mənimlə dostluq etmirlər? Mənimlə olan şəxs paxıllıqdan, cəhalətdən, çarəsizlikdən uzaqdır. Mənim sifətim, sözüm dəyişməz. Rəhmətim genişdir. Fəzl və kərəmimdən dönmərəm. Əvvəldən rəhməti əsas götürüb, məhəbbət udunun budağını yandırmışam. Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara yaxın oluram, Məni yada salanların munisiyəm. Davud! Məni axtaran tapar, Məni tapan əldən verməməlidir. Davud, nemət bizdən olduğu halda bunu başqalarından görürlər. Sığınacaqları olduğumuz halda başqalarına tərəf qaçarlar. Qaçsalar da bir gün geri qayıdacaqlar!”Dini kitablarda belə gözəl mətnlər çoxdur. Quran ayələrindən qaynaqlanan bu əhvalatlar çox xoş xəbərlərdir. Bu söhbətlər insanda Allahın ehsanına ümid doğurur. İnsan inanır ki, öz istəklərinə dua vasitəsi ilə çata bilər.

Kumeyl Duası

İslam Peyğəmbəri (s) buyurur: “Həqiqətən, dua ibadətdir;” “Dua ibadətin məğzidir.” İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət duadır”; “Allah yanında duadan, Onun fəzlindən istəməkdən də üstün olan bir şey yoxdur. Və Onun yanında təkəbbürlük üzündən dua etməyib, ilahi feyzləri diləməyən kəsdən daha mənfur bir kəs yoxdur.” Həzrət Əli (ə) buyurur: “ Bütün yer üzündə Allaha yönəlmiş ən sevimli iş duadır.” “Dua qələbənin açarı, feyz xəzinəsidir. Ən üstün dua pak qəlbdən qopan duadır. Dua qurtuluş vasitəsi, ixlas yoludur. Dözümsüzlük şiddətlənəndə pənah yalnız Allah dərgahınadır.” İmam Sadiq (ə) buyurur: “Bəla gələn vaxt hökmən Allah dərgahına dua və yalvarışla üz tutun”; “Dua et, çünki dua hər bir dərdin dərmanıdır.” Hər bir oxunan duadan insan hansısa bir həqiqət dərk edir. Hal-hazırda dualarımız ərəb dilindədir. Ərəb dilini bilməməyimiz səbəb olur ki, biz dualarda olan həqiqətlərdən xəbərsiz qalaq. Bu nöqtəni nəzərə alaraq qərara gəldik ki, Kumeyl duasının həm audio formatını həmdə tərcüməsini siz əzizlərə təqdim edək.


Geri dön

KaRola_16

  • 29 avqust 2011 21:40
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
COX MARAQLI IDI ALLAH RAZI OLSUN...

--------------------

winxclub_bloom

  • 29 avqust 2011 20:52
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

Narka E-ZaDe

  • 29 avqust 2011 19:44
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

breaking dawn

  • 29 avqust 2011 19:37
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH razi olsun

Ay Üzlü

  • 29 avqust 2011 19:22
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

✰GlaMurKa✰

  • 29 avqust 2011 18:38
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun coxxxxxxxxxxxxx sag ol

_gladiator_

  • 29 avqust 2011 18:27
  • Məqalə: 0
  • Şərh: 132
  • Bal:
{awards}
twk.................

Delya_91

  • 29 avqust 2011 18:11
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

devyjones

  • 29 avqust 2011 18:02
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Kumeyl Duasi Gozel Duadir Allah Herkese oxumaqi nesib etsin

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

HaYaliM

  • 29 avqust 2011 17:59
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

urek_yarasi

  • 29 avqust 2011 17:52
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
allah razi olsun

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

★Azerbaijan girl★

  • 29 avqust 2011 17:47
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}