Gülüş və göz yaşları

 
Gülüş və göz yaşları

Gülüş və göz yaşları

Gülüş və göz yaşları

Gülüş və göz yaşları. Əslində bu iki məfhumun fərqli və oxşar cəhətləri var. Fikirlərimlə razılaşmayanlar da ola bilər. Bu təbiidir. Əvvəlcə hər iki məfhuma aydınlıq gətirmək lazımdır.
Göz yaşları- İki gözdən süzülüb gələn damcılar və bu damcılar getdikcə selə çevrilir. Gözlərdən gələn hər damci bir mirvaridir. Burada maraqlı bir məqam üzə çıxır: sel bir düzüm mirvari ilə əvəz olunur. Gözəldir deyilmi?

Göz yaşları əbəs yerə axıdılmır. Mütləq bir səbəbi var. Göz yaşları bəzən insanı rahatlaşdırır, sakitləşdirir. Sənin göz yaşların bəziləri üçün çox qiymətli ola da bilər. Onlar istəməz ki sənin gözündəki mirvarilər yerə düşsün. O mirvarilər sənin gözlərində bərq vursun. İnsan bəzən həddindən çox ağladıqda gözlərindəki yaş sanki quruyur. Artıq ağlaya bilmir. Yəni gözündəki mirvarilər birdən-birə yox olur. Amma ağlayan insanı susdurmaq çox vaxt çətin olur. Hər nə desən də o susmur ki susmur. Amma sən yenə də onu bir yolla sakitləşdirməyə çalışırsan. Bəzən söz tapa bilmirsən deməyə. O içdən ağladıqca sən də pis olursan. O, qəflətən susur. Sanki sənin çarəsizliyini hiss edir. Ağlamasına baxmayaraq, indi o səni düşünür. Mən onun üçün necə də dəyərliyəm deyə düşünürsən. Demək məni də düşünən var. Bu sənə stimul verir. Yenə ağlayırsan amma bu sevinc göz yaşları sevgi üçün tökülən göz yaşlarıdır. Əvvəlcə o donub qala bilər. Sonradan o da nələr baş verdiyiuni anlayanda sənə qoşulub ağlaya bilər. Sevinc göz yaşları bir-birinə qarışır. Bu göz yaşlarından əmələ gələn mirvari o qədər bərq vuracaq ki, gözlər qamaşacaq parıltısından. Kaş həmişə sevinc dolu göz yaşları axsın. Çünkü bu göz yaşlarının sonu gülüşə açılan bir qapının açarı da ola bilər.

Gülüş- bu sözün deyilişində belə bir ahənglik var. Gülüşün insan həyatına bəxş etdiyi gözəlliklər çoxdur. Gülürük. Amma gülməyində səbəbi vardır. Səbəbsiz heç nə ola bilməz. Məsələn: həyatında xoş bir hadisə baş verib bir körpə dünyaya gəlib və ya həyatının ən vacib anıdır və s. Bəzən qarşındakı insanın gülüşündən nəticə çıxara bilirsən ki, o necə bir insandır. Çöhrəsi sanki gülən insanlarla günlük həyatımızda rastlaşırıq. Bunlar istər istəməz bizə müsbət enerji bəxş edir. Elə insanlar varki dərdli olmasına baxmayaraq gülür və heç kim onun dərdli olduğunu başa düşmür. Bəzən bir gülüş və ya təbəssüm sizin ömrünüzü dəyişə bilər və bu təbəssüm sizə xoşbəxtlik gətirər. Aramızda elə insanlar var ki, məhz bu təbəssümü axtarırlar. Ən çətin anlarda belə gülümsəyin. Bəlkə gülə bilmirsiniz? Əslində hər bir insanın gülməyə mütləq səbəbi var. Hətta ən bədbin insanın belə dərinlikdə də olsa, gülmək üçün mütləq bir səbəbi var.

Gülüş və göz yaşları bu iki məfhum əslində çox fərqlidir. Amma oxşar cəhətləri də var. Oxşar cəhətlər qəribə səslənir elə deyil mi? İki insan götürək biri ağlayır, digəri gülür. Fərqli görünürlər. Oxşar cəhətləri var. Həm güləndə, həm də ağlayanda üzdə müxtəlif cizgilər yaranır. Güründüyü kimi oxşar cəhət cizgilərdir. Hər iki məqamda insan öz hisslərini cilovlaya bilmir. Bəzən ağlayanda sakitləşə bilimirsən, bəzən də gülən zaman özünə hakim ola bilmirsən. Bu təbiidir. Fərqliliyə gəldikdə isə onsuz da o özü özlüyündə ortaya çıxır.

Amma bir məqam da var. Bəzən xoş bir hadisədən və ya eşitdiyin xoş bir xəbərdən göz yaşları yarana bilər. Bu göz yaşlarının artıq qiyməti yoxdur. Onun qiymətini heç bir daş-qaş ödəyə bilməz. Həmçinin gülüş-bəzən bir gülüşə dünyanı verərsən, bəzən də” elə gülməkdənsə ağlayaydı” deyə düşünürsən.
Ümumiyyətlə, hər iki məfhum bir-birinə yaxın olduğu qədər uzaqdır da. Xoş gülüşlər və sevinc göz yaşlarına ehtiyac var. Düşüncələr fərqlidir. Bu mənim düşündüklərimdir. Sadəcə olaraq, ağ kağızın üzərinə qara mirvariləri düzməyə çalışdım. Axı mirvari qiymətli daşdır.

Gülüş və göz yaşları


Geri dön

Ulya

  • 17 sentyabr 2010 17:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
♥Princess♥,
Милая_kisa,
love

Kisa_Kiss

  • 17 sentyabr 2010 13:55
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}