Uşaqlara təşəkkür etməyi öyrədin

 
Uşaqlara təşəkkür etməyi öyrədin

İnsan məktəbdə, həyətdə, dostlar arasında çox şey görüb-götürür.

Amma, heç
şübhəsiz, tərbiyənin formalaşmasında ən böyük amil ailədir. Demək, hər bir valideyn
övladının xeyirli bir vətəndaş kimi yetişməsində mühüm rol oynamalıdır. Məsələ, sadəcə, rol oynamaqla bitmir, hər bir valideyn bu məsələdə ciddi məsuliyyət daşıyır.
əzən biz uşağımızın yaşının, dünyagörüşünün azlığını bəhanə gətirərək ona lazım olan bilgini, əxlaqı vermirik. Amma unutmayaq ki, uşaqlar erkən yaşlarında hansı münasibəti görür və hansı düşüncə tərzini qəbul edirlərsə, onu sonrakı həyatı boyunca davam etdirirlər. Övlad tərbiyəsində ən həssas məsələlərdən biri də hələ 6 yaşına çatmamış uşaqlara insanlığın ən gözəl cizgilərini aşılaya bilməkdir. Şübhəsiz, bir insanın mənəvi rahatlığı, xoşbəxtliyi üçün təşəkkür şüuru çox önəmlidir.

Uşaqlara təşəkkür etməyi öyrədin

İnsan ona yaxşılıq edənlərə, işinə yarayanlara içindən gələn səmimi bir duyğu ilə təşəkkürünü bildirməyi özünə ar hesab edirsə, onun bütün sahib olduğu imkana, gücə və nemətlərə görə Allaha şükür etməsi də inandırıcı görünmür. Çünki birin qədrini bilməyən minin də qədrini bilməz. Allahı tanıyan, hər şeyin əsl Sahibinin O olduğuna iman gətirən insan ətrafındakılara təşəkkür etməyi də bacarmalıdır. Valideynin əsas vəzifələrindən biri də halallıq, ədalət duyğusu ilə yanaşı, insanlara qarşı sayğılı davranmağı da övladına öyrətməkdir. Qədirbilməzlik bir növ anlamazlıq deməkdir. Yəni bu gözəlliyin, bu yaxşılığın haradan gəldiyini dərk eləmir. Belə olan halda, təbii ki, kimə təşəkkür etməli olduğunu da bilməyəcək.
Tərbiyənin müxtəlif üsulları var və örnək olmaq, heç şübhəsiz, bu üsulların birincisidir. Əgər ailədə uşaqların qədirbilməz olmamasını istəyirsinizsə, siz bunun canlı örnəyini ona göstərməlisiniz. Kiminsə əleyhinə danışmaqdansa, uşağınızın eşitdiyi yerdə sizə hər hansı yaxşılığı keçmiş və ya imkanı olduğu halda pislik eləməyən birisini xoş sözlərlə yad eləmək, onun üçün dualar etmək, əlbəttə, bu söhbətinizi eşidən övladınızın şüurunda silinməz izlər salacaq.

Uşaqlara təşəkkür etməyi öyrədin

Bəzən biz elə düşünürük ki, danışdıqlarımızın uşağa heç bir təsiri olmur. Amma heç ağlımıza da gəlməz ki, bəzən bizim əhəmiyyətsiz hesab etdiyimiz bir söhbət 4-5 yaşlı körpənin düşüncələrində o qədər köklü yer tuta bilər ki, gələcəkdə qəbul edilmiş bir çox qərarlar o söhbətlə əlaqələnmiş olar. Ona görə də bu məsələlərdə həssas davranmaq çox önəmlidir. Övladlar bizə Allahın əmanətidir. Təbii ki, bu əmanəti qorumaq, ona gözəl tərbiyə vermək, xeyirli övlad kimi böyütmək və cəmiyyətə qazandırmaq valideynin ilkin şərtidir. Övlad başqalarına qarşı öyünmək, lovğalanmaq üçün bir güc mənbəyi deyil.
İmam Zeynalabdin hər bir valideynin övladına görə sorğu-suala çəkiləcəyini söyləyir və Allah-Təalaya əl açaraq: “Allahım, uşaqlarımın tərbiyəsi, ədəbi və onlara xeyirli şeylər verə bilməyim üçün mənə yardımçı ol”, - deyə dua edir.
Övladın doğru-düzgün böyüməsi üçün, ilk növbədə, onun İslama bağlı olması ilə əlaqələndirilir. Peyğəmbərimiz bir hədisi-şəriflərində: “Uşağın ilk söyləyəcəyi söz “La-İlahə-İlləllah” olmalıdır” buyurur. İnsanı xətalardan, günahlardan qoruyan tək güc Allah düşüncəsi, Allah qorxusudur.

Uşaqlara təşəkkür etməyi öyrədin

Bu vaxta qədər irəli sürülmüş təlimlərin, demək olar ki, heç biri özünü doğrultmadı. İnsan qanundan, rəhbərdən çəkinər, ehtiyat edər, amma kimsənin olmadığı yerdə qanunu da unudar, rəhbəri də. Allah sevgisi, Allah qorxusu unudulacaq hiss deyil. İnsan inananda ki, Allah-Təala hər yerdə, hər an onu görür, artıq o, bu duyğu ilə xətalardan da, günahlardan da uzaq durar. Ümumiyyətlə, bu düşüncə insanı insandan fərqləndirən ən önəmli keyfiyyətdir. Uşaq ailədə qeybət eşidirsə, artıq valideynin onu bu xətadan çəkindirmək cəhdləri əbəsdir. Çünki tərbiyədə örnək olmaq sözlə çatdırmaqdan daha güclü və təsirlidir. Əgər sizin əməlinizlə dedikləriniz uyğunlaşmayacaqsa, bu zaman övladınızın gözündə də yaxşı insan olmaq dərəcəsini itirmiş olacaqsınız.
Övladı sevmək təbii hissdir, lakin bu məsələdə də orta xətti tutmaq, bütün hisslərini büruzə verməmək ən gözəlidir. Orta yol məsələsi bu münasibətlərdə də faydalıdır. Övlad hər bir valideyn üçün həm də bir sınaq obyektidir. Qurani-Kərimdə övlad haqqında bəhs edilərkən “fitnə” ifadəsindən istifadə edilir ki, bu da dini ədəbiyyatda “uğur qazanılması çətin olan bir imtahan” anlamına gəlir.
Bu çətin imtahanda hər bir valideynə uğur arzulayır və Allahın mərhəmətinə sığınaraq dünyaya xeyirli övladlar verə bilməsini diləyirik.


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 19:53
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xebere gore tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

music_angel

  • 31 avqust 2011 00:05
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem maraqlidi

--------------------

Jasmin45

  • 30 avqust 2011 19:59
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
İnsan qanundan, rəhbərdən çəkinər, ehtiyat edər, amma kimsənin olmadığı yerdə qanunu da unudar, rəhbəri də. Allah sevgisi, Allah qorxusu unudulacaq hiss deyil. İnsan inananda ki, Allah-Təala hər yerdə, hər an onu görür, artıq o, bu duyğu ilə xətalardan da, günahlardan da uzaq durar...

Dəyərli məlumat üçün dərin təşəkkürlər..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Ada...07

  • 30 avqust 2011 18:05
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Qozel ve maraqli xeberdi cox beyendim xeberivizi size tewekkur edirem...

--------------------


Cilent_M.Q

  • 30 avqust 2011 17:22
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

no_name

  • 30 avqust 2011 16:54
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tamamen duzdu

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

KaRola_16

  • 30 avqust 2011 16:45
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MELUMATA GORE TEWEKKURLER...

--------------------

OLSEM_YASAMA

  • 30 avqust 2011 13:34
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
tewekkurller

_gladiator_

  • 30 avqust 2011 13:28
  • Məqalə: 0
  • Şərh: 132
  • Bal:
{awards}
twk................

Ay Üzlü

  • 30 avqust 2011 13:19
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler xebere gore

★Azerbaijan girl★

  • 30 avqust 2011 12:46
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
maman oyredim tesekkurler

Narka E-ZaDe

  • 30 avqust 2011 11:58
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Mehemmed249

  • 30 avqust 2011 11:33
  • Məqalə: 7
  • Şərh: 271
  • Bal:
{awards}
Maraqli melimatlardir. Bunlarin hamisi ile razilashiram. what

devyjones

  • 30 avqust 2011 11:05
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
oxumaqi tövsiye edirem Herkese Usaqa Exlaq Oyretmek 1-ci dersdi

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Delya_91

  • 30 avqust 2011 10:42
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
xeber ucun tewekkurler,qeweng xeberdir

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}