Gedirsən

 
Gedirsən

Gedirsən...
Bu fani dünyada nə əbədidir ki, səndən də ömür boyu bizimlə qalmanı istəyək?
Nə vaxtsa bitəcək bütün nemətlər kimi sən də bitib gedirsən, ey RAMAZAN!
Nə həddimizə sənə "dur, getmə!" - deyək…
Hələ səndən doymadıq, doya-doya ibadətlərimizi, tövbələrimizi, dualarımızı sığdıra bilmədik sənə, bir az da qal - deyək. Həddimizmi var?
Sənsə gedirsən… Hələ gecələrini, gecələrini demirəm. Heç bir ayın gecəsinə bənzəməyən Ramazan gecələri… Titrək dodaqlardan gecələrinin qoynuna səpilən dualar, ″Allahım, məni bağışla, məni bağışla, ya Rəhman, məni bağışla, ey mərhəmətlilərin ən Mərhəmətlisi…″deyə yalvaran qəlblər bir başqa abu-hava verirdi sanki sənin gecələrinə. Doymadıq ki… Heç doymaq olarmı?

Gedirsən

Gedirsən…
Gəlişində günləri sayırdıq. Sanki dünən idi hamı biri-birinə həyəcanla ″Sabah Ramazan gəlir, sabah Ramazandır!″ deyə müjdələr verirdi. Rəhmətlə gəlirdin. Əvvəlin rəhmət idi, ey ayların Sultanı, rəhmət dolu idin. Sanki dünən idi… Bu gün isə gedişinə lap az qalıb. Bağışlanma, bəraət dolu son anlar… Qədr gecəsinə qovuşmaq istəyən həsrətli qəlblər, Allahın dərgahına açılan tövbəkar əllər, ümüd dolu yaşlı gözlərin müşayəti ilə keçəcək son günlərinin son dəqiqələri. Ramazanın sonu…

Gedirsən

Gedirsən…
Özünlə imsaq süfrələrimizi, iftar sevinclərimizi də aparırsan. Bunu da sənə etiraf edək ki, başqa aylarda tutduğumuz oruclarımızın iftarı səninki qədər dadlı, ləzzətli və həyəcanlı olmur, ey ayların Sultanı. Xurmalar belə bir başqa dadır səninlə.
Hələ insanların simalarını demirəm. Ramazan gecələrində yuxusuz qalan gözlərdən daha gözəl göz, aclığın əks olunduğu üzlərdən daha gözəl üz, sırf Allahın rizası üçün dua edərkən titrəyə-titrəyə dodaqlardan süzülən sözlərdən daha gözəl sözmü var?

Gedirsən

Gedirsən…
Düz on bir ay məscidlərimiz təravihsiz qalacaq. Səninlə gəlmişdi gecənin qaranlığına üzlərindən nur saçan möminlərin Təravih namazına tələsmələri. Ən uzun qiyamlar, Allaha ən yaxın məsafə olan təravihin səcdələri səninlə gəlmişdi. Hələ son rükətin qunut dualarını demirəm. Rəbbin dərgahına eyni anda açılan minlərlə əllər. Yaşlı, qoca, cavan, yetkin, uşaq –bir döyünürdü hamımızın qəlbi. Böyük bir vücudun döyünən ürəyi olurduq sanki hər təravihdə. Lakin sən təravihimizi də özünlə götürüb bizi tərk edirsən.

Gedirsən

Gedirsən…
Yenə gələcəyini bilə-bilə ayrılığın yaman ağırdır, ey bir gecəsi min aydan daha xeyirli olan. Qəlbimiz qorxu və ümüdlə döyünür. Birdən sən son Ramazanımızsansa… Bir daha sənə qovuşa bilməriksə… Rəbbim nəsib etməz, ömür vəfa etməzsə… Növbəti gəlişini görməriksə…
Ağırdır, yaman ağırdır ayrılığın.
Bir dəqiqə sonra nə olacağını belə bilməkdə acizkən tam bir il sənin təkrar gəlişini, ayrılığın növbəti sonunu gözləməliyik. Günahlar, savablar dolu tam bir il…
Gözləyəcəyik səni, ey on bir ayın Sultanı, həsrətli günləri saya-saya gözləyəcəyik…
Gedirsən...


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 19:47
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xebere gore tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

music_angel

  • 31 avqust 2011 00:09
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

letiw

  • 30 avqust 2011 19:40
  • Məqalə: 11
  • Şərh: 135
  • Bal:
{awards}
maraqliydi tewekkur

R.M_FaNaTka

  • 30 avqust 2011 19:32
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

Jasmin45

  • 30 avqust 2011 19:06
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Gedirsən…
Gəlişində günləri sayırdıq. Sanki dünən idi hamı biri-birinə həyəcanla ″Sabah Ramazan gəlir, sabah Ramazandır!″ deyə müjdələr verirdi. Rəhmətlə gəlirdin. Əvvəlin rəhmət idi, ey ayların Sultanı, rəhmət dolu idin. Sanki dünən idi… Bu gün isə gedişinə lap az qalıb. Bağışlanma, bəraət dolu son anlar… Qədr gecəsinə qovuşmaq istəyən həsrətli qəlblər, Allahın dərgahına açılan tövbəkar əllər, ümüd dolu yaşlı gözlərin müşayəti ilə keçəcək son günlərinin son dəqiqələri. Ramazanın sonu…

ALLAH razı olsun..Çox dəyərli yazıdır,yazan əlləriniz dərd görməsin...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Fatime_19

  • 30 avqust 2011 17:39
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
Gedirsən…
Yenə gələcəyini bilə-bilə ayrılığın yaman ağırdır, ey bir gecəsi min aydan daha xeyirli olan. Qəlbimiz qorxu və ümüdlə döyünür. Birdən sən son Ramazanımızsansa… Bir daha sənə qovuşa bilməriksə… Rəbbim nəsib etməz, ömür vəfa etməzsə… Növbəti gəlişini görməriksə…
Ağırdır, yaman ağırdır ayrılığın.
Bir dəqiqə sonra nə olacağını belə bilməkdə acizkən tam bir il sənin təkrar gəlişini, ayrılığın növbəti sonunu gözləməliyik. Günahlar, savablar dolu tam bir il…
Gözləyəcəyik səni, ey on bir ayın Sultanı, həsrətli günləri saya-saya gözləyəcəyik…
Gedirsən...teshekurler eladir eeeeeeeeeeeeeee

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

Ada...07

  • 30 avqust 2011 17:32
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Cox qozel yazidir cox beyendim... Allah razi olsun...
Gözləyəcəyik səni, ey on bir ayın Sultanı, həsrətli günləri saya-saya gözləyəcəyik…

--------------------


KaRola_16

  • 30 avqust 2011 16:41
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI IDI ELLERINIZE SAGLIQ...

--------------------

devyjones

  • 30 avqust 2011 16:36
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Bu fani dünyada nə əbədidir ki, səndən də ömür boyu bizimlə qalmanı istəyək?
Nə vaxtsa bitəcək bütün nemətlər kimi sən də bitib gedirsən, ey RAMAZAN!
Nə həddimizə sənə "dur, getmə!" - deyək…


ALLAH KOMEYIN OLSUN QARDAS UREYIM TITREDI BIR ANLIQ RAMAZANDAN KIM DOYUR KI

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

no_name

  • 30 avqust 2011 16:17
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
qeseng idi

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

... Deryam ...

  • 30 avqust 2011 15:57
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Gozleyeceyik seni ......
ALLAH RAZI OLSUN .....

--------------------

Cilent_M.Q

  • 30 avqust 2011 15:14
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
maraqli idi, twk

--------------------

urek_yarasi

  • 30 avqust 2011 14:33
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Delya_91

  • 30 avqust 2011 14:20
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Gözləyəcəyik səni, ey on bir ayın Sultanı, həsrətli günləri saya-saya gözləyəcəyik…
Gedirsən...
love

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

daha_meni_axdarma

  • 30 avqust 2011 13:43
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
tewekkurller

OLSEM_YASAMA

  • 30 avqust 2011 13:27
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
tewekkurller

_gladiator_

  • 30 avqust 2011 13:24
  • Məqalə: 0
  • Şərh: 132
  • Bal:
{awards}
twk................

★Azerbaijan girl★

  • 30 avqust 2011 13:06
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
TSKLER

Narka E-ZaDe

  • 30 avqust 2011 12:49
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}