Hədislər

 
Hədislər

Peyğəmbərin (s) Əliyə (ə) nəsihətləri
Ey Əli! Elə ki, gördün camaat müstəhəbbi əməllə məşğuldur, sən vaciblərlə məşğul ol. Elə ki, gördün camaat dünya işləri ilə məşğuldur, sən axirət işləri ilə məşğul ol. Elə ki, gördün camaat başqalarının eyiblərini axtarmaqla məşğuldur, sən öz eyiblərini axtarmaqla məşğul ol. Elə ki, gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz axirətini zinətləndirməklə məşğul ol. Elə ki, gördün camaat əməlini artırmaqla məşğuldur, sən əməllərinin ixlası ilə məşğul ol. Elə ki, gördün camaat məxluqatın ətəyindən tutub, sən Xaliqin ətəyindən yapış.

Allah-təala buyurub: ”Ey Adəm övladı! Hər gün ruzin çatır, lakin qəmginsən. Hər gün ömründən azalır, lakin şadsan. Sənə kifayət edəcək miqdarın çatır, sənsə tüğyanına səbəb olacaq artığın arxasınca gedirsən. Nə aza qane olursan, nə də çoxdan doyursan.”

Məhəmmədin (s) sadə və asan dini bunlardan ibarətdir: Namaz, ramazan ayının orucu, həcc, imama itaət və möminlərin haqqına riayət etmək.İmam Sadiq (ə)

Hədislər

İmam Musa ibn Cəfər (ə) buyurub: “Elə ki, İbrahimi (ə) mancanağa qoydular, Cəbrail qəzəbləndi. Allah tərəfindən vəhy nazil oldu: “Nə üçün qəzəblisən?” Ərz etdi: “İlahi, sənin dostun – yer üzərində ondan başqa bir kəsin Sənə ibadət etmədiyi bir dostun - indi Sənin və özünün düşməninin əlindədir.” Cavab gəldi: “Sakit ol. Sənin kimi bəndələr qorxar ki, birdən fürsət əlindən çıxar. Amma mən hər bir an istəsəm ona nicat verə bilərəm.” Cəbrail sevindi. Üzünü İbrahimə (ə) tutub dedi: “Köməyə ehtiyacın varmı?” Buyurdu: “Bəli, var, amma sənin köməyinə yox.” Bu zaman Allah İbrahimdən (ə) ötrü bir üzük göndərdi ki, onda altı kəlmə yazılmışdı: “La ilahə illəllah”, Məhəmmədən rəsulullah”, “La hövlə və la qüvvətə illa billahil əliyyil-əzim”, “Fəvvəztu əmri iləllah” (İşimi Allaha tapşırdım), “Əsnədtu zuhri iləllah” (Allaha e`timad etdim) “Həsbiyəllah” (Allah mənə bəsdir).
Bundan sonra vəhy nazil oldu: “Bu üzüyü barmağına tax. Mən odu səndən ötrü sərin edəcəyəm.”

Hədislər

İmam Səccad (ə) buyurub: ”Bizim dövrün insanları altı təbəqəyə bölünüb; şirlər, canavarlar, tülkülər, itlər, donuzlar və qoyunlar. Şirlər sultanlardır ki, kimə istəsələr qalib gəlir və məğlub olmurlar. Canavarlar tacirlərdir ki, alanda yalandan pisləyirlər, satanda isə yalandan tə`rifləyirlər. Tülkülər riyakarlardır ki, camaatdan istifadə etməkdən ötrü özlərini hiyləgərcəsinə müsəlman kimi göstərirlər, əslində isə onların içində imandan əsər-əlamət yoxdur. Donuzlaar arvadsifətlər və şəhvətpərəstlərdir ki, hər çirkin işə getməkdən çəkinməzlər. İtlər acıdil insanlardır ki, camaat onlara dillərinin qorxusundan hörmət edirlər. Qoyunlar möminlərdir ki, yununu qırxırlar, ətini yeyirlər, sümüklərini də sındırırlar. Biçarə qoyun, bir sürü şirin, canavarın, tülkünün, donuzun və itin arasında nə etsin?”

Həzrət Musaya (ə) vəhy oldu: “Altı şey altı yerdədir, lakin camaat onu başqa yerdə axtarır və (belə etsələr) heç vaxt tapmayacaqlar; Mən asayişi və rahatlığı behiştdə qərar vermişəm, lakin camaat onu dünyada axtarır. Elmi aclıqda qərar vermişəm, camaatsa onu toxluqda axtarır. İzzəti gecə oyaq qalmaqda qərar vermişəm, camaatsa onu padşahların qapısında axtarır. Ucalığı təvazödə qərar vermişəm, camaatsa təkəbbürdə axtarır. Duanın müstəcab olmasını yeməyin halal olmasında qərar vermişəm, camaat onu səs-sədada axtarır. Ehtiyacsızlığı da qənaətdə (qane olmaqda) qərar vermişəm, lakin camaat onu mal-dövlətin çoxluğunda axtarır.”

Hədislər

Əmirəl-möminin (ə) buyurub: «Mən altı nəfərin behiştə getməsinə zaminəm; sədəqə verən yerdə ölən, xəstəni yoluxmağa gedən yerdə ölən, Allah yolunda cihada gedən yolda ölən, Həcc səfərində ölən, Cümə namazına gedərkən yolda ölən və hər hansı bir müsəlmanın dəfn mərasimində onun cənazəsini müşayiət edərkən ölən kəsin.»

Hər bir müsəlmanın digər müsəlman boynunda altı haqqı var; görüşən zaman salam vermək, dəvətini qəbul etmək, ona qarşı xeyirxah olmaq, ona nəsihət etmək, asqıran zaman ona “yərhəməkumullah” demək, xəstə olan zaman onu yoluxmaq, öləndən sonra dəfn mərasimində iştirak etmək.Həzrəti Məhəmməd s.a.s

Peyğəmbər (s.a.s) Əbuzərə nəsihətində buyurur: “Həmişə səndən aşağıda olana bax, səndən yuxarı olana yox, yoxsulları sev və onlarla yoldaşlıq et, acı olsa da haqqı de, qohumların səndən uzaqlaşsalar da sən onlarla əlaqəni kəsmə, Allaha aid olan işlərdə heç kəsi danlamaqdan qorxma, “La hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu zikr behişt xəzinələrindəndir.

Hədislər

Həzrət Əliyə (ə) nəsihətlərində buyurur: “Ey Əli! Yeddi xüsusiyyət var ki, hər kəsdə olsa imanını kamil etmişdir və behiştin qapıları onun üzünə açıqdır; fərəhlə dəstəmaz almaq, gözəl namaz qılmaq, malın zəkatını vermək, qəzəbi boğmaq, dilini saxlamaq, günahdan istiğfar etmək və Peyğəmbərin (s) Əhli-beytinə (ə) qarşı xeyirxah olmaq.”

Mənimlə və mənim əhli-beytimlə dostluq dəhşətli qorxuya səbəb olan yeddi yerdə dada çatar; ölüm vaxtı qəbirdə, (Qiyamət günü) qəbirdən qalxan zaman, əməl dəftərləri paylananda, haqq-hesab çəkiləndə, əməllər ölçüləndə və sirat körpüsündən keçən zaman.Həzrəti Məhəmməd s.a.s

Allah tərəfindən belə vəhy gəldi: «Ey Əhməd! Bilirsənmi ki, bəndə nə vaxt abid olur?» Ərz etdi: «Xeyr, Pərvərdigara!» Buyurdu: «Yeddi xislət bir bəndədə cəm olsa, həmin vaxt o, abid hesab olunar. Həmin yeddi xüsusiyyət bunlardır:
1. Onu günahdan çəkindirən təqva.
2. Faydasız sözlər danışmaqdan çəkinmək.
3. Onu ağlamağa vadar edən Allah qorxusu.
4. Təklikdə onu Allahdan utanmağa vadar edən həya.
5. Zəruri miqdarda olan yeməyə qane olmaq.
6. Dünya ilə düşmənçilik, çünki Mən də onu (dünyanı) düşmən tuturam.
7. Yaxşı insanlarla dostluq.»

Hədislər

Elə bir mömin yoxdur ki, ramazan ayında Allaha görə oruc tutsun, Allah ona yeddi imtiyaz verməsin; bədənində haramdan əmələ gəlmiş ət əriyib gedər, Allahın rəhmətinə yaxınlaşar, bu ayda oruc tutmaq günahlarının kəffarəsi hesab olunar, ölümün çətinlikləri onun üçün asanlaşar, Qiyamət gününün aclığından və susuzluğundan amanda olar, Behiştin ləziz və dadlı yeməklərindən bəhrələnər və Cəhənnəmin atəşindən amanda qalar.Həzrəti Məhəmməd s.a.s


Geri dön

deli_oglan

  • 1 sentyabr 2011 11:42
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
Allah razi olsun thanks

ZERiDE

  • 31 avqust 2011 17:49
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}

Allah-təala buyurub: ”Ey Adəm övladı! Hər gün ruzin çatır, lakin qəmginsən. Hər gün ömründən azalır, lakin şadsan. Sənə kifayət edəcək miqdarın çatır, sənsə tüğyanına səbəb olacaq artığın arxasınca gedirsən. Nə aza qane olursan, nə də çoxdan doyursan.”
Aza qane olmayan coxada qane olmaz.twk

urek_yarasi

  • 31 avqust 2011 12:33
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
allah razi olsun

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

KaRola_16

  • 31 avqust 2011 07:46
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Nergiz_Mamedova

  • 31 avqust 2011 03:48
  • Məqalə: 0
  • Şərh: 193
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN . DEYERLI XEBERE GORE.

Cilent_M.Q

  • 31 avqust 2011 01:29
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

devyjones

  • 31 avqust 2011 01:26
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN QARDAS KASKI HERKES OXUYUB EMEL ELESE

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

music_angel

  • 31 avqust 2011 00:24
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun bele gozel xebere gore

--------------------

Jasmin45

  • 30 avqust 2011 23:44
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH razı olsun,maraqlı idi..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

MuslimGirl

  • 30 avqust 2011 23:19
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Dünya ilə düşmənçilik, çünki Mən də onu (dünyanı) düşmən tuturam.
Dünya gəlib keçicidir. Əsas odur ki, axirətimiz gözəl olsun. ALLAH razı olsun!

MY LOVE ZZ

  • 30 avqust 2011 23:15
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
Tewekkurler cox maraqlidi Allah her birimize komek olsun Amin

Narka E-ZaDe

  • 30 avqust 2011 22:44
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

winxclub_bloom

  • 30 avqust 2011 22:12
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!MARAQLI XEBERDIR...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}