Mənə maraqlıdır

 
 Mənə maraqlıdır

Mənə maraqlıdır...

Görəsən nə? Hər şey, yoxsa heç nə?

Bəzən bilmədiklərim, bəzən isə hətta bildiklərim.
Bilməli olacaq nə qədər çox şey varmış.Öyrənmək istədim öyrənə biləcəklərimdən...

Asan idi? Bəlkə də. Amma nədən keçməli olacaqdım? Zamandan?

Yaxşı, zamandan keçdim, bəs sonra... Hər şeyi bildim? Düşünmürəm.

Sadəcə, hər şeyi bilmək üçün itirdiyim zamanda, itirdiklərim də oldu.

Mənə maraqlıdır... İtirdiklərimi qaytara biləcəyəm. Bəlkə də, qismən. Zamanla istədim, amma alınmadı.

 Mənə maraqlıdır

Mənə maraqlıdır... Niyə? Günahkar axtarmaq üçün səbəbkar axtarmalıydım?

Niyə də yox?! Amma bəlkə səbəbkar özüməm, həmçinin gühakar da..

Mənə maraqlıdır...

İrəliyə atılan bir addım... Vaxtında və düşünülərək atılan addım. Nəticəsi nə olursa olsun, əsas o addımı ata bilməyi bacarmaq... Həyatımız boyu atılan addımlara nə qədər zaman sərf edirik?

Mənə maraqlıdır...

Sevgi... Lazımı insana layiq olduğu sevgini verə bilirikmi? Yaxud digərlərinin yerini sevgi ilə paylaşdıra bilirik? Bu ən gözəl duyğunun ömrü nə qədərdir?

Mənə maraqlıdır...

Həyat... Allahım, hər bir detalını necə də gözəl yaratmışdır... Şükürlər olsun...

 Mənə maraqlıdır

Mənə maraqlıdır...

Dəyərlər... Hər zaman yetərincə ifadə edilirmi? Dəyərlərimizi nə qədər dəyərləndiririk? Zamanın dəyərə nisbəti nə qədərdir?

Mənə maraqlıdır...

Musiqi... Onu necə hiss edirik? Hiss etdiyimizi necə ifadə edə bilərik? Niyə məhz musiqilər həmişə nə isə xatırladır? Dinlədiyimizi eşitməzlik edib, beynimizdəkiləri necə canlandırırıq?

Mənə maraqlıdır...

Məqamlar... Həyatımız boyu nə qədər məqamlar yaşayırıq? Hər bir məqama bir saniyə, hətta bir an belə kifayət edər, o məqamı yaşamağımıza, görməyimizə... Bəs nədir bu andan ayrılmamağa səbəb?

Mənə maraqlıdır...

Hisslər... Görmədiyimiz zaman hiss etdiklərimizi ifadə etməyimiz nəyə əsaslanır? Bəlkə kor olsaydıq? Görməsəydik bu həyatın nurunu, onda necə? Nəyi ifadə etməyə çalışacaqdıq ki?

 Mənə maraqlıdır

Mənə maraqlıdır...

Yox olmaq... Bəs onda nə olacaq? Telefonuma gələn zəng və mesajları kim cavablayacaq?

Saytda son ziyarət tarixim həmişəlik hansı vaxtı göstərəcək?

Facebook səhifəmdə lövhəmə yazılanlara, etiketlənmiş şəkillərimə kim şərh yazacaq?

Elektron poçt ünvanıma yazılanlar, cavabsız qalacaq?

Əslində isə...

Sonunda sual işarəsi olan hər şey və hər kəs hamıya maraqlıdır.

İnsan doğulandan ölənədək hər zaman ona maraqlı olanları dərk etməyə çalışıb.
Lap körpə vaxtından. İndi də o qədər də çox böyüməmişik. Maraq tapa biləcəyim çox şey qalıb...

Hələ qalacaq da...

 Mənə maraqlıdır


Geri dön

Mr_virusun balasi

  • 23 fevral 2011 23:27
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
xosuma gelmedi her sey yoxdu terbiyesiz saytdi what [hide][/hide]

Ulya

  • 17 sentyabr 2010 17:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Милая_kisa,
♥Princess♥,
love

Kisa_Kiss

  • 17 sentyabr 2010 17:37
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}