Gəldiyin yollarda

 
Gəldiyin yollarda

Gəldiyin yollarda

Gəldiyin yollarda ...


Yenə də tənhayam, sənsizəm yenə,
Yenə göz yaşlarim həmdəmim olur,
Bilmirəm nə deyim sevgilim sənə,
Ömrüm gündən-günə saralıb solur

Gəldiyin yollarda

Yenə gözləyirəm, gələsən deyə,

Yenə boş ümidlər bürüyür məni,
Söylə, məni atib getmisən niyə,
Ancaq röyalarda görürəm səni,

Gəldiyin yollarda
Yenə sən gedəndən tənha gəzirəm,
Yenə xəyalımda əksin dolaşır,
Aci sənsizlikdən inan, bezirəm,
Sənli duyğularım yanıb, alışır


Gəldiyin yollarda

Yenə axtarıram sənli günləri,
Hər gün mən baxırdım səssizcə sənə,
Tale verdi mənə qəmli günləri,
İstərdim mən dönəm sənin kölgənə,


Gəldiyin yollarda

Beləcə dolaşım arxanca sənin,
Getdiyin hər yerdə, izinə dönüm,
Mən ki, sənin oldum, sənsə özgənin,
Gəldiyin yollarda tozuna dönüm....

Gəldiyin yollarda


Geri dön

Farid_Rasulov

  • 21 may 2011 20:54
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
Salam,İlk öncə şeirimi dərc etdiyiniz üçün təşəkkürlər...Sizə yenə də bir şeir göndərmək istəyirəm...Buyurun,oxuyun...

Qayıt

Unutmaq üçünmü,sevmişdim səni,
Əgər bacarırsan,unutdur mənə,
Yadıma salıram olub-keçəni,
Qayıt,bu qəlbimi ovundur yenə
***
Qayıt qurban olum,qayıt nə olar,
Qayıt,qəlbimi də qaytar özümə,
Sənsiz ümidlərim saralar,solar,
Qayıt,bircə anlıq sən bax üzümə,
***
Qayıt ki,ötənlər qayıtsın yenə,
Qayıt ki,bu tənha ruhum isinsin,
Qayıt,yalvarıram,qayıt sən mənə,
Qayıt,küskün könlüm yenidən dinsin,
***
Qayıt,o anları geriyə qaytar,
Qayıt,mənə yaşat yenidən səni,
İstəsən,məni də özünlə apar,
Ya da,bir gülləylə vur öldür məni,
***
İnan,sən gedəndən yaşamıram mən,
Gülüm,yaşamağa yoxdu həvəsim,
Ruhum da inciyib,sən gedən gündən,
Bu qədər həyatda olduğum bəsim...

Fərid Rəsulov

::..ONSLAUGHT::..

  • 12 mart 2011 17:12
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
cox sagol gozel yaziya gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 4 mart 2011 21:54
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
çox gözəldi tşk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

sevgi yalandir

  • 9 oktyabr 2010 14:12
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler yaxsi serdi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 18 sentyabr 2010 15:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
ZoLuShKa,
♥Princess♥,
Милая_kisa,
love

Kisa_Kiss

  • 17 sentyabr 2010 17:33
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
красивый стих спасибо) winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 50
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}