Maraqlı və tarixi faktlar

 
Maraqlı və tarixi faktlar

1) İngiltərənin Kings College Psixoloji İnstitutunun araşdırmasına əsasən lazımi qədər su içməmək beyindəki boz maddənin azalmasına səbəb olur .
Boz maddənin azalması təkcə beynin ölçüsünə yox onun fəaliyyətinə də mənfi təsir göstərir. Düşünməyi və qavramanı çətinləşdirir. Buna görə də 90 dəqiqəlik tərləmə beyində 1 illik yaşlanma təsiri yaradır. Bir iki fincan su içmək beyinin yenidən əvvəlki halına qayıtmasına kömək edir.

Maraqlı və tarixi faktlar

2) Antarktidadan vertolyot uçuşları qadağandır, buna səbəb pinqvinlərin boyunlarının qısa olmasıdır. Onlar uçan vertolyotlara baxmaq üçün yuxarı baxmaq istəyirlər bu zaman isə domino kimi yerə yıxılırlar hamısı

Maraqlı və tarixi faktlar

3) İlk dəfə qədim Misirlilər, günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi.
Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma “saat istiqamətinə dönmə” kimi də adlandırıldı.
Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.

Maraqlı və tarixi faktlar

4) Misirin paytaxtı Qahirədə yerləşən Xeops piramidası hər biri 12 ton ağırlığında olan bloklardan ibarətdir. Piramida dünyanın ağırlıq mərkəzinin tən ortasında yerləşir. Piramidanın daxilində radar və buna bənzər cihazlar işləmir.
- Piramida kimin adına inşa edilibsə, onun dəfn edildiyi otağa ildə iki dəfə günəş şüaları düşür. Bunlar həmin şəxsin ölüm və doğum günləridir.
- Kirlənmiş suyu bir neçə gün piramidanın içərisində saxladıqda o təmizlənir.
- Piramidanın daxilində bir neçə gün çürümədən qalan süd sonradan təbii yolla qatığa çevrilir.
- Bitkilər piramidanın daxilində daha sürətlə böyüyürlər.
- Kəshik, yara piramidanın içərisində daha tez sağalır.
- Piramidanın içi yayda sərin, qışda isti olur.

Maraqlı və tarixi faktlar

5) Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsada, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədərdir. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.

Maraqlı və tarixi faktlar

6) OK nəyin qısaldılmasıdır?
Ən populyar teoriya "all correct"in (hər şey qaydasındadır) səhvən "oll korreckt" şəklində yazılması və buradan meydana gələn qısaltma olduğudur. "OK" gülməli olsun deyə səhv yazılmanın mod olduğu 1840cı illərdə Boston qəzetlərində populyar oldu. Başqa bir əfsanə New Yorklu demokratların namizədi Martin van Burtenin ləqəbi Old Kinderhookun qısaltmasıyla bu sözün meydana gəlməsi istiqamətindədir

Maraqlı və tarixi faktlar

7) Amerika kovboy filmlərində, atların gecələr kamplarda və gündüzlər barların qarşısında daima ayaqüstə, minilməyə hazır vəziyyətdə durduqlarını görürük. Doğrudur atlar nadir hallarda yatarlar, əsasən xəstə olduqlarında və ya doğum edəcəkləri zaman.
Atlar günlərlə hətta həftələrlə yerə uzanmadan ayaqüstündə dura bilərlər və ya yol gedə bilərlər. Ayaqüstündə durarkən dizlərini "kilidləyib" yatmaları mümkündür. Elm adamları atların ayaqüstə ikən daha rahat olduqlarını və daha az enerji sərf etdiklərini deyirlər. Cünki atın bədəni xeyli böyükdür və yatarkən nəfəs almasında iç orqanları rahatsızlıq yaradar

Maraqlı və tarixi faktlar

8) Samovar kəliməsi rus dilində "öz özünə qaynayan" mənasına gəlir. Samovarın vətəni Rusiyadır. Rusiyada əsrlərcə istifadə olunmuş bir alətdit.

Maraqlı və tarixi faktlar

9) Əsasən Dəvələrin hörgüclərində su olduğu və uzun səfərlər zamanı bu suyu istifadə etdikləri söylənilir. amma bu doğru deyil. Dəvələrin hörgüclərində 30-35 kq-a qədər yağ var. Yeməyə heç nə tapmadıqları zaman bu enerjiylə hərəkətlərini təmin edərlər, bundan başqa yağ səhra istisinə qarşı qoruma vəzifəsini də yerine yetirir. Dəvələrin suya tələbatı azdır. Burunlarında olan orqanın böyük olması nəfəs alarkən havadakı nəmin 2/3 nü almağa kömək edir. Su sərfini isə bədənlərindən itirərlər, qanlarındakı suda isə heç bir dəyişiklik olmaz.


Geri dön

sevgi yalandir

  • 16 oktyabr 2010 19:38
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 17 sentyabr 2010 17:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol baciw.maraqli melumat idi love

Kisa_Kiss

  • 17 sentyabr 2010 17:31
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
belay спс интересная новость)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}