Su kimi ol...

 
  • 17.09.2010, 17:11
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Su kimi ol...

Su kimi əziz ol", yəni həm su kimi təvazökar , həddini bilən, həm də su kimi qiymətli. Könüllərinə bərəkət, nə gözəl bir dua…!
Su həyatdır, su əzizdir.

Su həm həyat, həm də dəyər qatar. Həm özü çox qiymətlidir, həm də olduğu yeri qiymətləndirər.
Harada su varsa orada həyat vardır, orada izzət vardır. Suyun olmadığı bir həyat düşünə bilərsinizmi?
Su üzərinə deyiləcək çox şey var. İlk ağla gələni, atalarımızdan yadigar bir dua; qısa və öz: Su ikram edildiyində içilər, Allaha həmd edilər və arxasından suyu verənə "su kimi əziz olasın" deyə dua edilər.
"Su kimi əziz olmaq" nə gözəl söz…

Su ala bildiyinə təvazökar və ala bildiyinə qiymətlidir. Su göydən endirilmiş olmasına baxmayaraq olduğu yerin ən aşağı qisimində dayanar, oraya axar. Təvazökarlıq yaradılışındadır. O təvazökar olduqca dəyəri artar. Aşağıya axar, axar da torpağa qarışar, hər şeyə can qatar.

Təvazönü bəlkə su qədər başqa bir varlıq izah edə bilməz. Onun təvazökarlığının bənzərsizliyi qədər qiyməti də bənzərsizdir. Demişdik ya, onsuz həyat olmaz. Kainatın sahibi, "Hər şeyi sudan canlı etdik" (Ənbiya, 30) buyuraraq, təvazökarlığına qarşılıq suya verdiyi dəyəri elan edər.
Uca Mövla suyun tərtəmiz olduğunu bu ayədə bəyan buyurur: "Biz, ölü olan torpağa can vermək, yaratdığımız nə qədər heyvanların və nə qədər insanların susuzluğunu aradan qaldırmaq üçün göydən tərtəmiz su endirdik" (Furqan, 48, 49)
Uca Mövla, suyu tərtəmiz olaraq müəyyən bir miqdarla ( Mu'minun , 18) göydən endirdi və onu yer üzündə qaynaqlara yerləşdirdi (Zumər , 21). Tərtəmiz olan suyun eyni zamanda təmizləyici olduğunu bizə bildirdi.

Bədir döyüşü əsnası idi. Peyğəmbər (s.ə.v.) Əfəndimizin ordusu susuz qalmışdı. Yorğunluq və ürəklərdə zəiflik baş göstərmişdi. Hər kəsi yüngül bir yuxu qucaqladı. Qəflətən yağan yağışla özlərinə gəldilər. Uca Mövla hadisəs(n)i belə izah etdi:
"O zaman (Allah, öz) qatından bir güvən olmaq üzrə sizi yüngül bir yuxuya getdirirdi; sizi təmizləmək, şeytanın pisliyini (verdiyi vəsvəsəni) sizdən aradan qaldırmaq, ürəklərinizi bir-birinə bağlamaq və döyüşdə stabillik etdirmək üçün üzərinizə bir su endirirdi." ( Ənfal , 11)


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:11
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

sevgi yalandir

  • 14 oktyabr 2010 16:01
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 13 oktyabr 2010 14:06
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun tesekurler....

--------------------

Ulya

  • 18 sentyabr 2010 15:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
ZoLuShKa,
feel

Ulya

  • 17 sentyabr 2010 18:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
♥Princess♥,
Милая_kisa,
love

Kisa_Kiss

  • 17 sentyabr 2010 17:29
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
winked спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}