Təvəlla-Təbərra günü

 
Təvəlla-Təbərra günü

Allahım, bizi dünya sevgisindən qurtar ki,

Sənin qurbangahında, İbrahim (ə) və İsmayıl (ə)

kimi müqəddəs hədəfin uğruna vücudumuzu

sevərək qurban etməyə hazır olaq.


Təvəlla-Təbərra günü

Bəli, Rəsuli-Əkrəmin (ə) ümməti üçün qorxduğu ən böyük xəstəlik olan dünya sevgisi. Müsəlmanların fədakarlıq ruhiyyəsini əlindən alan, onu bir zombiləşmiş qula çevirən əlçatmaz, ilğıma bənzər hədəf. Amma belələri hər şeyini qurban verməyə hazır olan insanların fonunda nə qədər aciz , nə qədər zillətli görsənir. Amma Qüds...

Məncə Qüdsə verilə biləcək ən doğru adlardan biri də - qurbangahdır. Çünki neçə-neçə anlar göz görə yüzlərlə “İsmayıllar”ını bu qurbangaha yollayıblar. Hər gün yeniləri ilə əvəz olunan, qanı qurumayan qurbangahda “Allahım, sənin rizayətin üçün” deyən minlərlə cavan razu-niyaz edirlər. Qüdsdə yaşanan hər gün - Allahın xüsusi inayətidir. Bu cür dözülməz şəraitlərdə yaşayan insanlar çox gözəl bilirlər ki, bir an belə qurbangaha göndərilə biləcək qurbanlarda süstlük etsələr, oralarda daş daş üstündə qalmayacaq. Əllərində daş, sapand, qəlblərində Allah rizası və düşmənə sonsuz nifrət onları daima ayaq üstə saxlayıb.

Məlum məsələdir ki, Qüds - bir simvoldur. Mübarək ayın son cüməsi əslində dinimizin ruhu ilə eynilik təşkil edən zalımın zülmünə qarşı bir etiraz günüdür. Allah qorusun, hər il yeni-yeni müharibə ocaqları neçə-neçə günahsız canlar alır. Axı insanlıq can verən bu dünyada doğrudanmı hər şey tükənib? Yəni sərvətlərinin üstünə qalaq-qalaq yenilərini cəmləyənlər o yığdıqlarından gələn qan iyindən diksinmirlərmi? Bu qədər körpə qanları onların qəlblərini titrətmirsə, deməli dünyanın bir papağa ehtiyacı var ki, qoysun qarşısına, fikirləşsin. Fikirləşsin, amma bilsin ki, o fikirləşən anda belə dünyada neçə-neçə ailə başsız qalır, körpələr yetim və evsiz-eşiksiz qalır.

Təvəlla-Təbərra günü

Qüds - bütün problemlərin car çəkilib dünyaya anladılan günüdür. Heç nədən çəkinmədən, mümkün bütün yollarla zalımın zülmünü haray çəkmək lazımdır. Zalım zülmünü bəzəyib-düzəyib göstərə bildiyi halda, axı biz nə üçün həqiqətləri deməyək? Axı nə üçün deməyək ki, Qarabağın, İraqın, Əfqanıstanın işğalı və bir çox ərazilər böyük bir oyunun kiçik bir mərhələsidir?! “Demokratiyanın bərpası” nə üçün günahsız insanların ah-naləsi ilə qurulmalıdır? Bəsdir artıq qanlı əllərinizi Şuşada yuyub, Fələstində qurutdunuz! Tarix şahiddir ki, qan üzərində qurulan rejimlər uzun ömürlü olmayb. Amma bu qədər cinayətləri törədənlərin hələ də məhkəmə qarşısında olmamaları - dünyanın “ədalətindən” xəbər verir. Bu əllər qarşısında dayanan sinələri Allah salamat etsin.

Qüds – zəiflərin, gözlərini ümüdlə yollara dikilən günüdür. Ac, evsiz-eşiksiz insanların istəklərinin ödənilən günüdür. Somali dərdinə məlhəm qoyulan, onların başına sığal çəkilən bir gündür Qüds günü. Dolu süfrələrdə harınlyan “neft şeyxləri”nin ən az müraciət etdikləri hisslərinin - vicdanlarının narahat ola biləcəyi bir gündür. Hər gün acından ölən uşaqların, öz əli ilə övladlarını basdıran anaların harayına catmaq günüdür.

Təvəlla-Təbərra günü

Qarabağ - əgər bu torpaqlar şəhidlər mədfənidirsə, əgər bu torpaq üləmalar məskənidirsə, onda bəs biz kimlərik ki, bu haqsızlığa 18 ildir ki, susuruq?! Qarabağ o torpaqlardandır ki, üzərindən ta qədimdən “La ilahə illəllah” bayrağı yellənib. Axı bu toplum nə hala düşüb ki, bu bayrağı ora əvvəlki yerinə qaytara bilmir? Qəlbində yara, gözündə yaş müddətini bilmədən gözləyən insanlar, əslində nəyi gözlədiklərini özləri də bilmirlər. Minnətlə azad olunacaq torpaqlarınımı gözləyirlər? Axı birisinin öz torpağında yaşamağı hansısa üçüncü dövlətlərin necə müzakirə mövzusuna dönə bilər? Məgər Qarabağın və ətraf rayonların işğalında maraqlı olan qüvvələrlə müzakirələr nəyisə həll edə bilərmi? Vallahi, bu torpaqlar təkbir, təsbih, təhmillərlə azad olunacaq. Bu gün boğulmağa calışan bu nidalar, sabah bütöv Qarabağın üzərindən səslənəcək. Bax onda Mübarizin və digər şəhidlərin qanının bahası ödəniləcək, inşəallah!

Amma hər dəfə növbəti Qüds günü yaxınlaşanda çox təəssüf hissi keçirirəm. Hər il bu siyahıya olunan əlavələr, əslində adamı narahat etməyə bilmir. Bir zamanlar Qüds, sonra Qarabağ, sonra İraq, sonra Əfqanıstan, sonra Bəhreyn, sonra daha nə qədər əraziləri bura əlavə etmək olar! Bizim hər Qüds günündə qeyd olunası bir məsələmiz olur.

Təvəlla-Təbərra günü

Allah Qüds gününün ruhunu müsəlmanların izzəti ilə yaşatsın. Qüds - bir açardır. Bütün qəsb olunmuş ərazilərin həllinin saxlandığı gizli bir otağın açarı. Allah o açarı qəlblərin intizarla gözlədiyi o müqəddəs Şəxsin (ə.f.) zühuru ilə tezliklə gətirsin. Amin.


Geri dön

urek_yarasi

  • 31 avqust 2011 12:47
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
twk love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

KaRola_16

  • 31 avqust 2011 07:27
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

music_angel

  • 31 avqust 2011 00:13
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

devyjones

  • 30 avqust 2011 20:29
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Allah Komeyin Olsun Yarali Yerimizde

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

winxclub_bloom

  • 30 avqust 2011 20:07
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

★Azerbaijan girl★

  • 30 avqust 2011 20:01
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler ..................

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}