Həzrət Məhdinin (ə) Beytul-Müqəddəsdəki düşmənləri və dostları

 
Həzrət Məhdinin (ə) Beytul-Müqəddəsdəki düşmənləri və dostları

Tarix boyunca bütün peyğəmbərlərin və İlahi övliyaların fəzilətlərinin kamil nümunəsi olan İslam Peyğəmbəri (s) kainatın ən parlaq ulduzu idi. Sanki minlərlə planet və günəşin nurunu özündə cəmləşdirmişdi. Əxlaqla dolu elmi, hikmətli hökuməti, xalqə xidmət edən ibadəti, rəhmətlə dolu cihadı, təvazıkarlıqla dolu izzəti, insanlara sədaqəti - Peyğəmbərin (s) ən üstün xüsusiyyətləri idi. O, kamil insan nümunəsi və risaləti tamamlayan idi.

Rəhmət Peyğəmbəri (s) öz axırıncı canişininin dostları və düşmənlərinə işarə edərək, buyurmuşdur: “Ümmətimin bir qrupu həmişə qalibcəsinə dini hifz edərlər. Düşmənlərinə qalib gələrlər. Onlarla müxalifətlik etmək və onalara əziyyət və zəhmət vermək onlar üçün zərərli deyildir. O zamana qədər ki, Pərvərdigarın əmri (zühur) gələr və onlar elə həmin vəziyyətdə olarlar”. Deyərlər: Ey Allahın Rəsulu! Onlar haradadırlar? Həzrət buyurur: “Beytul-Müqəddəsdə və onun ətrafında”.

Həzrət Peyğəmbərdən (s) gələn başqa bir hədisdə bu döyüşə işarə edilmişdir: “Ümmətimin bir qrupu həmişə Dəməşqin darvazalarında və onun ətrafında, Beytul-Müqəddəsin darvazalarında və onun ətrafında müharibə edirlər. Onların xarlığını istəyib, kömək etməyənlərin onların hallarına zərəri yoxdur. Onlar qalibcəsinə (Həzrət Məhdinin (ə.f.)) qiyamına qədər Haqqa sabitdirlər”.

Həzrət Məhdinin (ə.f.) Beytul-Müqəddəsə daxil olması

Həzrət Peyğəmbərdən (s) gələn bu hədislərdə görmək olur ki, Həzrət Məhdi (ə) Beytul-Müqədəsə daxil olacaqdır. Həzrət sonra buyurur: “Mənim ümmətimdən bir kişi zühur edəcəkdir. Mənim sünnətimə əməl edəcək, Allah onun üçün göydən yerə bərəkət endirəcəkdir. Yer öz bərəkətini onun üçün bayıra çıxaracaqdır. Yer üzərini ədalətə bürüyəcəkdir. Yeddi il bu ümmətə hökumət edəcək və Beytul-Müqəddəsə daxil olacaqdır”.

Həzrət İsanın (ə) Həzrət Məhdiyə (ə) yardım
etmək üçün Beytul-Müqəddəsə enməsi


Həzrət Peyğəmbər (s) başqa bir hədisdə buyurur: “And olsun o varlığa ki, canım onun əlindədir. İsa ibni Məryəm adil hakim kimi içərinizə səmadan enəcəkdir. O, adil İmam və rəhbər olmuşdur. Xaçı sındıracaq, donuzu öldürəcəkdir. İnsanlara o qədər mal paylayacaqdır ki, heç kim onu qəbul etməyə hazır olmayacaqdır.”

Başqa bir hədisi Əbu Səyid Xədəri, Cabir ibni Abdullah Ənsaridən və o, da Həzrət Əlidən (ə) nəql edir: “Məhdi (ə) mənim övladlarımdandır ki, məqam arasında zühur edəcək, İbrahimin (ə) köynəyini, İsmayılın (ə) qəbasını və Şeysin (ə) kəfənini əyninə geyinəcəkdir. Bunun da şahidi Peyğəmbərin (s) buyurduqlarıdır: “İsa ibni Məryəm göydən yerə enəcək və mənim övladlarımdan olan Məhdi (ə) ilə bir yerdə olacaqdır. Ona görə də o zaman ki, zühur oldu... onu tanıyın”.

Əziz Peyğəmbər (s) buyurur: “Həzrəyardt Məsih - İsa ibni Məryəm göydən Dəməşqin şərq darvazasının kənarında olan ağacın yanındakı ağ körpüyə enəcəkdir. Əllərini iki mələyin çiyninə qoyacaq, əynində iki paltar (ehram kimi) olacaqdır. Biri köynək olacaqdır və o birisini də cübbə kimi geyinmiş olacaqdır. Başını aşağı salanda, sanki üzündən və başından gövhər töküləcəkdir. O zaman yəhudilər onun yanına gələcək və deyəcəklər: “Biz sənin dostlarınıq”. Buyuracaq: “Yalan deyirsiniz”. Sonra xristianlar onun yanına gələcəklər və deyəcəklər: “Biz sənin səhabələrinik”. Buyuracaq: “Yalan deyirsiniz. Mənim səhabələrim və dostlarım müsəlmanlardırlar.” O zaman ki, müsəlmanların toplumuna daxil olacaq, görəcəkdir ki, onların xəlifəsi olan Həzrət Məhdi (ə) namaz qılmaq istəyir. Ona görə də o Həzrətin arxasında namaz qılmaq üçün dayanacaqdır. Müsəlmanların xəlifəsi ona buyuracaqdır: “Ey Allahın Məsihi! Sən namaz üçün qabağa keç”. Ancaq o, cavab verəcəkdir ki, siz gərək səhabələriniz üçün namaz qılasınız. Allah sizdən razı olsun. Mən gəliməşəm ki, vəzir olam, padşah deyil”. O zaman mühacirlərin xəlifəsi – Həzrət Məhdi (ə) – iki rükət (qəsr) namazı qılar ki, İsa ibni Məryəm də orada iştirak edər. Ondan sonra bir dəfə də Həzrət İsa (ə) namaz qılar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın düşməni olan Dəccal o zaman ki, üzə çıxar, insanlardan və yəhudilərdən bir qrupu onunla olarlar. Mən onun sifətlərini sizin üçün bəyan edim. O, üzə çıxanda bir gözü olacaqdır, alnında yazı olacaqdır: kafir. O, həmin yalançı Məsihdir. ... Allah rəhmət etsin o kişiyə ki, öz arvadı və uşaqlarını Dəccalın ardınca getməkdən saxlayacaqdır. Dəccalın əleyhinə olan tək qüvvə Qurandır. Dəccal bəlaya düçar olanda, şeytanlar onun köməyinə gələr və ona deyərlər ki, bizlərdən kimin əleyhinə istəyirsənsə, kömək alıb istifadə edə bilərsən”.

Bəli, bu hədislərdən görmək olur ki, Həzrət Məhdi (ə) zühur edəcək və bütün müsəlmanlara nicat verəcəkdir. Yer üzərində ədaləti bərqərar edəcək və düşmənləri məğlub edəcəkdir. Qurduğu ədalətli hökumətdə insanlar ancaq sülh içində yaşayacaqlar. Allah bu günləri görməyi bizə də qismət etsin, inşallah!


Geri dön

Prank girl

  • 31 avqust 2011 14:56
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

KaRola_16

  • 31 avqust 2011 07:46
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI IDI ALLAH RAZI OLSUN...

--------------------

devyjones

  • 31 avqust 2011 01:30
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MINNETDARAM

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

music_angel

  • 31 avqust 2011 00:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Jasmin45

  • 30 avqust 2011 23:54
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH razı olsun...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

★Azerbaijan girl★

  • 30 avqust 2011 22:13
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun tskler

urek_yarasi

  • 30 avqust 2011 22:08
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

winxclub_bloom

  • 30 avqust 2011 22:03
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALAH RAZI OLSUN!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 65
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}