Görüş vaxtı

 
Görüş vaxtı

Axşamdır.Saat 6.Fikrimdə bəzənirəm,saçlarımı darıyıram,görüşə tələsirəm.Həmişəki kimi...Sevinə-sevinə..Tələsə-tələsə...Xoşbəxtliyim,inamım,məhəbbətim yoluma işıq salıb.Aparır məni yollar sənı sarı.Bütün vücüdumla,ruhumla görüşünə gəlirəm...

Yox...Daha bəzənmirəm,saçlarımı daramıram,görüşünə tələsmirəm...Çiynimdə sən aldığın şal,əllərim qoynumda,üzümdə kədər,gözlərim bir nöqtəyə zillənib...Sənli keçən günlərimi düşünürəm,bir an belə düşünmədən silib keçdiyin o xoşbəxt illərimizi.Fikrim rəngarəng sapa düzülmüş muncuq kimi qırılır,səpələnir ətrafıma.

Məhəbbətim,xoşbəxtliyim,inamım içimdə buz dağına dönüb,üşüdür,qorxudur,sarsıdır məni.Bir vaxtlar sevginlə alışıb yanan o qəlb artıq döyünmür də...İçində sən belə yoxsan...Sənin qədər boş və daş kimidir qəlbim...

Bu an tindən səsi küçəni götürmüş maşın karvanı gəlir.İçində bir gəlin,üzündə sevinc,gözündə fərəh...və yanında Sən!O xoşbəxtdir.Ömür boyu hər səhər gözünü açdıqda ilk səni görəcək,sənli sabahlarda oyanacaq.

Görüş vaxtı

Nişan üzüyü əlində,bərk-bərk tutmuşdun onun əllərindən...Bir dəqiqə..O ki,sənlə birlikdə seçdiyimiz nişan üzükləri idi.Mənə qismət deyilmiş,onun əlinə yaraşmırdı mənim üzüyüm..Axi,o mənə aid idi.

Nəsə demək,xoşbəxtlik arzulamaq istədim Sənə!Səsim çıxmadı,qəhərin güclü əli boğazıma ilişdi,Susdum,sakitcə maşının işıqlı içinə baxdım.Baxdım,baxdım..son dəfə baxdım sənə...Mənə aid olan sənə...

Uşaqlığıma döndüm bir anlıq.O vaxtlar mən pəncərədən baxanda məni görmək üçün pəncərəmin altına gələn,üşüyə-üşüyə,sevgiylə gözlərimin içinə baxan səni xatırladım.İndi o pəncərədən sənin toyuna baxırdım.Sənsə başını qaldırıb son dəfə də olsa mənlə vədalaşmadın...

Görüş vaxtı

Birdən hiss etdim ki,içimdəki buz dağı əriyir,elə əriyir ki,qarşısı alınmaz selə bənzəyir.Sən də taleyimdə sel oldun.Qəflətən gəldin,yuxularımı qaçırdın,ürəyimi ağrıtdın,sevgimi-sevincimi öldürdün.Vurdun,yıxdın,qırdın və getdin!Tək məqsədin bu imiş kimi ən böyük zəfərini qazandın.
Saat 6-nı keçib artıq.Görüş vaxtımız idi bu saat amma....O maşın karvanı ömürlük ayırdı bizi...On beş illik bu sevgini ömürlük ayırdı...
Bir rəfiqəmin həyatından..


Geri dön

Dunya_Sevgi

  • 31 avqust 2011 15:17
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
maragli idi................twk.......

urek_yarasi

  • 31 avqust 2011 12:45
  • Məqalə: 12
  • Şərh: 622
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

KaRola_16

  • 31 avqust 2011 07:27
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MARAQLI IDI ELLERINIZE SAGLIQ...

--------------------

music_angel

  • 31 avqust 2011 00:14
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
tesekkur edirem maraqlidi

--------------------

Ay Üzlü

  • 31 avqust 2011 00:00
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
maraqlidi tewekkurler

breaking dawn

  • 30 avqust 2011 21:16
  • Məqalə: 12
  • Şərh: 1019
  • Bal:
{awards}
maraqli xebere gore twkler

R.M_FaNaTka

  • 30 avqust 2011 20:38
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

★Azerbaijan girl★

  • 30 avqust 2011 20:37
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tskler

devyjones

  • 30 avqust 2011 20:34
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
maraqliydi tesekkurler

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

_TUNAR_MAMEDOV_

  • 30 avqust 2011 20:09
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
teshekkurler,,, cox maraqli idi

--------------------

winxclub_bloom

  • 30 avqust 2011 20:06
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
cox gozel ve maarqli yazi idi.tesekkurlerrrrr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 48

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}