Mayda toy etməmək inancı

 
Mayda toy etməmək inancı

Mayda toy etməmək inancı.

May ayı təbiətə xüsusi yaraşıq gətirir, insanlarda gözəl əhval-ruhiyyə yaranır. Bəs niyə, düşüncələrimizdə may ayına xeyir iş planlaşdırmazlar kimi fikir formalaşıb? Ümumiyyətlə, mayda toy etməmək inancı bizə kimlərdən qalıb?

May sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi ilahəsinin adından götürülüb. May ayının boş ay olması ilə bağlı inanclar Rus xalqında geniş yayılıb. Bu inancların kökünün haradan qaynaqlandığı isə məlum deyil.

Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev ANSPRESS-ə açıqlamasında, bu fikirin nə elmi, nə də dini baxımdan düzgün olmadığını vurğuladı. Dəyanət Rzayev məsələyə belə şərh verdi:

“May ayında toy etməmək düşüncəsi əslində nə Azərbaycan, nə də İslam mədəniyyəti ilə əlaqəlidir. Bu ideologiya rus millətinin təfəkküründən qaynaqlanıb. Ruslar may ayını avaraçılıq, boşluq ayı adlandırırlar və onların fikrinə görə, bu ayda evlənənlər həyatlarını istədikləri kimi qura bilməyəcəklər. Ömür boyu boş ailə sahibi olacaqlar. Bəlkə də dediklərim kiminsə xoşuna gəlməyəcək. Bütün bu əlamətlərin hamısı cəfəngiyyatdır. Ümumiyyətlə, əlamətlərə inanıb, planlaşdırılan işləri görməmək absurt bir haldır. Dini baxımdan da belə buyurulub ki, “Əgər siz hansısa əlamətlərə inansanız, biz ona elə qüvvə verərik ki, sizin taleyinizi idarə etsin”. Mən də öz növbəmdə həm elm adamı, həm də dindar kimi bu fikiri qəbul etmirəm”.

İslam nöqteyi-nəzərindən may ayında toyun haram, yaxud halal olması məsələsinə şərh verən “Karvan” jurnalının şef-redaktoru İsmayıl Əhmədov, dini baxımdan bunun halal olduğunu bildirdi.

“Hicri-qəməri tarixi ilə hesablanan Məhərrəm ayının həmin vaxta düşməməsi şərtilə, may ayında toy etməyin heç bir qadağası yoxdur”, söyləyən İ. Əhmədov, bu fikirin heç bir əsaslara söykənmədiyini bildirdi.

El şənliklərinə gedən müğənni Nəsimi Əhmədov isə ANS PRESS-ə açıqlamasında, bu il Azərbaycanda may ayında toyların keçiriləcəyini vurğuladı:

“İnşallah, sabah mən özüm Bakıda toyda olacağam. Mayın 6-sı da toyum var. May ayının ortalarında da Gəncəyə toy mərasiminə çağırıblar”, söyləyən müğənni may ayı ilə bağlı bəzi fikirlərin bizə ruslardan keçdiyini dedi.

“İki dostumun toyunu may ayında etmişəm. Cəmil adlı dostum 2001-ci ilin may ayının 7-si, Nazim adlı dostum isə 21 may, 1996-cı ildə evlənib. Şükürlər olsun ki, ikisi də xoşbəxt ailə başçısıdır”, deyən N. Əhmədovun fikrincə, bu ayda evlənənlərin ailələrində problem yaranacağı təfəkkürü yanlışdır.


Sonda, ilin hansı ayında toy edilməyindən asılı olmayaraq, hər kəsə ailə səadəti arzu edirik!


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
hmm спасибо за инфо)

--------------------

Mr_Unlimited

  • 18 sentyabr 2010 11:20
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
dogurdanda mayda toy eden olmur)))) ele bil mezuniyyet goturuller))))))

Ulya

  • 17 sentyabr 2010 17:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
bu haqda melumatim var idi.ama yene de oxudum.maraqli idi.ellerine sagliq baciw

Kisa_Kiss

  • 17 sentyabr 2010 17:28
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
hmm спасибо за инфо)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}