Allaha Şükür Edən Şikəst

 
Allaha Şükür Edən Şikəst


Allaha Şükür Edən Şikəst

Allaha Şükür Edən Şikəst

Bismillahir-rehmanir-rehim

Gözləri kor, ayaqları şikəst bir kişi yol kənarındakı ağacın kölgəsində əllərini açmış, görməyən gözlərini bir nöqtəyə dikərək dua edirdi:

- Ey bir çox zənginə vermədiyi nemətləri mənə verən Rəbbim, yarpaqların, ulduzların sayı qədər Sənə şükrlər olsun!

Bu vaxt buradan keçən İsa peyğəmbər (aleyhissəlam) kişinin bu duasını eşidərək ayaq saxlayır və ona yaxınlaşıb buyurur:

- Ey ALLAHın qulu, sənin üzərində nə nemətlər vardır ki, bir çox zənginə vermədiyi neməti mənə verən Rəbbim, deyə dua edirsən?

Dua edən görməyən gözləri ilə səs gələn tərəfə yönəlir və cavab verir:

- Rəbbim mənə elə bir qəlb vermişdir ki, o qəlb ilə Onu tanıyıram. Elə bir dil vermişdir ki o dillə də Ona şükr edirəm. Onu tanımaqdan daha üstün nemət, Ona şükr etməkdən daha böyük hidayət olarmı? Halbuki, nə qədər zənginlər, sağlamlar var ki, ürəyində Onu tanıma, dilində də Ona şükr etmə xoşbəxtliyi yoxdur.

Bax, bunu düşünərək bu cür dua edirəm:

- Nə qədər zənginlərə vermədiyi hidayət nemətini mənə lütf edən Rəbbimə, yarpaqların, ulduzların sayı qədər şükrlər, həmd sənalar olsun!

Bu cavab qarşısında İsa peyğəmbər (aleyhissəlam) yerə çöküb kişinin gözlərindən öpür.
Peyğəmbərin dodaqları dəyən gözlər elə o an açılır. Kişi çaşqın və sevincək halda baxdığı İsa peyğəmbərə (aleyhissəlam) :

- Sən ALLAHın izni ilə ölüləri dirildən, xəstələrə şəfa verən və digər möcüzələrin sahibi İsa peyğəmbər deyilsənmi?

- Kimliyim hələ də məlum olmadımı?

- Əlbəttə, gözlərimdən məlum oldu. Amma ayaqlarımdan hələ də məlum deyil.

- Qalx ayağa! Bəlkə ayaqlarından da məlum oldu.

Kişi cəld ayağa qalxarkən, ayaqlarının da düzəldiyini gördü. Və:

- Ey ALLAHın Nəbisi, icazə ver sahib olduğum bu bənzərsiz nemətlərin şükrü üçün dərhal şükr səcdəmi edim-deyərək səcdəyə getdi:

- Ey Rəbbim, səni tanıyan bir ürəklə, şükr edən bir dil nemətinin şükründən aciz ikən, indi Sən mənə görən iki göz, gedən iki də ayaq lütf etdin, bəs bu nemətlərin şükrünü necə ödəyəcəyəm?
- Bu arada ətrafı əhatəyə almış insan kütləsi İsa peyğəmbərin (aleyhissəlam) əlini öpmək istəyir.Ancaq ALLAH nəbisi buyurur:

- Əli öpüləcək insan, sahib olduğu nemətlərin fərqinə varan şükr səcdəsindəki bu insandır. Onun əlini öpün!

İnsanlar isə:

- Onu səcdəyə endirən nemətlərə bizlər ta anadan olandan sahibik, amma belə şükr səcdəsinə
çatacaq dərəcədə sevindirici bir nemətə sahib olduğumuzu heç düşünməmişdik.


İsa peyğəmbər (aleyhissəlam) buyurur:

- Düşünən insan, sahib olduğu nemətlərin fərqinə varar, düşünməyən insan da özünü o nemətlərdən məhrum sanar!..

Nə deyirsiniz? Düşünməyə dəyərmi?

İsa peyğəmbərin (aleyhissəlam) bu son cümləsi bizə də bir şey söyləyirmi?

"Düşünən insan, sahib olduğu nemətin fərqinə varıb, özünü xoşbəxt hiss edər,
düşünməyən insan da özünü o nemətdən məhrum sanar, bədbəxtlik hiss edər!."

Allaha Şükür Edən Şikəst


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 19:46
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
ALLAH RAZI OLSUN TWK DEYERLI XEBERDI

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

KaRola_16

  • 31 avqust 2011 07:21
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

music_angel

  • 31 avqust 2011 00:11
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah boyukdur.ALlah razi olsun

--------------------

sevgi_meleyim.

  • 30 avqust 2011 21:47
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Allah razi olsun, dogurdanda ibretamiz xeberdi

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

N.M

  • 30 avqust 2011 20:24
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

Lovely Heart

  • 30 avqust 2011 20:00
  • Məqalə: 17
  • Şərh: 113
  • Bal:
{awards}
maraqli idi twk ALLAH razi olsun

--------------------
Anadan gözel wey varmi dünyada?
Bilirsiz ne qeder eziyet cekir??
Onun ag saclarina nezer salanda,
Menim qara saclarim xecalet cekir..

Cilent_M.Q

  • 30 avqust 2011 19:45
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

Fatime_19

  • 30 avqust 2011 19:38
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
her ne olsada hamimiz ALLAHA shukr etmeliyik.gozel ve qisa heykayeye gore teshekkurler.

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

winxclub_bloom

  • 30 avqust 2011 19:36
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 30 avqust 2011 19:35
  • Məqalə: 1137
  • Şərh: 331
  • Bal:
{awards}
"Düşünən insan, sahib olduğu nemətin fərqinə varıb, özünü xoşbəxt hiss edər,
düşünməyən insan da özünü o nemətdən məhrum sanar, bədbəxtlik hiss edər!."

ALLAH RAZI OLSUN OXUDUM COX DEYERLI HEKAYETI,,YAZAN ELLER VAR OLSUN

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez

★Azerbaijan girl★

  • 30 avqust 2011 19:33
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun tskler

R.M_FaNaTka

  • 30 avqust 2011 19:30
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

_BAD_LIFE_

  • 30 avqust 2011 19:30
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
cox maraqli ve gozel idi twk

--------------------
ömür dediyin Allah üçün deyilse nə fərq edər kainat önündə əyilsə

mecdunov

  • 30 avqust 2011 19:30
  • Məqalə: 7
  • Şərh: 151
  • Bal:
{awards}
"Düşünən insan, sahib olduğu nemətin fərqinə varıb, özünü xoşbəxt hiss edər,
düşünməyən insan da özünü o nemətdən məhrum sanar, bədbəxtlik hiss edər!." cox gozel kelmelerdir

--------------------
"Düşünən insan, sahib olduğu nemətin fərqinə varıb, özünü xoşbəxt hiss edər,
düşünməyən insan da özünü o nemətdən məhrum sanar, bədbəxtlik hiss edər!."

Dunya_Sevgi

  • 30 avqust 2011 19:18
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
ALLAHA QURBAN OLUM .............ALLAH RAZI OLSUN HAMIMIZDAN............

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}