Lunatiklər

 
Lunatiklər

Lunatizm - Belə insanlar haqqında Misir papiruslarında, Roma salnamələrində, yunan şair və filosoflarının əsərlərində məlumat verilib. Yazılı mənbələrin birində Romalı qız haqqında belə bir əhvalat nəql olunur ki, yatmış vəziyyətdə ərə getməyi arzuladığı cavan oğlanın otağına girir. Həmin dövrdə belə hərəkət nəinki cəsarət, hətta utanmazlıq hesab olunurdu. Ayın təsiri altında olmasaydı, o heç vaxt belə bir addım atmağa cürət edə bilməzdi.

Bəli, söhbət xalq arasında lunatizm adlandırılan haldan gedir. Ona tibbi dildə somnambulizm də deyilir. Qədimdə lunatizm insan dərk edib anlamayacağı ən böyük müəmmalardan biri hesab olunurdu.

Orta əsr Avropa tarixi lunatizm faktlarını gizli saxlayırdı. Öz yaxınlarının və qohumlarının gecə gəzintilərini heç kim səsə salmırdı, çünki lunatikləri cadugər hesab edərək yandırır və ya suda boğurdular. İnkvizisiya təlimatına görə, qara ruhların təsiri altına düşmüş insanlar cadugər-lunatiklərə çevrilirdi və bu hal yalnız insanın öldürülməsi ilə aradan qaldırılırdı. Lunatizm haqqında ilk dəfə XVII əsrdə danışılmağa başlanmışdır.

Lunatiklər

Vaxt ötdükcə və təbabətə inam artdıqca somnambulizm psixi xəstəlik hesab olunmağa başladı. Hərçənd lunatiklərin əksəriyyəti bu xəstəlikdən şəfa tapmaq üçün həkimlərə deyil, bilicilərə, türkəçarəçi və cadugərlərə müraciət edirdilər.

Tibb işçiləri deyirlər ki, somnambulizm (lunatizm) xəstəlik olaraq, yuxu zamanı insanın qeyri-iradi fəaliyyətidir. Zahirən bu hərəkətlər kifayət qədər məntiqli görünür, əslində isə lunatiklər nə etdiklərini dərk etmirlər. onlar bütün hərəkətləri avtomatik olaraq yerinə yetirir: çarpayıdan durur, otaqda gəzişir və ya həyətə çıxır, özü də bunları yuxulu insana xas olmayan cəldlik və cəsarətlə edirlər. Bunlar somnambulizmin tipik əlamətləridir. Ən əsası odur ki, insan yuxudan ayılandan sonra öz gecə gəzintilərini xatırlamır.

Lunatiklər

Həkimlər belə tendensiyanı tam formalaşmamış psixika və möhkəmlənməmiş sinir sistemi ilə izah edirlər. Yuxuda danışmaq və yataqda oturmaq səthi somnambulizmin əlamətləri hesab olunur. Lakin mütəxəssislər qeyd edirlər ki, belə hallar psixi cəhətdən tamamilə sağlam insanlarda da müşahidə oluna bilər.

Bəs əslində lunatik insanın psixikasında nə baş verir? Təbabət sahəsinin alimləri və həkimlər arasında bu mövzuda yekdillik yoxdur. Ayın fazalarının həqiqətən də somnambulizmin yaranmasına təsiri hələ tam aydınlaşdırılmayıb. Lunatizmin əlamətləri – gecə gəzintiləri ayda 1, maksimum 2 dəfə meydana çıxa bilər. Ümumiyyətlə, bizim sinir sistemimiz ayın fazaları ilə bağlıdır. Ay təzə çıxanda və ya bədrlənən də çox vaxt insanlarda oyanma baş verir. Təbiətdə baş verən bütün hadisələr - Ay tutulmaları, Günəş tutulmaları - hamıya, xüsusən də həssas insanların orqanizminə mənfi təsir göstərir.

Somnambulizmin səbəblərindən biri də ağır travmalar, güclü stress və ağır xəstəlik olan epilepsiyadır. Belə xəstəliyi olan oğlanlar hərbi xidmətə çağırılmırlar. Gecə gəzintiləri və yuxuda danışma təxminən 22 yaşa qədər keçir.

Lunatiklər

Yaxınlarınızdan və ya doğmalarınızdan kimsə lunatikdirsə vahiməyə düşməyə dəyməz. Sadəcə olaraq bir neçə təhlükəsizlik tədbiri görmək lazımdır. Məsələn, gecə qapı və pəncərələr bağlanılmallıdır ki, lunatik qapıdan çıxmasın və ya pəncərədən yıxılmasın. Həmçinin səyahətçinin qarşısına çıxa biləcək tez sınan, iti və təhlükəli əşyaları gizlətmək lazımdır. Həkimlər lunatikləri oyatmağı məsləhət görmürlər, çünki onlar dəhşətli şəkildə qorxa bilərlər. Siz onları çox asanlıqla yataqlarına göndərə bilərsiniz – adətən lunatiklər öz “bələdçilərinin” sözünə qulaq asırlar.

Daha bir məsləhət - lunatik yatan otağı qaranlıq etmək və yatmazdan qabaq ona yüngül sakitləşdirici vermək lazımdır.


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
я не лунатик)))спасибо за инфо

--------------------

Mr_Unlimited

  • 18 sentyabr 2010 00:24
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
lunatiklere rast gelemiwik hele)))

Ulya

  • 17 sentyabr 2010 17:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
qorxuram lunatiklerden:))

Kisa_Kiss

  • 17 sentyabr 2010 17:40
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
wink я не лунатик)))спасибо за инфо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}