Qəzzafini qoruyan 19 yaşlı qızın acı dramı

 
Qəzzafini qoruyan 19 yaşlı qızın acı dramı

Qadın batalyonunda zorlanma, məcburi cəlladlıq və sonra...

Nəsrin Forqani gördüyü dəhşətləri dünyaya anlatdı


Liviyada Müəmmər Qəzzafi rejiminin devrilməsi ilə bir zamanlar onun müdafiəsində duran döyüşçülər çox çətin şərtlərlə həyatda qalmağa çalışırlar. Bunlardan biri də Qəzzafinin “Amazonlar” adıyla tanınan qadın mühafizə alayının üzvlərindən olan Nəsrin Mənsur Forqanidir.
İndi dünya mediası Tripolidəki xəstəxanalardan birində müalicə alan 19 yaşlı qızın tükürpərdən hekayətindən yazır.

Çarpayıya bağlanmış gənc tətikçi

Nəsrin Forqani Tripolinin Mitiqa hərbi xəstəxanasında ayaqlarından çarpayıya bağlanmış halda müalicə alır. O, Tripoli uğrunda döyüşlər zamanı Qəzzafi əsgərlərinin üsyançıları güllələdikləri otaqdan qaçarkən yaralanıb.
Nəsrin başına gələnləri İngiltərənin “Daily Mail” qəzetinə danışıb. O, etiraf edib ki, üsyançılar Tripoliyə doğru irəlilədikləri günlərdə aldığı əmrlə 11 üsyançını güllələyib. “Otağa bir üsyançı gətirdilər. Onu öldürdüm. Ardından birini də gətirdilər. Hər yeni gətirilən yerdəki cəsədi görüncə şok keçirirdi. Ardından onu da vururdum. Aramızda bir metr belə məsafə olmurdu. Əgər əmrə tabe olmasaydım, öldürülən mən olardım”, - deyə Nəsrin bildirib.

Həyatı dəyişən tanışlıq və ya min qızdan biri

Qəzzafini qoruyan 19 yaşlı qızın acı dramı

Nəsrin Qəzzafinin “Amazonlar”ı sırasına necə düşdüyünü belə anladıb:

O kiçik yaşlarında olanda ana və atası ayrılıb. Anası ilə yaşayan yeniyetmə qız bir gün Qəzzafinin qadın mühfizəçilərinin rəhbəri Fatma əl Drebi ilə tanış olub və həyatı bununla da dəyişib. O, ailəsinin etirazlarına baxmayaraq Tripolidəki hərbi akademiyaya gedib və orada Liviyanın dörd bir yanından gəlmiş min qızın arasına qarışıb. Fevral ayının əvvəllərində Nəsrin və akademiyadan Fatin adlı rəfiqəsi Tripoli hava limanının yaxınlığındakı bir təhlükəsizlik məntəqəsində görəv alıb.

Qorxulu Fatma və komandirin təcavüzü

Nəsrin onlara rəhbərlik edən Fatmanın daimi təhdidi altında olub. Qadın mühafizəçilərin rəhbəri Nəsrinə təlqin edirmiş ki, əgər anası Qəzzafi haqqında xoş danışmasa onu öldürməlidir. Əgər onun özündə Qəzzafiyə qarşı mənfi münasibət hiss olunsa, ölümcül döyüləcək və s.
Günlərin birində Fatma Nəsrini qaldıqları qərargahdakı yataq otagına aparıb və...
“Bir gün məni qərargahdakı bir yataq otağına apardı. Bir az sonra briqadanın komandiri Mənsur Dau gəldi və mənə təcavüz etdi. Fatma hədələdi ki, bunu kimsəyə deməyim. Mənsur nə zaman gəlirdisə Fatma ona yeni qızlar aparırdı və qarşılığında hədiyyələr alırdı”, - deyə Nəsrin nəql edib.

Onun rəfiqəsini başından güllələyiblər

Gənc qız daha sonra Mənsurun oğlu İbrahimin və Nuri Saad adlı bir zabitin də təcavüzünə uğradığını deyib. Nəsrin rəfiqəsi Fatinin öldürülməsindən də danışıb. O deyib ki, Fatini Qəzzafinin oğlu Seyfülislamın mühafizəçilərindən biri başından vurub. Onların olduğu təhlükəsizlik məntəqəsinə kortejlə gələn Seyfülislamı yaxından görmək istəyən Fatin avtomobillərə yaxınlaşan kimi mühafizəçilərdən biri gülləni onun başına çaxıb.

Qəzzafini qoruyan 19 yaşlı qızın acı dramı

Gənc qız cəllada necə çevrildi

Nəsrin isə Tripolinin Boslem məhəlləsinə aparılıb və burada qatilliyə məcbur edilib. Əlinə AK-47 verilərək qapısında qara hərbçi qadının keşik çəkdiyi bir otağa salınıb. Daha sonra otağa növbə ilə əlləri bağlı üsyançılar gətirilib və Nəsrinə onları güllələmək əmr edilib. İndi xəstəxanada depresiyya vəziyyətində yatan qız buna qədər heç kimə atəş açmadığını, amma 3 gündə 11 nəfəri öldürməyə məcbur edildiyini deyib.

Ölüm otağından qaçış

Nəsrin ikinci mərtəbədəki edam otağından həyatını riskə ataraq qaçıb. O, pəncərədən atlaınb və xəsarət almasına baxmayaraq qərargahdan çıxa bilib. Yolda o, bir neçə nəfər Qəzzafi əleyhdarına rast gəlib. Onu əvvəlcə bir məscidə aparıb su veriblər, daha sonra isə xəstəxanaya götürüblər.

“Qəzzafinin qadın muhafızəçilərinin hamısı zorlanıb”

Xəstəxana növbətçiləri və tibb bacılarının həqarətinə məruz qalan Nəsrin davamlı şəkildə ağlayıb. Amma sonunda ona rast gələn jurnalistlər ögey anasına zəng edib məlumat veriblər. Xəstəxanaya gələn ögey anası və qardaşı gələcəyindən əndişəli Nəsrinə dəstək olmağa çalışıblar.
Nəsrinə ən çox yardım eden isə xəstəxananın uşaq psixoloqu Rabia Qajumdur. Qajum “Nəsrin də qurbanlardan biri… Qəzzafinin qadın muhafızəçilərinin hamısı təcavüzə uğrayıb. Onlar əvvəlcə zorlanıb, sonra hərbi təlim keçiblər. İndiyə qədər Nəsrin kimi dörd hərbçi qızı müalicə etdim” deyə bildirib.

Nə qədər qorxu içində olsa da, şanslı...

Nəsrinin doğma anası Tunisdə xərçəng xəstəliyindən müalicə alır. Əlil arabasına məhkum olmuş atası isə qızının başına gələnlərdən xəbərsizdir. Nəsrin isə nə qədər qorxu içində olsa da, gələcəyi üçün ümidlidir. Ən azı Tripoli küçələrində atılıb qlan Qəzzafi əsgərlərinə aid cəsədlərdən fərqli oalaraq, onun qanlı diktator uğrunda nəyə görə savaşmağa məcbur olduğunu anlatmaq şansı var.


Geri dön

_favorit_arkadas

  • 16 noyabr 2011 13:48
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
tesekkurler...

--------------------

urek_yarasi

  • 31 avqust 2011 12:49
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
twk love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

In_The_Dark

  • 31 avqust 2011 12:34
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

miss_sokaladka

  • 31 avqust 2011 10:24
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
tasakurlar oxudum

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

KaRola_16

  • 31 avqust 2011 07:26
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
OXUDUM MARAQLI IDI ELLEINIZE SAGLIQ...

--------------------

aynur.kazimova3

  • 31 avqust 2011 02:58
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
allahim sen qoru azerbaycanlilari amin inwallah duwmanlarimizdan

music_angel

  • 31 avqust 2011 00:13
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem maraqlidi

--------------------

Ay Üzlü

  • 31 avqust 2011 00:04
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkur xebere gore

R.M_FaNaTka

  • 30 avqust 2011 20:40
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

devyjones

  • 30 avqust 2011 20:22
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Allah Herseyi Goren Ve herseyden Agahdir

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Jasmin45

  • 30 avqust 2011 20:16
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Xəbər üçün təşəkkürlər...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Fatime_19

  • 30 avqust 2011 20:09
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
cox uzuldum ALLAH onlara sebr versin!

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

★Azerbaijan girl★

  • 30 avqust 2011 20:03
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
qeddafiye ele bunalra gore ele etmek lazim idi ecceb oldu tskler

Cilent_M.Q

  • 30 avqust 2011 19:58
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ehhhh

--------------------

winxclub_bloom

  • 30 avqust 2011 19:53
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ehhhh insanlar...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}